|
|
səhifə | 153/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| erləşsəm, etiraz etməzsiniz ki? Mən gündən-günə qocalıram, qızlarımdan çox uzaq yaşayıram. Mən sizə əziyyət vermərəm. Mən ancaq orada yaşayacağam. Hər axşam siz mənə qızımdan danışarsınız. Bu, sizə qətiyyən mane olmaz, halbuki mən, siz evə qayıtdığınız zaman, öz-özümə deyəcəyəm ki: “O, bir az bundan əvvəl mənim balaca Delfinamla görüşüb. O, mənim qızımla bala gedib, mənim qızım onun sayəsində xoşbəxtdir”. Xəstələndiyim zaman, evə qayıtdığınızı eşitmək, mebeli tərpətdiyinizi, otaqda gəzişdiyinizi duymaq mənim dərdlərimə dərman olacaq, siz mənə qızımı xatırladacaqsınız. Yelisey düzləri iki addımlıqdadır, mən həmişə gəzməyə çıxan qızlarımı görəcəyəm. Elə gec qayıtmayacağam. Bəlkə, qızım sizə də gəldi. Mən onun səsini eşidəcəyəm, səhər kapotunda, oyan-buyana qaçdığını, pişik kimi nazlana- nazlana gəzdiyini görəcəyəm. Son bir ayda lap yeniyetmə qız kimi şən, qəşəng olub. Ürəyi fərəhlənir, bu səadəti ona siz vermisiniz. Ah, mən sizin xatirinizə nələr etməzdim! Bu saat geri qayıtdığımız zaman onun mənə nə dediyini bilirsinizmi? O: “Ata, mən çox xoşbəxtəm!” – dedi. Onlar mənə ədəblə “atamız” deyəndə qəlbim üşüyür, lakin sadəcə “ata” deyəndə, onların uşaqlığı yadıma düşür, şirin xatirələrlə çırpınıram. O zaman ata olduğumu daha dərindən hiss edirəm. Belə zənn edirəm ki, onlar heç kəsin deyil, yenə mənimdir, mənim əziz qızlarım...
Qoca göz yaşlarını sildi: o ağlayırdı.
– Mən çoxdan bəri bu sözü eşitməmişdim, çoxdan idi ki, o, mənim qolumdan tutmamışdı. Bəli, bəli, on il olar mən qızlarımın heç biri ilə yanaşı gəzməmişəm. Onun paltarına toxunma , addımlarımı onun addımlarına uyğunlaşdırma , vücudunun hərarətini duymaq nə qədər xoş olduğunu bilsəydiniz! Bu səhər mən Delfinamla çox yerlər gəzdim. Dükanları dolaşdım. Evinə qədər ötürdüm. Ah, qoyun mən də sizin yaxınlığınızda yaşayım! Ah, bu yoğun Elzas kötüyü ölsəydi, podaqrası qarnından yapışsaydı, mənim qızım necə xoşbəxt olardı! Siz mənim kürəkənim, qızımın açıqdan-açığa əri olardınız. O, hələ dünyanın ləzzətini duymamış bədbəxt qadındır: odur ki mən ona hər şeyi əfv edirəm. Allah mehriban ataların
tərəfində olmalıdır. – O, bir az susdu, sonra başını yırğalayıb əlav
Dostları ilə paylaş: |
|
|