Mühasibat balansı nədir, onun quruluşu necədir?
Balansla hesabların qarşılıqlı əlaqəsini izah edin?
Balans – netto anlayışını təyin edin?
Balansın tərtib edilməsinin əsas qaydalarını izah edin?
IV MÖVZU. MÜHASİBAT UÇOTU HESABLARI VƏ İKİLİ YAZILIŞ
4.1. Mühasibat hesabları haqqında ümumi anlayış
4.2. Mühasibat uçotunda ikitərəfli yazılış üsulu
4.3. Sintetik və analitik uçot hesabları, subhesablar
4.4. Mühasibat uçotu hesablar planı – uçotun təşkili sisteminin əsasıdır
4.5. Mühasibat uçotu hesablarının təsnifatı və onların formalaşması prinsipləri
ƏLAVƏ ƏDƏBİYYAT
Xedrinson G.S. Breüa M.F. «Teoriə buxqalterskoqo uçeta», M. 1997
4.1. Mühasibat hesabları haqqında ümumi anlayış
İdarə və müəssisələrdə hər gün çoxlu miqdarda təsərrüfat əməliyyatları icra olunur və onların nəticəsi ilə əlaqədar olaraq mühasibat balansı tərtib olunur. Yuxarıda göstərildiyi kimi müəssisələrin mühasibat balansı aylıq, rüblük və illik tərtib olunur.
Balansın köməyi ilə gündəlik olaraq müəssisə əmlakının tərkibinin dəyişilməsi, onun öhdəçiliyinin vəziyyəti və bütün vəsaitin formalaşmasına dair gündəlik nəzarəti təmin etmək mümkün deyildir. Buna görə də cari uçotu və nəzarəti təmin etmək üçün mühasibat uçotu hesablarından istifadə edilir.
Mühasibat uçotu nəzəriyyəsi və metodoloji prinsiplərində mühasibat uçotu hesabları sisteminə xüsusi əhəmiyyət verilir. Çünki buna əsaslanaraq informasiyaların ikitərəfli əks olunması problemi həll olunmaqla, onun toplanması və cəmləndirilməsi üsulu icra olunur. Hesablar üzrə yazılışlar ikili yazılış metodu ilə aparılır.
«Mühasibat uçotu haqqında» Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq müəssisələrin mühasibat uçotunun Hesablar Planının tətbiqinə və təsərrüfat fəaliyyətindəki eyni mənşəli faktların mühasibat uçotu hesablarında əks etdirilməsinə vahid münasibəti müəyyən edir.
Mühasibat uçotu müəssisənin, idarənin, təşkilatın və digər təsərrüfat subyektlərinin əmlakının, öhdəliklərinin, kapitalının, dövriyyə vəsaitlərinin və ümumiyyətlə bütün maliyyə-təsərrüfat fəaliyyətinin natural göstəricilər əsasında, pul ifadəsində, fasiləsiz, başdan-başa, sənədləşdirilmiş və mühasibat uçotu registrlərində qarşılıqlı əlaqələndirilmiş bütün təsərrüfat əməliyyatlarının mühasibat hesablarında ikili yazılış üsulu ilə yığılması və qaydaya salınması sistemini özündə əks etdirir. Mühasibat uçotu hesabı təsərrüfat əməliyyatları haqqında məlumatların və mühasibat uçotunda digər informasiyanın qruplaşdırılması və saxlanması üçün vahid əsasdır.
Onu da qeyd etmək lazımdır ki, mühasibat uçotunun hesablar planının yaradılması, həyata keçirilməsi və tətbiqi dünya ölkələri alimləri, mütəxəssisləri tərəfindən yüz illərdən artıq dövrdə mühasibat uçotuna inamın və etibarın yaranmasına xüsusi diqqət verilməkdədir. İlk milli hesablar planı 1937-ci ildə Almaniyada, 1947-ci ildə Fransada qəbul olunmuşdur. Daha sonra dünya ölkələrində 100-dən artıq ölkədə milli hesablar planı qəbul olunmuşdur. 1960-1980-ci illərdə Avropa İqtisadi Birliyi, Vahid Afrika Təşkilatları və Latın Amerikası dövlətləri üzrə millətlərarası ərazi hesablar planı yaradılmışdır.
Mühasibat uçotu hesabları təsərrüfat vəsaitlərinin və onların əmələgəlmə mənbəələrinin hər biri üçün ayrı açılır. Hesablarda uçota alınan bütün obyektlər, yəni vəsait və onun əmələgəlmə mənbəyi iki cür ya artmağa, yaxud azalmağa doğru dəyişilə bilər. Xarici görünüşünə görə hesablar ikitərəfli cədvəl formasında tərtib olunur. İlkin olaraq hər bir hesaba obyektin adına görə ad müəyyən olunur. Misal üçün «Əsas vəsaitlər», «Materiallar», «Nizamnamə kapitalı» hesabları və s. adlanır.
Hesabın sxeması aşağıdakı formada müəyyən olunmuşdur:
-
Hesabın sol tərəfi debet (qısaldılmış şəkildə d-t), sağ tərəfi isə kredit (qısaldılmış şəkildə k-t) adlınır. Hesabda müəyyən dövrdə əks olunmuş debet və kredit üzrə yazılışların yekunu, son qalıq (saldo) adlanır.
Hesabın ikitərəfli formada tərtib olunması müəssisə əmlakının və onların əmələ gəlmə mənbəələrini artıran bütün əməliyyat məbləğləri bir tərəfdə, azaldan əməliyyat məbləğləri isə əks tərəfdə yazmağa imkan verir.
Mövcud qaydalara görə hesabda əks olunmuş ilk qalıqdan sonra yazılan bütün məbləğlərin yekunu dövriyyə adlınar. Beləliklə, hesabın debetində əks olunmuş məbləğlərin yekunu onun debet dövriyyəsini, kredit hissəsində isə əks olunmuş məbləğlər kredit dövriyyəsi adlanır.
Mühasibat hesablarında əks olunmuş bütün təsərrüfat əməliyyatları göstəriciləri sənədlər əsasında icra olunur və bütün sənədlərin hüququ əsası olmalıdır.
Müəssisə balansına uyğun olaraq bütün mühasibat uçotu hesabları aktiv və passiv hesablara ayrılır və bununla əlaqədar olaraq hesablara yazılış iki sxema üzrə icra olunur.
Aktiv və passiv hesablarda debet və kreditin təyinatı da müxtəlif olmaqla aparılan əməliyyat yazılışları bir-birindən fərqlənir.
Aktiv hesablara o hesablar daxildir ki, onlarda müəssisə əmlakının müxtəlif formalarının qalığı, tərkibi və hərəkəti əks olunur. Bu qrup hesablara «Əsas vəsaitlər» hesabı, «Materiallar» hesabı, «Kassa» hesabı, «Qeyri-maddi aktivlər» hesabı, «Hesablaşma hesabı» və s. daxildir. Aktiv hesablarda qalıq (saldo) ancaq hesabın debetində ola bilər.
Passiv hesablarda isə müəssisə əmlakının formalaşması mənbələrini, onların məbləği, tərkibi, hərəkəti və öhdəliklərini göstərən mühasibat hesabları aiddir. Bu hesablara «Nizamnamə kapitalı», «Qısa müddətli bank kreditləri», «Ehtiyat kapitalı», «Əməyin ödənməsi üzrə işçi heyəti ilə hesablaşmalar» və s. hesablar daxildir. Passiv hesablarda qalıq (saldo) ancaq hesabın kreditində ola bilər. Bir qayda olaraq mühasibat hesablarında hesabat dövrünün əvvəlinə əks olunmuş qalıq S1 işarəsi, hesabat dövrünün sonuna olan qalıq isə S2 işarəsi formasında göstərilir.
Mühasibat uçotunda aktiv və passiv hesabların yazılmış sxemini aşağıdakı formada göstərmək olar.
O cümlədən aktiv hesablar üzrə:
-
Debet
|
Aktiv hesabın adı
| Kredit |
S1 – əməliyyatın əks olunmasına qədər qalıq
Təsərrüfat əməliyyatları nəticəsində qalığın artımı
|
Təsərrüfat əməliyyatı nəticəsində qalığın azalması
|
Hesabın debeti üzrə dövriyyə
S2 – hesabat dövrünün sonuna qalıq
|
Hesabın krediti üzrə dövriyyə
|
Beləliklə, mühasibat uçotu aktiv hesabının debit tərəfində hesabat dövründə aparılan təsərrüfat əməliyyatı nəticəsində əməliyyatın əks olunmasına qədər olan qalıq, təsərrüfat əməliyyatı nəticəsində baş verən dövriyyə və dövrün sonuna olan qalıq müəyyən olunur.
Hesabın kreditində isə təsərrüfat əməliyyatı nəticəsində əmələ gələn azalma əks olunmuş olur.
Nəticə etibarı ilə aktiv hesablarda hesabın debetində vəsaitin artması, kreditində isə vəsaitin azalması əks olunur və həmin hesablarda yalnız debet qalığı ola bilər.
Passiv hesablarda əməliyyatların yazılış sxeması isə aşağıdakı formada aparılır.
-
Debet
|
Passiv hesabın adı
|
Kredit
|
Təsərrüfat əməliyyatı nəticəsində qalığın azalması
|
S1 – əməliyyatın əks olunmasına qədər qalıq
Təsərrüfat əməliyyatı nəticəsində qalığın artması
|
Hesabın debeti üzrə dövriyyə
|
Hesabın kredit üzrə dövriyyəsi
S2 – hesabat dövrünün sonuna qalıq
|
Beləliklə, mühasibat uçotu passiv hesabının kredit tərəfində hesabat dövründə aparılan təsərrüfat əməliyyatı nəticəsində əməliyyatın əks olunmasına qədər olan qalıq, təsərrüfat əməliyyatı nəticəsində baş verən dövriyyə və dövrün sonuna olan vəsait qalığı əks olunur.
Hesabın debitində isə təsərrüfat əməliyyatı nəticəsində əmələ gələn vəsaitin azalması və hesabın debet dövriyyəsi göstərilir.
Nəticə etibarı ilə passiv hesablarda hesabın debetində vəsaitin azalması, kreditində isə artması əks olunur və həmin hesablarda yalnız kredit qalığı ola bilər.
Təsərrüfat əməliyyatlarının aktiv və passiv hesablarda əks edilməsi nəticəsində aşağıdakı iki nəticə ola bilər:
Birinci halda mühasibat uçotu aktiv hesabının ilk debet qalığı məbləğinin üzərinə hesabın debet dövriyyəsini əlavə etməklə alınan məbləğ hesabın kredit dövriyyəsi məbləğindən çox olmamalıdır. Belə halda hesabat dövrünün sonuna hesabın debet qalığı olur.
İkinci halda aktiv hesabın ilk debet qalığı məbləğinin üzərinə debet dövriyyəsi məbləğini əlavə etməklə alınan məbləğin cəmi hesabın kredit dövriyyəsinin cəminə bərabər olur. Belə halda hesabat dövrünün sonuna hesabın son qalığı olmur və hesab bağlanır.
Bu əməliyyatın icra olunması passiv hesablarda da hesabat dövrünün sonuna aparılan təsərrüfat əməliyyatları nəticəsində hesablarda iki nəticə müəyyən olunur.
Beləliklə, müəssisə əmlakının əks olunduğu aktiv hesablarda və əmlakın formalaşdığı passiv hesabların qalıqları hesabat dövrünün sonuna mühasibat (maliyyə) balansının aktiv və passivində əks olunur.
Mühasibat uçotu hesabları planında aktiv-passiv hesablar da vardır ki, onların təyinatında aktiv və passiv hesabların göstəriciləri olur. Bu halda hesabda debet və kredit qalığı və ya eyni zamanda debet və həm də kredit qalığı ola bilər. Bu hesablara «Maddi sərvətlərin yenidən qiymətləndirilməsi», «Təhtəlhesab şəxslərlə hesablaşmalar», «Müxtəlif debitor və kreditorlarla hesablaşmalar», «Mənfəət və zərər» hesabları və s. aiddir.
Məsələn, «Müxtəlif debitor və kreditorlarla hesablaşmalar» hesabında əməliyyatın aparılması nəticəsində debet qalığı yarandıqda debitor borcunu göstərir və müəssisə balansının aktivində əks olunur.
Aktiv-passiv hesablarda sadə qaydada qalığı təyin etmək mümkün deyildir. Ona görə də həmin hesablar üzrə analitik uçotun aparılması lazımdır. Analitik uçot hər bir debitor və kreditor üzrə hesablaşmanın vəziyyətinə dair (yəni alıcılar və mal satanlar haqqında) ətraflı informasiya verir və həmin göstəricilər üzrə, yəni bütün alıcı və satıcı təşkilatlar üzrə debitor və kreditorların məbləğlərini əks etdirir.
Dostları ilə paylaş: |