|
|
səhifə | 158/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| ca Tayferi xəbardar etmək istəyirdik! Amma şagirdin kələyi baş tutmadı! Təndir qızıb, xəmir yoğrulub, kündə əlimizdədir. Sabah onu yeyib, qırıntılarını göyə sovuracağıq. Yox, yox, əzizim, kündə gərək bişsin! Xırda-mırda vicdan əzabı çəksək də, çörək mədəmizdə həzm edildikcə hər şey
yaddan çıxacaq. İndi biz bir az yatarıq, polkovnik qraf Frankessini isə şpaqasının ucu ilə bizim üçün Mişel
Tayferin sərvətinə yol açar. Viktorina qardaşının varisi olduqdan sonra ildə on beş min mədaxili olacaq. Mən artıq məlumat toplamışam, anası tərəfdən olan mirası üç yüz mindən artıqdır.
Ejen bu sözləri eşitsə də, cavab verməkdə aciz idi: dili damağına yapışmışdı:, gözlərini yuxu basır, stol və kirayənişinlər isə nurlu duman içində görünürdü. Yavaş-yavaş gurultu azaldı, kirayənişinlər bir-bir dağılışmağa başladılar. Otaqda ancaq madam Voke, madam Kutür, madmazel Viktorina, Qorio ata və Ejen qaldı. Ejen yuxunun arasından, Vokenin süfrənin üstündəki şüşələri yığışdırıb, artığını bir şüşəyə tökdüyünü görürdü.
Madam Voke deyirdi:
– Ah, nə dəlisov cavanlardır!
Bunlar Ejenin dərk edə bildiyi son sözlər idi. Silviya dedi:
– Heç kəs cənab Votren kimi bu cür kələk işlədə bilməz! Baxın, Kristof necə xoruldayır!
Votren dedi:
– Əlvida, cici. Mən “Vəhşi dərə”dəki Martiyə baxmaq üçün teatra gedirəm. Bu, böyük pyesdir, “Rahib”dən təbdil edilmişdir. Arzu etsəniz, xanımları da oraya apara bilərəm. Madam Kutürü də, madmazel Viktorinanı da dəvət edirəm.
Madam Kutür:
– Təşəkkür edirəm, – deyə cavab verdi.
Voke bağırdı:
– Qonşu, niyə belə? Siz Şatobrianın “Atala”sı* üsulunda “Rahib”dən təbdil edilmiş bir əsərə baxmaq istəmirsiniz? Keçən yay cökə ağacları altında onu sevə-sevə oxuyub, Elodeya Maqdolinası kimi göz yaşı tökürdük. Tərbiyəvi əsərdir, gənc xanım üçün də faydalı ola bilər.
Viktorina cavab verdi:
– Biz teatra gedə bilmərik.
Votren isə Ejenlə Qorio atanın başlarını gülməli halda yırğalayaraq:
– Qoçaqlar lap hazır olublar, – dedi.
Votren, tələbə rahat yatsın deyə, onun başını st lun ına söykədi, hərarətlə alnından öpdü və oxudu:
Şirin yuxuya dal, mənim əzizim! Qorxma, dincini al, mənim əzizim. Viktorina:
– Qorxuram xəstələnsin, – dedi. Votren cavab verdi:
– El
Dostları ilə paylaş: |
|
|