“ ” 20 IL Fənn proqramı (sillabusu) Kafedra


Fənnin təsviri və məqsədi



Yüklə 21,86 Kb.
səhifə2/4
tarix06.01.2022
ölçüsü21,86 Kb.
#112003
1   2   3   4
4. Fənnin təsviri və məqsədi:

(Fənn haqqında qısa məlumat, onunla əlaqəli fənlər, fənnin tədrisinin məqsədi yazılı şərh olunur. Bu fənni öyrənməklə tələbələrin nəyi biləcəkləri, nəyə nail olacaqları və hansı vərdişlərə yiyələnəcəkləri qeyd edilir.)

Proqram ali təhsil ocaqlarında “Dizayn” ixtisası və reklam sahəsi üzrə geniş profilli mütəxəssis hazırlığı üçün nəzərdə tutulur. Dizayn tarixi, Layihələndirmə, Poliqrafiya və Tipoqrafiya fənləri ilə qarşılıqlı əlaqələndirilməsi və inteqrasiyası təmin olunur, eyni zamanda tələblərin lazımı bilik, bədii obraz təfəkkürü metodunu mənimsəməyə və inkişaf etdirməyə kömək edir. Proqram düşüncənin simvolik ifadəsi, elementlərin müasir üslub üzrə layihələndirilməsi, reklam məhsullarının kompozisiya həlli, reklam elanlarının təşkili və tərtibatı, həmçinin sərgi kompozisiyalarınının layihələndirlməsi, şəhər reklam növlərinin inkişafı və vizual kommunikasiyaların digər obyektlərinin yerləşmə prinsiplərini nəzərdə tutur. Tələbələrə layihələndirmədə bədii vasitələrin geniş spektoru ilə və firma üslubu komplekslərindən tutmuş müxtəlif fərdi obyektlərin tərtibatına və həllərinə imkan verən layihə metodu ilə iş aparmağı öyrədir. Layihələndirmə prosesi layihəqabağı tədqiqatların ardıcıl həllindən yığılır, kulturoloji, sosioloji və psixoloji tətqiqini və təyinini əhatə edir və əlbəttə ki, obyektlərin həcmi bədii və konstruktiv həlli xüsusiyyətini açıqlayır.Bədii layihələndirmənin metodik biliyini mənimsəmək, öz layihə fəaliyyətində elmi-texniki nəaliyyətləri tətbiq etmək bacarığı, sosioloji, iqtisadi, estetik, funksional və konstruktiv-texnoloji məsələlərin düzgün həll edilməsini öyrədir.


Yüklə 21,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin