Mühasibat uçotu və audit



Yüklə 1.32 Mb.
səhifə6/9
tarix21.06.2018
ölçüsü1.32 Mb.
1   2   3   4   5   6   7   8   9

b)əmək haqqından sosial sığorta tutulması

c)əmək haqqından vergi tutulması

d)əmək haqqının hesablanması (idarə heyəti)

e)düzgün cavab yoxdur


423.Debet 533/Kredit 223 əməliyyatına aşağıdakılardan hansı uyğundur?

a)əmək haqqının hesablanması (idarə heyəti)

b)əmək haqqının ödənişi

c)əmək haqqından sosial sığorta tutulması

d)əmək haqqından vergi tutulması

e)düzgün cavab yoxdur


424.Aşağıdakılardan hansı istehsal ehtiyatları qarşısında duran vəzifələrdən biri deyildir?

a)nəzarət, əmlakın qorunub saxlanması və hərəkətinə nəzarət

b)istehsal ehtiyatlarının saxlanmasına və hərəkətinə nəzarət

c)materialların tədarükü, daxil olması və buraxılması ilə əlaqədar sənədlərin düzgün və vaxtında rəsmiyyətə salınması

d)əmtəə-material dəyərlərinin istehsalda əsaslandırılmış normalar üzrə sərf olunmasına daimi nəzarətin təmin olunması

e)əmtəə-material satıcıları ilə hesablaşmaların vaxtında icra olunması


425.İstehsal ehtiyatlarının fərqləndirici xüsusiyyəti nədir?

a)istehsal prosesində birdəfəlik istehlak olunaraq dəyərinin tamamilə yeni istehsal olunmuş məhsulun maya dəyərinə daxil olması, natural formasını itirməsi

b)istehsal prosesində uzun müddət istifadə edilərək dəyərini hissə - hissə hazır məhsul üzərinə keçirməsi

c)müəssisənin maddi-texniki bazasını təşkil etməsi

d)istehsal prosesində bir ildən çox iştirak etməsi

e)istehsal prosesində öz natural formasını saxlaması


426.Aşağıdakılardan hansı istehsal ehtiyatları qarşısında duran vəzifələrdən biridir?

a)yolda olan material dəyərliləri üzərində nəzarətin aparılması

b)pul vəsaiti və hesablaşma ilə əlaqədar olan əməliyyatların vaxtında və düzgün sənədləşdirilməsi

c)malsatan və alıcılar arasında bağlanmış müqavilələrdə müəyyən olunmuş hesablaşma formalarının icrasına nəzarət

d)büdcə, bank və işçi heyəti ilə hesablaşmaların vaxtında isra olunmasına nəzarət

e)pul vəsaiti və qiymətli kağızların saxlanmasına nəzarət


427.Material ehtiyatları uçot və hesabatda necə əks etdirilir?

a)faktiki maya dəyəri ilə

b)plan maya dəyəri ilə

c)müqavilə qiyməti ilə

d)topdansatış qiyməti ilə

e)düzgün cavab yoxdur


428.Müəssisəyə daxil olmuş materiallar üzrə sənədlər hansı şöbə tərəfindən yoxlanılır?

a)təchizat şöbəsi

b)satış şöbəsi

c)istehsal şöbəsi

d)plan şöbəsi

e)nəqliyyat şöbəsi


429.Anbara daxil olan materiallara hansı sənəd tərtib edilir?

a)mədaxil orderi

b)bank çıxarışı

c)nəqliyyat qaiməsi

d)kassa mədaxil orderi

e)heç biri


430.Müəssisə ünvanına daxil olmuş materiallar kim tərəfindən qəbul olunur?

a)ekspeditor

b)anbardar

c)diler


d)makler

e)anbar müdiri


431.Materiallar malsatan müəssisənin öz nəqliyyat vasitəsi ilə daxil olduqda malgöndərən hansı sənədi tərtib edir?

a)əmtəə-nəqliyyat qaiməsi

b)məxaric orderi

c)bank çıxarışı

d)kassa mədaxil orderi

e)kassa kitabı


432.Daxil olmuş materialın həcmində əskikgəlmə müəyyən olunduqda nə tərtib edilməlidir?

a)akt


b)arayış

c)mədaxil qaiməsi

d)qaimə

e)tələbnamə


433.Anbardan material buraxılışı hansı sənədlər əsasında icra oluna bilər?

a)limit-zabor kartları, tələbnamə və qaimə

b)qəbul-təhvil aktı, qaimə

c)hesablaşma sənədləri

d)kassa sənədləri

e)bank çıxarışı, tələbnamə


434.Gündəlik olaraq istehsalat və təsərrüfat ehtiyacları üzrə materiallar buraxıldıqda hansı sənəd tərtib edilir?

a)limit-zabor kartı

b)tələbnamə

c)qaimə


d)mədaxil orderi

e)heç biri


435.Müəyyən olunmuş normadan artıq material buraxıldıqda və bir materialı digəri ilə əvəz etmək lazım olduqda hansı sənəd tərtib edilir?

a)tələbnamə

b)limit-zabor kartı

c)qaimə


d)kassa sənədi

e)qəbul-təhvil aktı


436.Müəssisə daxilində (sexlər, anbarlar arasında) materialların buraxılması nə ilə sənədləşdirilir?

a)qaimə ilə

b)limit-zabor kartı ilə

c)tələbnamə ilə

d)kassa sənədi ilə

e)mədaxil orderi ilə


437.Hesablaşma əməliyyatını icra etmək üçün əsaslı sənəd nə adlanır?

a)qaimə


b)tələbnamə

c)limit-zabor kartı

d)satış çeki

e)mədaxil orderi


438.İstehsal prosesindəki funksional roluna və təyinatına görə bütün müteriallar neçə yerə bölünür?

a)2


b)5

c)3


d)7

e)5
439.İstehsal olunan materialın əsasını hansı materiallar təşkil edir?

a)əsas materiallar

b)köməkçi materiallar

c)yardımçı materiallar

d)taralar

e)qablaşdırma materialları
440.İstehsal olunan məhsulların tərkibində əsas hissəni nə təşkil edir?

a)xammal və materiallar

b)köməkçi materiallar

c)tara və tara materialları

d)yarımfabrikatlar

e)ehtiyat hissələri


441.Nə köməkçi material olmalarına baxmayaraq onların uçotu xüsusi subhesablarda aparılır?

a)yanacaq və ehtiyat hissələri

b)yanacaq

c)ehtiyat hissələri

d)azqiymətli inventarlar

e)düzgün cavab yoxdur


442. Mal göndərənin hesab fakturaları olmadan təçkilatın anbarına daxil olan materiallar uçot qiymətləri ilə mədaxil edilməklə uçota qəbul edilmişdir. Bu əməliyyata hansı mühasibat yazılışı verilməılidir?

a)201 dt 531 kt

b)201 dt 533 kt

c)201 dt 522 kt

d)201 dt 412 kt

e)201 dt 221 kt


443.Təşkilatın kassası tərəfindən ödənilən maddi qiymətlilər mədaxil edilibdir. Bu əməliyyata hansı mühasibat yazılışı verilməlidir?

a)201 dt 221 kt

b)201 dt 531 kt

c)201 dt 533 kt

d)201 dt 522 kt

e)201 dt 412 kt


444.Mal göndərənlərdən materialların daxil olması ilə əlaqədar yükləmə-boşaltma işlərinə görə fəhlələrə əmək haqqı hesablanıb. Bu əməliyyata hansı mühasibat yazılışı verilməlidir?

a)201 dt 533 kt

b)201 dt 531 kt

c)201 dt 522 kt

d)201 dt 412 kt

e)201 dt 221 kt


445.Mal göndərənlərdən materialların daxil olması ilə əlaqədar yükləmə-boşaltma işlərinə görə əmək haqqından sosial müdafiəyə ayırmalar edilib. Bu əməliyyata hansı mühasibat yazılışı verilməlidir?

a)201 dt 522 kt

b)201 dt 533 kt

c)201 dt 531 kt

d)201 dt 412 kt

e)201 dt 221 kt


446.Təşkilatın anbarında inventarlaşma aparılan zaman aşkar edilmiş artıq materiallar mədaxil edilib.Bu əməliyyata hansı mühasibat yazılışı verilməlidir?

a)201 dt 721 kt

b)201 dt 533 kt

c)201 dt 531 kt

d)201 dt 412 kt

e)201 dt 221 kt


447.Xammal və materiallar əsas istehsal sexləri tərəfindən məhsulların istehsalına sərf edilib.Bu əməliyyata hansı mühasibat yazılışı verilməlidir?

a)202 dt 201 kt

b)721 dt 201 kt

c)711 dt 201 kt

d)611 dt 201 kt

e)234 dt 201 kt


448.Materiallar ümumtəsərrüfat ehtiyaclarına istifadə edilibdir.Bu əməliyyata hansı mühasibat yazılışı verilməlidir?

a)721 dt 201 kt

b)202 dt 201 kt

c)711 dt 201 kt

d)611 dt 201 kt

e)234 dt 201 kt


449.Tikinti və avadanlıqların ləğvi ilə əlaqədar olaraq materiallar sərf edilibdir.Bu əməliyyata hansı mühasibat yazılışı verilməlidir?

a)611 dt 201 kt

b)721 dt 201 kt

c)711 dt 201 kt

d)202 dt 201 kt

e)234 dt 201 kt


450.Qısamüddətli maliyyə qoyuluşları hesabına maddi qiymətlilər verilibdir.Bu əməliyyata hansı mühasibat yazılışı verilməlidir?

a)234 dt 201 kt

b)611 dt 201 kt

c)721 dt 201 kt

d)711 dt 201 kt

e)202 dt 201 kt


451.Malgöndərənin hesabına hazır məhsulların qablaşdırılması ilə əlaqədar olaraq materiallar sərf edilibdir.Bu əməliyyata hansı mühasibat yazılışı verilməlidir?

a)711 dt 201 kt

b)234 dt 201 kt

c)611 dt 201 kt

d)721 dt 201 kt

e)202 dt 201 kt


452.Törəmə təşkilatlara materiallar buraxılıbdır.Bu əməliyyata hansı mühasibat yazılışı verilməlidir?

a)532 dt 201 kt

b)234 dt 201 kt

c)611 dt 201 kt

d)721 dt 201 kt

e)202 dt 201 kt


453.Təbii fəlakət nəticəsində məhv olma ilə əlaqədar maddi qiymətlilər silinibdir.Bu əməliyyata hansı mühasibat yazılışı verilməlidir?

a)801 dt 201 kt

b)234 dt 201 kt

c)611 dt 201 kt

d)721 dt 201 kt

e)202 dt 201 kt


454.Təmir üçün ehtiyatlar hesabına sərf edilən mal-material qiymətliləri silinibdir.Bu əməliyyata hansı mühasibat yazılışı verilməlidir?

a)412 dt 201 kt

b)234 dt 201 kt

c)611 dt 201 kt

d)721 dt 201 kt

e)202 dt 201 kt


455.Məqsədli təyinatlı tədbirlər üçün materiallar sərf edilibdir.Bu əməliyyata hansı mühasibat yazılışı verilməlidir?

a)544 dt 201 kt

b)234 dt 201 kt

c)611 dt 201 kt

d)721 dt 201 kt

e)202 dt 201 kt


456.Maddi qiymətlilər müəyyən səbəblər nəticəsində mal göndərənlərə qaytarılıbdır.Bu əməliyyata hansı mühasibat yazılışı verilməlidir?

a)217 dt 201 kt

b)234 dt 201 kt

c)611 dt 201 kt

d)721 dt 201 kt

e)202 dt 201 kt


457.Maliyyə-təsərrüfat fəaliyyətinin real vəziyyətini müəyyən etmək üçün nəyin qiymətləndirilməsi bir zərurət kimi tələb olunur?

a)əmlak və öhdəliklərin

b)təsərrüfat fəaliyyətinin

c)qiymət səviyyəsinin

d)köməkçi istehsalın

e)düzgün cavab yoxdur


458.Hansından mühasibat uçotu obyektlərinin qiymətləndirilməsi asılı deyildir?

a)istehsalın tipindən və fasiləsizliyindən

b)obyektin tipindən və uçotun məqsədindən

c)vergi hesablaşmalarının aparılmasından

d)statistik hesabatların tərtib edilməsindən

e)mühasibat hesabatında əks etdirilməsindən


459.Müəssisələrin çoxunda materialları cari uçotda hansı qiymətlə əks etdirirlər?

a)alış qiyməti, plan (normativ) maya dəyəri ilə

b)ilk dəyərlə, sərbəst qiymətlə

c)bərpa dəyəri ilə, müqavilə qiyməti ilə

d)cari və qalıq dəyəri ilə

e)düzgün cavab yoxdur


460.Beynəlxalq uçot təcrübəsində materialların qiymətləndirilməsinin neçə metodu tətbiq edilir?

a)2


b)5

c)3


d)6

e)4
461.Təcrübədə material resurslarının qiymətləndirilməsinin digər hansı növlərindən istifadə olunur?

a)əvəzetmə qiymətlərdən, normativ məsrəflərdən və transfert qiymətlərdən

b)əvəzetmə qiymətlərdən, bazar qiymətlərdən

c)normativ məsrəflərdən, sərbəst qiymətlərdən

d)transfert qiymətlərdən, müqavilə qiymətlərdən

e)düzgün cavab yoxdur
462.Kütləvi və seriyalı istehsalda bitməmiş istehsal mühasibat uçotunda hansı qiymətlə əks etdirilir?

a)həqiqi istehsal məsrəfləri ilə

b)transfert qiymətlərlə

c)müqavilə qiymətlərlə

d)topdan qiymətlərlə

e)pərakəndə qiymətlərlə


463.Fərdi istehsalın təşkili zamanı bitməmiş istehsalın məhsulu hansı qiymətlə əks etdirilir?

a)həqiqi istehsal məsrəfləri ilə

b)həqiqi maya dəyəri ilə

c)müqavilə qiymətlərlə

d)topdan qiymətlərlə

e)pərakəndə qiymətlərlə


464.İstehsalçının öz məhsulunu topdan alıcılara satdığı qiyməti özündə əks etdirən hansı qiymətdir?

a)topdan qiymət

b)pərakəndə qiymət

c)müqavilə qiyməti

d)alış qiyməti

e)satış qiyməti


465.Ayrı-ayrı əmlak və onların əmələ gəlmə mənbələrinin pul ölçüsü ilə uçot və hesabatda əks etdirilməsi üsulunu özündə nə əks etdirir?

a)əmlak və öhdəliklərin qiymətləndirilməsi

b)istehsalın təşkili səviyyəsinin qiymətləndirilməsi

c)istehsalın texniki vəziyyətinin qiymətləndirilməsi

d)müəssisə işçilərinin əmək haqqı səviyyəsinin qiymətləndirilməsi

e)düzgün cavab yoxdur


466.Müəssisənin torpaq, tikili və avadanlıqları (əsas vəsaitləri) və material qiymətliləri balansda hansı qiymətlə əks etdirilir?

a)bazar qiymətləri ilə

b)alış qiyməti ilə

c)ilk dəyərlə

d)bərpa dəyəri ilə

e)cari və qalıq dəyəri ilə


467.Məhsul istehsalında bir ildən çox iştirak edən, öz dəyərini hissə-hissə hazır məhsul üzərinə keçirən, natural formasını itirməyən material-əşya dəyərlilərinin məcmusunu özündə birləşdirən vəsaitlər hansı vəsaitlərdir?

a)əsas vəsaitlər

b)qeyri-maddi aktivlər

c)dövriyyə vəsaitləri

d)kapital qoyuluşları

e)maliyyə qoyuluşları


468.Aşağıdakılardan hansı torpaq, tikili və avadanlıqlara aid deyildir?

a)istehsal prosesində bir dəfə iştirak edən, öz dəyərini tamamilə məhsul üzərinə keçirən və bu prosesdə natural formasını saxlamayan sərvətlər

b)istehsal prosesində öz natural formasını saxlayan aktivlər

c)istehsal prosesində bir ildən çox iştirak edən aktivlər

d)istehsal prosesində uzun müddətə istifadə olunan aktivlər

e)köhnəldikcə öz dəyərini müəyyən edilmiş normalarla hissə-hissə məhsul üzərinə keçirən aktivlər


469.Yeni hesablar planına görə torpaq, tikili və avadanlıqlar aşağıdakı hesablardan hansında uçota alınır?

a)111


b)131

c)141


d)211

e)221
470.Əsas vəsaitlərə aşağıdakılardan hansı aiddir?

a)binalar, qurğular, maşınlar, avadanlıqlar, ötürücü qurğular və s.

b)xammal, əsas və köməkçi materiallar

c)yanacaq, tara və tara materialları

d)satın alınmış yarımfabrikatlar və komplektləşdirici məmulatlar

e)ehtiyat hissələri, taralar
471. Aşağıdakılardan hansı əsas vəsaitlərə aid deyildir?

a)hazır məhsullar, pul vəsaitləri və materiallar

b)binalar, qurğular

c)maşınlar, avadanlıqlar

d)ötürücü qurğular, nəqliyyat vasitələri

e)istehsalat alətləri, təsərrüfat inventarları


472.Əsas vəsaitlər istifadə dərəcəsinə görə hansı formada təsnif edilir?

a)istifadə olunan əsas vəsaitlər, ehtiyatda olan əsas vəsaitlər

b)öz mülkiyyətində olan əsas vəsaitlər, digər müəssisələrdən icarəyə qəbul edilən əsas vəsaitlər

c)istifadə olunan əsas vəsaitlər, istifadə olunmayan əsas vəsaitlər

d)fəal xarakterli əsas vəsaitlər, qeyri-fəal xarakterli əsas vəsaitlər

e)düzgün cavab yoxdur


473.Bilavasitə müəssisədə istehsalın fasiləsiz fəaliyyətini təmin etmək üçün nəzərdə tutulan əsas vəsaitlər nə adlanır?

a)ehtiyatda olan əsas vəsaitlər

b)istifadə olunan əsas vəsaitlər

c)öz mülkiyyətində olan vəsaitlər

d)digər müəssisələrdən icarəyə qəbul edilən əsas vəsaitlər

e)istifadə olunmayan əsas vəsaitlər


474.İstifadə olunma xarakterinə görə əsas vəsaitlər hansı vəsaitlərə ayrılır?

a)istifadə olunan əsas vəsaitlər və istifadə olunmayan əsas vəsaitlərt

b)istifadə olunan əsas vəsaitlər, ehtiyatda olan əsas vəsaitlər

c)öz mülkiyyətində olan əsas vəsaitlər, digər müəssisələrdən icarəyə qəbul edilən əsas vəsaitlər

d)fəal xarakterli əsas vəsaitlər, qeyri-fəal xarakterli əsas vəsaitlər

e)düzgün cavab yoxdur


475.Müəssisənin istehsal fəaliyyətində bilavasitə iştirak edən vəsas vəsaitlər hansı vəsaitlərdir?

a)istifadə olunan əsas vəsaitlər

b)ehtiyatda olan əsas vəsaitlər

c)öz mülkiyyətində olan vəsaitlər

d)digər müəssisələrdən icarəyə qəbul edilən əsas vəsaitlər

e)istifadə olunmayan əsas vəsaitlər


476.Əsas vəsait obyektləri üzərində mülkiyyət hüququ olması etibarilə əsas vəsaitlər necə təsnif edilir?

a)öz mülkiyyətində olan əsas vəsaitlər, digər müəssisələrdən icarəyə qəbul edilən əsas vəsaitlər

b)istifadə olunan əsas vəsaitlər, ehtiyatda olan əsas vəsaitlər

c)istifadə olunan əsas vəsaitlər, istifadə olunmayan əsas vəsaitlər

d)fəal xarakterli əsas vəsaitlər, qeyri-fəal xarakterli əsas vəsaitlər

e)düzgün cavab yoxdur


477.Əsas vəsaitlər öz dəyərlərinin istehsal olunmuş hazır məhsulun üzərinə keçirmək xarakteristikasına görə necə qruplaşdırılır?

a)fəal xarakterli əsas vəsaitlər, qeyri-fəal xarakterli əsas vəsaitlər

b)öz mülkiyyətində olan əsas vəsaitlər, digər müəssisələrdən icarəyə qəbul edilən əsas vəsaitlər

c)istifadə olunan əsas vəsaitlər, ehtiyatda olan əsas vəsaitlər

d)istifadə olunan əsas vəsaitlər, istifadə olunmayan əsas vəsaitlər

e)düzgün cavab yoxdur


478.Hazırda əksər hallarda əsas vəsaitlər mühasibat uçotunda hansı dəyərlə qiymətləndirilir ?

a)ilkin, bərpa və qalıq dəyəri ilə

b)ilkin dəyəri ilə

c)bərpa dəyəri ilə

d)qalıq dəyəri ilə

e)balans dəyəri ilə


479.Müasir şəraitdə torpaq, tikili və avadanlıqların (əsas vəsaitlərin) təkrar istehsal dəyərini özündə formalaşdıran hansı dəyərdir?

a)bərpa dəyəri

b)ilk dəyər

c)cari dəyər

d)qalıq dəyəri

e)düzgün cavab yoxdur


480.Daxil olduğu andan obyekt təşkilata hansı dəyərlə qəbul edilir?

a)ilk dəyərlə

b)cari dəyərlə

c)bərpa dəyəri ilə

d)qalıq dəyəri ilə

e)düzgün cavab yoxdur


481.Daşınma və quraşdırma xərcləri də daxil olmaqla əsas vəsaitlərin yaradılmasına, alınmasına sərf olunan xərclər hansı dəyəri təşkil edir?

a)ilkin dəyəri

b)bərpa dəyəri

c)qalıq dəyəri

d)balans dəyəri

e)düzgün cavab yoxdur


482.Əsas vəsaitlərin ilkin dəyəri nə zaman dəyişilə bilər?

a)yenidən qurulduqda, genişləndikdə, qismən ləğv olunduqda

b)köhnəldikdə, qismən ləğv olunduqda

c)obyekt təzə işə salındıqda, təmir edildikdə

d)təmir olunduqda, qismən ləğv olunduqda

e)köhnəldikdə, təmir olunduqda


483.Əsas vəsaitlərin daxil olması hansı sənəd ilə rəsmiləşdirilir?

a)qəbul-təhvil aktı

b)istehsal-texniki sənədlər

c)ilkin uçot sənədləri

d)kassa sənədləri

e)bank sənədləri


484.Əsas vəsaitlər ildə neçə dəfə yenidən qiymətləndirilə bilər?

a)ildə bir dəfədən az olmayaraq

b)ildə iki dəfədən az olmayaraq

c)ildə üç dəfədən az olmayaraq

d)iki ildə bir dəfədən az olmayaraq

e)yenidən qiymətləndirilə bilməz


485.Aşağıdakılardan hansı əsas vəsaitlərin uçotu qarşısında duran vəzifələrdən biridir?

a)əsas vəsaitlərin saxlanması üzərində və ehtiyatda olan vəsaitlərin saxlanmasına nəzarətin təşkili

b)istehsal ehtiyatlarının saxlanmasına və hərəkətinə nəzarət

c)materialların tədarükü, daxil olması və buraxılması ilə əlaqədar sənədlərin düzgün və vaxtında rəsmiyyətə salınması

d)əmtəə-material dəyərlərinin istehsalda əsaslandırılmış normalar üzrə sərf olunmasına daimi nəzarətin təmin olunması

e)əmtəə-material satıcıları ilə hesablaşmaların vaxtında icra olunması


486.Aşağıdakılardan hansı əsas vəsaitlərin uçotu qarşısında duran vəzifələrdən biri deyildir?

a) istehsal ehtiyatlarının saxlanmasına və hərəkətinə nəzarət

b)əsas vəsaitlərin saxlanması üzərində və ehtiyatda olan vəsaitlərin saxlanmasına nəzarətin təşkili

c)mühasibat uçotunda əsas vəsaitlərin qalığı, hərəkəti ilə əlaqədar sənədləşdirmənin düzgün və vaxtında tərtib edilməsi

d)əsas vəsaitlərin səmərəli istifadə olunması və amortizasiya (köhnəlmə) hesablanmasının uçotunun düzgün aparılması üzərində nəzarət

e)əsas vəsaitlər üzrə vergilərin hesablanması və ödənməsinin icrası üzərində nəzarət


487. Əsas vəsaitlər hesabının debetində hansı əməliyyatlar əks olunur?

a)əsas vəsaitlərin daxil olması, yenidən qiymətləndirilməsi

b)əsas vəsaitlərin çıxması və qiymətlərinin aşağı salınması

c)əsas vəsaitlərin köhnəlməsi

d)əsas vəsaitlərin təmiri

e)əsas vəsaitlərin satışı


488.Əsas vəsaitlər hesabının kreditində hansı əməliyyatlar əks olunur?

a)əsas vəsaitlətin çıxması və qiymətlərinin aşağı salınması

b) əsas vəsaitlərin daxil olması, yenidən qiymətləndirilməsi

d)əsas vəsaitlərin köhnəlməsi

d)əsas vəsaitlərin təmiri

e)əsas vəsaitlərin satışı


489.Əsas vəsaitlər müəssisədən hansı səbəblərdən çıxa bilər?

a)satıldıqda, ləğv olunub silindikdə, əvəzsiz verildikdə, əskik gəlmə olduqda

b)köhnəldikdə, xidmət müddəti qurtardıqda

c)istifadə olunmadıqda, təmir olunduqda

d)təmir olunduqda, icarəyə verildikdə

e)icarəyə verildikdə, köhnəldikdə


490.Əsas vəsaitlərin icarədara verilməsi hansı sənədlə rəsmiyyətə salınır?

a)qəbul-təhvil aktı

b)istehsal-texniki sənədlər

c)ilkin uçot sənədləri

d)kassa sənədləri

e)bank sənədləri


491.Əsas vəsaitlərin daxil olması və onların əsas vəsait kimi uçotda əks olunması nə ilə rəsmiləşdirilir?

a)qəbul-təhvil aktı ilə

b)istehsal-texniki sənədlər ilə

c)ilkin uçot sənədləri ilə

d)kassa sənədləri ilə

e)bank sənədləri ilə


492.Əsas vəsaitlərin təmiri hansı növlərə bölünür?

a)cari, orta, əsaslı

b)cari, gündəlik

c)cari, orta

d)əsaslı, orta

e)orta, gündəlik


493.Əsas vəsaitlərin icarəyə verilməsinin hansı formalarından istifadə edilir?

a)müəssisənin, nəqliyyat vasitələrinin, ayrıca obyektlərin və ya komplekslərin, sexlərin, istehsalların icarəsi

b)müəssisənin icarəsi

c)nəqliyyat vasitələrinin icarəsi

d)ayrıca obyektlərin və ya komplekslərin icarəsi

e)sexlərin və istehsalların icarəsi


494.Əsas vəsaitlərin bir sıra hissələrinin dəyişməsi və bərpa edilməsi hansı təmir üzrə həyata keçirilir?

a)əsaslı təmir

b)orta təmir

c)cari təmir

d)birdəfəlik təmir

e)düzgün cavab yoxdur


495.Əsas vəsaitlərin əsaslı və cari təmiri hansı üsulla aparıla bilər?

a)təsərrüfat və podrat üsulu ilə

b)təsərrüfat üsulu ilə

c)podrat üsulu ilə

d)birdəfəlik üsulla

e)dolayı üsulla


496.Əsas vəsaitlərin neçə cür köhnəlməsi vardır?

a)2


b)5

c)3


d)6

e)4
497.Əsas vəsaitlərin mənəvi köhnəlməsi nə ilə əlaqədardır?

a)ölkədə aparılan elmi-texniki tərəqqı ilə əlaqədar onların dəyərinin aşağı düşməsi və daha məhsuldar vəsaitlərin yaranması ilə

b)əsas vəsaitlərin fiziki keyfiyyətini itirməsi və vəsaitin işlənmiş vəziyyətə düşməsi ilə

c)əsas vəsaitlərin bilavasitə istehsalda istismarı və onların yüklənməsi ilə

d)əsas vəsaitlərin dəyərinin aşağı düşməsi ilə

e)düzgün cavab yoxdur
498.İstismara yararlı müddətdə aktivlərin amortizasiya dəyərinin müəyyən olunmuş normalarla müntəzəm olaraq bölüşdürülməsi:

a)amortizasiyadır

b)əsas vəsaitlərin ilk dəyəridir

c)əsas vəsaitlərin balans dəyəridir

d)əsas vəsaitlərin bərpa dəyəridir

e)əsas vəsaitlərin ləğvetmə dəyəridir


499.Aşağıdakılardan hansına amortizasiya hesablanmır?

a)məhsuldar heyvanlara

b)nəqliyyat vasitələrinə

c)avadanlıqlara

d)tikililərə

e)qeyri-maddi aktivlərə


500.Hüquqi və fiziki şəxslərdən əvəzsiz olaraq istehsal təyinatlı torpaq, tikili və avadanlıqlar təşkilata daxil olubdur.Bu əməliyyata hansı mühasibat yazılışı verilməlidir?

a)111 dt 335, 611 kt

b)111 dt 113 kt

c)111 dt 302 kt

d)111 dt 112 kt

e)111 dt 202 kt


501.Yeni yaradılan təşkilat torpaq, tikili və avadanlıqları razılaşma qiyməti ilə mədaxil edibdir.Bu əməliyyata hansı mühasibat yazılışı verilməlidir?

a)111 dt 302 kt

b)111 dt 112 kt

c)111 dt 335 kt

d)111 dt 113 kt

e)111 dt 202 kt


502.Quraşdırma tələb edən avadanlıqlar əldə edilib. Onlar quraşdırmaya verildikdə əməliyyata hansı mühasibat yazılışı verilməlidir?

a)113 dt 111 kt

b)113 dt 531 kt

c)113 dt 244 kt

d)113 dt 201 kt

e)113 dt 202 kt


503.Ləğv edilməsi ilə əlaqədar olaraq torpaq, tikili və avadanlıqlar təsərrüfat dövriyyəsindən çıxıbdır. Ləğv etmədən olan maliyyə nəticələrindən mənfəət əldə edilməsinə hansı mühasibat yazılışı verilməlidir?

a)731 dt 801 kt

b)731,1 dt 111 kt

c)731,1 dt 538 kt

d)731,1 dt 533 kt

e)731,1 dt 538 kt



Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə