Şərtsiz müsbət rəy auditorun və ya auditor təşkilatının iqtisadi subyektləri mühasibat uçotu və mühasibat (maliyyə) hesabatının doğru və etibarlı olmasına dair fikri göstərməklə, bildirilir ki, maliyyə sənədləri müəssisə tərəfindən qəbul olunmuş mühasibat uçotu prinsiplərinə əsasən tərtib edilmiş və bu qaydalar Azərbaycan Respublikasında mühasibat uçotu, hesabatı və digər hüquqi aktların təbəqələrinə uyğundur.
Beləliklə, auditor iqtisadi subyektə şərtsiz müsbət rəyi o zaman verir ki, əgər aparılan yoxlama nəticəsində auditor qəti müəyyən etmişdir ki, sifarişçinin maliyyə hesabatı, mühasibat uçotunun dövrü düzgün olan göstəriciləri əsasında tərtib olunmuş, iqtisadi subyektdə mühasibat uçotunun təşkili və aparılması müəyyən olunan prinsiplərə, tələblərə və qəbul olunmuş uçot siyasətinə cavab verir, büdcəyə və digər fondlara ödəmələr vaxtında və düzgün hesablanıb icra olunmuşdur, daxili nəzarət etibarlıdır və mühasibat (maliyyə) hesabatı bütün təsərrüfat-maliyyə fəaliyyətini əhatə edir.
Dostları ilə paylaş: |