«MÜhasibat uçotu və audiT» (DƏrsliK)


Əsas vəsaitlərin iqtisadi mahiyyəti, istehsalda rolu və təsnifatı



Yüklə 1,69 Mb.
səhifə22/84
tarix31.12.2021
ölçüsü1,69 Mb.
#112328
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   84
«M hasibat u otu v audiT» (D rsliK) M ND R cat

1.1.Əsas vəsaitlərin iqtisadi mahiyyəti, istehsalda rolu və təsnifatı


Əsas vəsaitlər hər bir müəssisə və firmanın maddi-texniki bazasının əsasını təş­kil edir. Əsas vəsaitlərin sə­ciy­­yəvi xüsusiyyəti ondan ibarətdir ki, onlar mü­əs­sisənin istehsal (xidmət) sferasında bir ildən çox iştirak edir, dəyəri normativ sənədlərlə tənzimlənir, köhnəldikcə öz dəyərini müəyyən edilmiş normalarla hissə-hissə məh­su­lun (xidmətin) dəyərinə keçirir, istehsal prosesində öz na­tural formasını saxlayır.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 20 oktyabr 1995-ci il ta­rix­li əmri ilə təsdiq olunmuş və 01 yanvar 1996-cı ildən qüvvədə olan «Müəs­sisə­lə­rin mü­ha­si­bat uçotunun Hesablar Planı və onun tətbiqinə dair Təlimat»a mü­vafiq olaraq, ölkədə inflyasiyanın sürətini nəzərə alaraq 01 yanvar 1996-cı il­dən sonra alınan əsas və­saitlərin vahidinin və dəstinin dəyərinin minimum həd­­di 500 min manat həcmində müəyyən olunmuşdur. AR-nın vergi nəticəsinə edilmiş əlavə və dəyişikliklərə əsasən bu məbləğ hazırda 550 min manat təşkil edir

Əsas vəsaitlər mühasibat uçotunda ilk dəyəri ilə, yəni onların alınmasına, quraşdırılmasına və hazırlan­ma­­sına çəkilən faktiki xərc məbləğində əks et­di­ri­lir. Öz mülkiyyətində olan torpaq sahələrindən başqa əsas vəsaitlərin ilk dəyə­ri onlar yenidən qiymətləndirildikdə, yenidən qurulduqdu, onlarda yeni tikinti iş­ləri aparıldıqda, yeni avadanlıqlar quraşdırıldıqda və onların mü­va­fiq ob­yekt­ləri qismən ləğv edildikdə dəyişə bilər.

Əsas vəsaitlər istehsal prosesinin mühüm amillə­rin­dən biri olduğundan onların dəyəri məhsul istehsalına çə­ki­lən xərclərin tərkibində öz əksini tapma­lıdır. Bu əsas vəsaitlərin dəyərinin müəyyən dövr ərzində istehsal olun­muş məh­sulların, görülmüş işlərin maya dəyərinə və ya tədavül xərclərinə silinməsi yolu ilə həyata keçirilir. Bu əməliyyatların yerinə yetirilməsi əsas vəsaitlərə köhnəlmə hesablanması ilə həyata keçirilir.

Əsas vəsaitlərin uçotunun təşkili və obyektləri haq­qında dəqiq informa­si­ya­nın formalaşdırılması üçün on­la­rın əsaslandırılmış təsnifləşdirilməsi böyük əhəmiyyətə malikdir. Hesablar Planı və onun tətbiqinə dair təli­matda əsas vəsaitlər aşağıdakı qaydada təsnifləşdirilir:

a) Binalar;

b) Qurğular (tikintilər);

v) Ötürücü qurğular;

q) Maşınlar və avadanlıqlar;

d) Nəqliyyat vasitələri;

e) İstehsalat alətləri və təsərrüfat inventarları (ləva­zi­­mat­­ları);

k) İşçi və məhsuldar heyvanlar;

p) Sair əsas vəsaitlər.

Aşağıdakılar əsas vəsaitlərə aid edilməyərək müəs­si­­sələrdə dövriyyədəki vəsaitlərin, idarələrdə isə azqiy­mət­li əşyaların və digər sərvətlərin tərkibində uçota alınırlar:

a) dəyərindən asılı olmayaraq xidmət müddəti bir il­dən az olan əşyalar;

b) istehsal (xidmət) prosesində bir dəfə iştirak edən, öz də­yə­rini tamamilə məhsulun dəyərinə keçirən və bu prosesdə natural formasını saxlamayan sərvətlər;

v) dəyərindən asılı olmayaraq fərdi sifarişlərin ya­xud məmulatların seriyalı və kütləvi istehsalı üçün düzəl­dil­miş xüsusi mexanizmlər və alətlər;

q) dəyərindən asılı olmayaraq kirayəyə vermək üçün təyin olunmuş əşyalar və s.

Əsas vəsaitlərin uçotunun düzgün aparılması üçün onların qiymətlən­dirilməsinin vahid prinsiplərinin müəy­yən olunmasının da əhəmiyyəti böyükdür. Əsas vəsaitlər üç cür – ilk, qalıq və bərpa dəyəri ilə qiymətləndirilir.

Əsas vəsaitlər (ilk dəyərlə) müəssisə balansına götürüldüyü vaxt­­dan uçotda əks olunur. Onun müəyyən edil­mə­si onların əldə edilmə mənbəyindən asılıdır. Əsas və­saitlər ka­pital qoyuluşu vasitəsilə müəssisənin özü tə­rə­findən ya­radıla bilər və ya digər müəssisələrdən və şəxs­lərdən satın alına bilər.

Bu zaman həmin əsas və­sa­it­lə­rin yara­dıl­masına və ya alınmasına çəkilən faktiki məs­rəf­lər da­şın­ma, quraşdırma xərcləri də daxil olmaqla əsas vəsaitin ilkin dəyərini təşkil edir.

Əsas vəsaitin ilkin dəyəri daimi ölçü vahidi kimi qə­bul olunur. Lakin obyekt yenidən qurulduqda, geniş­lən­dik­də, qismən ləğv olunduqda onun dəyəri dəyiş­diri­lir. Əsas vəsaitlərin ilkin dəyəri dövlət tərəfindən onların ye­ni­dən qiymətləndirilməsi əsasında dəyişilə bilər.

Əsas vəsaitin bərpa dəyəri, dedikdə, müasir şəraitdə onların təkrar istehsalının dəyəri başa düşülür..

Əsas vəsaitlər istifadə olunduqları vaxtda köhnəlir və onun köhnəlməsi nə­­ticəsində özünün əvvəlki dəyərini iti­rir, yəni dəyərinin azalmasına səbəb olur.

Beləliklə, əsas vəsaitin köhnəlməsi ilə əlaqədar dəyərinin azalma­sı­nı­­nı pul şəklində ifadəsi onun amortizasiyası (köh­nəl­mə­si) adlanır. Bu əməliyyat əsas vəsaitlərin dəyərini müəy­yən olunmuş nisbətlərlə istehsal olunan məhsulların ma­ya dəyərinə və ya tədavül xərclərinə silinməsi yolu ilə ic­ra olu­nur. Mühasi­bat uçotunda əsas vəsaitlərin köh­nəl­mə­si ayrılıqda əks olunur. Əsas vəsaitin ilkin dəyəri ilə he­sab­lan­mış köhnəlmə məbləği arasındakı fərqi çıxdıqdan sonra onun qalıq dəyəri müəyyən edilir.


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin