Qiymət və kalkulyasiya. Müəssisələrdə mövcud olan təsərrüfat vəsaitləri və təsərrüfat əməliyyatları öz xarakterinə görə müxtəlif məzmuna malikdir. Bununla əlaqədar olaraq vəsait və əməliyyatlarda ümumi göstəricinin müyyən olunmasına ehtiyac vardır. Bunun üçün isə qiymətdən istifadə olunması çox vacibdir. Qiymətin köməyi ilə müəssisədə mövcud əmlakın bütün çeşidlərinin ümumiləşdirilmiş həcmi müəyyən olunur. Yəni bütün natural və digər göstəricilər pul ölçüsünə çevrilir və bu əsasda müəssisə təsərrüfat vəsaitinin qiyməti onların həqiqi maya dəyərinə əsaslanaraq müəyyənləşdirilir. Müəssisə təsərrüfat fəaliyyətinə nəzarətin təmin olunmasında isə sərf olunmuş məsrəflər və onların yekun göstəriciləri müəyyənləşdirilməlidir. Bu hesabla sərf olunmuş bütün məsrəflər üzrə maya dəyərinin hesablanması çox vacib göstəricidir. Məhsulun maya dəyəri isə korkulyasiya əməliyyatının aparılması ilə müəyyən edilir. Kalkulyasiya eyni zamanda hər bir məhsul növü üzrə qiymətlərin müəyyən olunmasına şərait yaradır.Beləliklə, mühasibat uçotu obyektlərini ümumiləşdirilmiş şəkildə ifadə etmək üçün qiymət və korkulyasiyadan istifadə edilir.