«MÜhasibat uçotu və audiT» (DƏrsliK)


İcarəyə verən müəssisədə icarənin uçotu



Yüklə 1,69 Mb.
səhifə28/84
tarix31.12.2021
ölçüsü1,69 Mb.
#112328
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   84
«M hasibat u otu v audiT» (D rsliK) M ND R cat

İcarəyə verən müəssisədə icarənin uçotu. Cari icarə­çi­nin obyekti icarəyə verənin əmlakı hesab olunmaqla onun balansında əks olunur. Obyektin icarədara veril­mə­si qəbul-təhvil aktı ilə rəsmiyyətə salınır. Bundan sonra ica­rəyə verən əsas vəsaitin inventar kartında qeydiyyat apar­maqla 01«Əsas vəsaitlər» hesabı üzrə «Özü­nə­məx­sus əsas vəsaitin icarəyə verilməsi» subhesabını aç­maq­la müəssisədaxili aşağıdakı yazılış aparılır:

Dt 01 – «Əsas vəsaitlər» hesabının «İcarədə olan əsas vəsaitlər» subhesabı.

Kt 01 «Əsas vəsaitlər» hesabının «Özünəməxsus əsas vəsaitlər» subhesabı.

Beləliklə, icarəyə verən müəssisə mülkiyyət sahibi ki­mi icarəyə verilən əsas vəsaitə görə köhnəlmə he­sab­la­yır. Hesablanmış köhnəlmə məbləği icarə xərcindən ödənilir və ona görə də 80«Mənfəət və zərər» hesabında əks etdirilir. He­­sablanmış köhnəlmə məbləği üçün aşağıdakı yazılış tərtib edilir:

Dt 80 – «Mənfəət və zərər»

Kt 02 – «Əsas vəsaitlərin köhnəlməsi».

İcarəyəverən müəssisə üçün icarə haqqı hə­min müəssisənin mənfəəti hesab olunur və ona görə də icarə haqqının hesablanması üçün aşağıdakı yazılış apa­rı­lır:

Dt 76 – «Müxtəlif debitor və kreditorlarla hesab­laş­malar» hesabı

Kt 80 – «Mənfəət və zərər» hesabı.

Daha sonra icarədardan icarə haqqı daxil olduqda ya­zılış aparılır:

Dt 50 – «Kassa»

Dt 51 – «Hesablaşma hesabı»

Kt 76 – «Müxtəlif debitor və kreditorlarla hesab­laş­malar»

İcarə üzrə bağlanmış müqavilə ləğv olunduqda və ica­rədar ona məxsus olan əsas vəsaiti geri qəbul etdikdən sonra inventar kartoçkasında yazılış aparmaqla Aşa­ğı­da­kı müxabirləşməni tərtib edir.

Dt 01 – «Əsas vəsaitlər», «Özünəməxsus əsas vəsa­it­lər» subhesabı

Kt 01 – «Əsas vəsaitlər», «İcarəyə verilmiş əsas vəsaitlər» icarəyə verilməsi subhesabı.

İcarədar icarəyə götürdüyü əsas vəsaitin qəbul-təh­vil aktı əsasında mühasibat uçotu hesablar planının 001balansarxası «İcarəyə götürülmüş əsas vəsaitlər» hesabında əks etdirir.

İcarədar müəssisədə icarə haqqı onun istehsal (tədavül) xərclərinə da­xil edilir və bu əsasda aşağıdakı yazılış aparılır:

Dt 20 – «Əsas istehsalat»

25 – «Ümumi istehsalat xərcləri»

26 – «Ümumtəsərrüfat xərcləri»

44 – «Tədavül xərcləri»

Kt 76 – «Müxtə\lif debitor və kreditorlarla hesab­laşmalar».

İcarə haqqının ödənilməsi və ya köçürülməsi zamanı 76«Müxtəlif debitorlar və kreditorlarla he­sab­laşmalar» hesabının debetinə və 50«Kassa» və 51«Hesablaşma hesabının kreditində əks olunur.

Nəticə olaraq icarəyə götürülmüş əsas vəsaitlərin ica­rəyəverənə qaytarılması001balansarxası hesabdan silinməsi ilə yekunlaşdırılır.


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin