## İxtisas: Psixologiya ## Qrup: 412, 413, 414 ## Bölmə


##num=7// level= 1// sumtest= 20 //name= Psixologiyanın tədrisində tələbələrin müstəqil işlərinin xüsusiyyətləri//



Yüklə 0,72 Mb.
səhifə7/14
tarix16.12.2018
ölçüsü0,72 Mb.
#86143
1   2   3   4   5   6   7   8   9   10   ...   14

##num=7// level= 1// sumtest= 20 //name= Psixologiyanın tədrisində tələbələrin müstəqil işlərinin xüsusiyyətləri//


T1-7; T2-5; T3-5; T4-3

121. Yenidənqurma xarakterli müstəqil işlərə aiddir:

A) informasiyaların alınması;

B) tapşırıqların həlli zamanı cədvəllərin doldurulması;

C) planların tərtibinə və məsləhətlərin həllinə yenidən baxılması;

D) təlim tapşırıqlarının mətnləşdirilməsi;

E) psixoloji bilikləri daha da möhkəmləndirmək



122. Reproduktiv xarakterli müstəqil işlərə aid deyil:

A) bacarıq və vərdişləri formalaşdırmaq;

B) cədvəllərin doldurulması;

C) psixoloji biliklərin möhkəmləndirilməsi;

D) planların tərtibinə yenidən baxılması;

E) tapşırıqların həlli, sxem



123. Yardıcılıq xarakterli müstəqil işlərə aiddir:

A) planların yenidən tərtibi;

B) dərketmə və yadasalma;

C) tapşırıqların həlli;

D) yeni informasiyaların alınması, problemli situasiyanın təhlili;

E) psixoloji biliklərin möhkəmləndirilməsi



124. Verilənlərdən biri mühazirədə tələbələrin müstəqil işlərinə aid deyil:

A) mühazirədə fraqmentlərdən yerində istifadə edilməsi

B) qısa icmal tutmaq vərdişinə tələbələri yiyələndirmək;

C) məntiqi struktur sxemlərdən istifadə edərək icmalın köməyi ilə işin təşkili;

D) yeni tədqiqat işlərinin işlənilməsi və ardıcıllığa riayət edilməsi;

E) praktik tapşırıqların icra edilməsi;



125. Müstəqil işin müvəffəqiyyəti nə ilə müəyyən olunur?

A) tələbələrin hazırlığının səviyyəsi ilə;

B) qarşılıqlı təsir forması ilə;

C) müstəqil fəaliyyətin təşkili ilə;

D) nəzəri biliklərin reallaşması ilə;

E) idraki tapşırıqların həlli üsulu ilə



126. Müstəqil işin əhəmiyyəti nədən ibarətdir? Düzgün variantı seçin:

A) müstəqil iş tələbələrin sərbəst iş bacarıqlarının qarşısını alır.

B) müstəqil iş yalnız bacarıq və vərdişlərin məcmuyu kimi müstəqilliyi formalaş- dırmır, həm də xarakterik cəhət kimi müasir mütəxəssisin yüksək ixtisaslaşmış şəxsiyyətinin strukturunda mühüm rol oynayır.

C) müstəqil iş tələbələrin yaradıcı fəallığını ləngidir.

D) müstəqil iş zamanı tez-tez problemli situasiyalar yaranır.

E) müstəqil iş bütün tədris işlərinin yalnız nəzəri məsələlərini həll edir.



127. Tələbələrin müstəqil işlərinin təsirliliyinin artırılması yolları hansılardır?

A) müəllim və tələbələrin qarşılıqlı əməkdaşlıq münasibətlərinin yaranması;

B) tədris metodiki vəsaitlərin propramın tələblərinə cavab verməməsi;

C) tələbələrin müstəqil işinin icra edilməsi üçün tədris kompleksinin proqrama uyğun hazırlanması;

D) tələbələrin elmi tədqiqat işinə cəlb edilməsinin fərdi planlarının hazırlanması;

E) qeyri-standart qərarları ehtimal edən müstəqil tapşırıqların hazırlanması



128. Müstəqil iş nə zaman effektli olur?Uyğun olanları seçin:

1- müstəqil iş o zaman effektli olur ki, onun icrasında iki və ya üç tələbə iştirak edir.



2- müstəqil iş zamanı qrup işi müəllimin nəzarəti sayəsində tələbələrin motivasiya faktorlarını gücləndirir.

3- müstəqil iş tələbələrin intellektual fəallığını ləngidir.

4- müstəqil iş tələbələrin idraki fəaliyyətinin səmərəliliyini yüksəldir.

5- müstəqil işin gedişində tərəfdaşların iştirakı onların psixologiyasını mənfi mənada dəyişdirir.

A) 1, 2, 5;

B) 1, 3, 5;

C) 3, 4, 5;

D) 2, 3, 4;

E) 1, 4, 5

129. Tələbələrin müstəqil işlərinin təşkili və onların müvəffəqiyyətlə işlənməsi üçün uyğun olanları müəyyən edin:

1- didaktik materiallardan istifadə;

2- auditoriyada fərdi və kollektiv iş formalarında tələbələrin müstəqil işlərinin təşkilinə kompleks yanaşma;

3- bütün iş formalarında tələbələrin müstəqil işlərinin bütün səviyyələrinin (tiplə- rinin) birləşdirilməsi;

4- müstəqil işlərin keyfiyyətinə nəzarətin təminatı;

5- ədəbiyyatla və ilkin mənbələrlə tanışlıq

A) 1, 2, 5;

B) 2, 4, 5;

C) 2, 3, 4;

D) 3, 4, 5;

E) 1, 3, 5

130. Tezisə uyğun olanları seçin:

1- tezis müvafiq mövzunun qısa məzmununun və mahiyyətinin ardıcıllıqla ifadə edilməsidir.

2- tezisdə suallar qısa məzmunda açılır.

3- tezis elmi əsərin əsas ideyalarının qısa formada ifadəsidir.

4- tezisdə əsər haqqında geniş məlumat verilir.

5- tezis öyrənilən materialların psixoloji mahiyyətini açıqlayır.

A) 3, 4, 5;

B) 2, 3, 4, 1;

C) 1, 3, 4;

D) 1, 2, 3, 5;

E) 4, 5, 1, 3

131. Əqli işin hansı rasional təşkili qaydalarını bilmək zəruridir. Uyğun olmayan yanlış variantı seçin:

1- il boyunca işin qeyri-bərabər bölgüsü aparılmalıdır.

2- işə dərhal sıçrayışla deyil, ona tədricən qoşulmaq lazımdır.

3- hər bir işin həllində ardıcıllığa riayət edilməlidir.

4- əməyin və istirahətin növbələşməsi istəyə uyğunlaşdırılmalıdır.

5- məhsuldar əqli fəaliyyət ictimai əhəmiyyətə malik olmalıdır.

A) 1, 4;

B) 4, 5;


C) 3, 4;

D) 2, 3;


E) 2, 5

132. Tələbələrin müstəqil işinin düzgün təşkili və müvəffəqiyyətli həlli üçün uyğun olanları seçin:

1- auditoriya işinin bütün formaları üzrə fəaliyyətin təşkilinə hərtərəfli yanaşmanın olması;

2- sərbəst işin bütün səviyyələrinin uyğunluğu;

3- fəaliyyətin təşkilinə birtərəfli yanaşma;

4- qrup işində icra etmənin zəruriliyi4

5- müstəqil işin icrasında sərbəst işin inkişaf səviyyələrinin qeyri-bərabərliyi

A) 2, 3, 4;

B) 2, 3, 5;

C) 3, 4, 5;

D) 1, 2, 4;

E) 1, 3, 5

133. Müstəqil işin mahiyyətinə aid olanların ardıcıllığını müəyyən edin:

1- müstəqil iş müəllimin iştirakı olmadan yalnız onun metodiki rəhbərliyi altında tələbələrin sərbəst şəkildə tapşırıqları yerinə yetirməsidir.

2- müstəqil iş tədris məşğələlərinin əsas üsulu və təşkilat formasıdır.

3- müstəqil iş tələbələrin intellektual potensialını məhdudlaşdırır.

4- müstəqil iş tələbələrin dərketmə fəaliyyətinin ən mühüm vacib şərtidir.

5- müstəqil iş tələbələrin bilikləri fəal qavramaq, onları yenidən işləmək və yeni informasiya yaratmaq üçün fəaliyyət prosesidir.

A) 2, 3, 4, 5;

B) 1, 2, 4, 5;

C) 3, 2, 4,1;

D) 2, 3, 5;

E) 1, 3, 4, 5

134. Tələbələrin müstəqil fəaliyyətinin səviyyələrinin ardıcıllığını müəyyən edin:

1- axtarıcılıq;

2- reproduktiv;

3- tapşırıqların həlli

4- yenidənqurma;

5- yaradıcılıq

A) 2, 4, 6, 1, 3;

B) 3, 4, 5;

C) 1, 2, 3, 4;

D) 3,1, 4, 5;

E) 2, 5, 1, 3

135. Təhsilin məzmununa yönəldilən komponentlərin ardıcıllığını müəyyən edin:

1- emosional qiymətləndirmə fəaliyyətinin təcrübəsi;

2- biliyə yiyələnmə bacarığı;

3- mənəvi tapşırıqların yerinə yetirilməsi bacarığı;

4- problemli situasiya və qiymətləndirmə

5- yaradıcı fəaliyyət təcrübəsi;

A) 3, 4, 5;

B) 1, 3, 4;

C) 2, 4, 5;

D) 2, 3, 5, 1;

E) 1, 2, 4, 5

136. İcmala aid olanları ardıcıllıqla müəyyən edin:

1- icmal öyrənilən materialın xülasəsidir.

2- icmal tərtib etmək bacarığı mürəkkəb və uzun vaxt tələb edir.

3- icmal əsas ideyaların mahiyyəti və nəticəsi olmalıdır.

4- icmal müəllifin əsərdəki fikirlərinin quruluşunu açır.

5- ədəbiyyat üzərində qeyd aparmağın lazımi növüdür.

A) 4, 5, 2

B) 2, 3, 4;

C) 3, 4, 5;

D) 1, 3, 4, 5;

E) 1, 2, 3, 5;

137. Müstəqil işin gedişində nəzərə alınan prinsiplərin ardıcıllığını müəyyən edin:

1- frontal işin qarşılıqlı əlaqəsi;

2- varislik;

3- sistemlilik;

4- nəzəri və praktik işin əlaqələndirilməsi;

5- fərdi işin qarşılıqlı əlaqəsi

A) 2, 4, 5, 1;

B) 1, 3, 4, 5;

C) 2, 3, 4, 5;

D) 1, 3, 4, 2;

E) 3, 4, 5, 1

138. Uyğunluğu müəyyən edin:

I- İcmalın hansı növlərini fərqləndirirlər?

II- Tələbələrin müstəqilliyinin ilkin psixoloji şərtlərinə aiddir?

1- təhsildə tələbələrin müvəffəqiyyəti;

2- hərfi;

3- təlimə müsbət münasibət;

4- yaradıcı;

5- təlimə maraq və istəyin olması;

6- mürəkkəb;

7- müstəqil işin düzgün təşkili

A) I- 2, 4, 6; II- 1, 3, 5, 7;

B) I- 3, 4, 5; II-2, 4, 5, 6;

C) I- 1, 5, 6; II- 1, 2, 4, 7;

D) I- 4, 5, 7; II- 3, 4, 5, 7;

E) I- 1, 3, 5; II- 4, 5, 6, 7

139. Uyğunluğu müəyyən edin:

I- Tələbələrin müstəqil işinin düzgün təşkili və müvəffəqiyyətli üçün zəruri olanları seçin:

II- Tələbələrin ədəbiyyat üzərində müstəqil iş zamanı hansı qeyd növləri mühüm rol oynayır?

1- auditoriya işinin bütün formaları üzrə fəaliyyətin təşkilinə hərtərəfli yanaşmanın olması;

2- sərbəst işin bütün səviyyələrinin uyğunluğu;

3- məqalə və tezis;

4- çıxarış;

5- qrup işində icra etmənin zəruriliyi;

6- plan və icmal;

7- rəy və annotasiya;

A) I- 2, 4, 5; II- 3, 4, 5, 7;

B) I- 2, 3, 4; II- 2, 3, 4, 6;

C) I- 3, 4, 5; II- 1, 2, 3, 4;

D) I- 1, 2, 5; II- 3, 4, 6, 7;

E) I- 1, 4, 5; II- 4, 5, 6, 7

140. Uyğunluğu müəyyən edin:

I- Məqaləyə aid olanları göstərin:

II- Məqalənin səciyyəvi cəhətlərinə aiddir?

1- hər bir məqalə elmi axtarışın nəticəsi olmalıdır.

2- məqalə hər hansı bir yeni elmi nəticə, psixoloji qanunauyğunluq və qanunun müəyyənləşdirilməsi ilə nəticələnən elmi-tədqiqat əsəridir.

3- məqalə yığcam, aydın və səlis dildə ifadə edilməlidir.

4- məqalə elmi yaradıcılıqla əlaqələndirilməlidir.

5- məqalədəki hər bir fikir və mühüm ideya faktlarla əsaslandırılmalıdır.

6- məqalə psixoloji ideyaların qısa formasıdır.

7- məqalədə hər bir tədqiqatçının elmi mühakimə tərzi formalaşdırılmalıdır.

8- məqalədə yeni elmi fərziyyələr, mülahizələr irəli sürülür.

A) I- 3, 4, 6, 7; II- 2, 3, 4, 6;

B) I- 2, 4, 6, 8; II- 1, 3, 5, 7;

C) I- 1, 3, 4, 5; II- 1, 4, 6, 8;

D) I- 5, 6, 7, 8; II- 3, 4, 5, 6;

E) I- 3, 5, 7, 8; II- 4, 5, 6, 7





Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin