|
|
səhifə | 66/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| carə edir. O, Bufonlarda da tez-tez görünür. Hamının nəzər-diqqətini özünə cəlb etmək üçün həmişə ucadan gülür, o deyilmi?
Hersoginya gülümsəyərək:
– Mən sizin, əzizim, bu cür adamlarla maraqlanmağınıza heyrət edirəm, – dedi. – Yalnız de Resto kimi məhəbbətdən ağlını itirən adam madmazel Anastazinin ununda ağnaya bilər. Ah! Bu işdə o, hər halda, ziyan çəkəcəkdir. Anastazi qraf de Trayın tələsinə düşmüşdür, qraf onu məhv edəcəkdir.
Ejen:
– Demək, onlar öz atalarını rədd etmişlər? – dedi
Hersoginya cavab verdi:
– Bəli, bəli, öz atalarını, lap doğma atalarını, ümumiyyətlə, atalarını, həm də deyildiyinə görə, çox yaxşı
bir atanı rədd etmişlər. O, hər birinə beş-altı yüz min nişan pulu vermiş, özünə isə ildə səkkiz min, on min livr mədaxil saxlamışdır. O, elə zənn edirmiş ki, qızları, doğrudan da, qızlıq borcunu unutmayacaqlar: o, qızlarının evində özü üçün iki həyat, iki ev yaradacaq, hər zaman məhəbbətlə və nəvazişlə qarşılanacaqdır. Bunun əvəzində isə kürəkənləri iki ildən sonra onu ən alçaq bir adam kimi cəmiyyətdən qovdular.
Ejenin gözlərində yaş işıldadı: o, hələ həyatının saf və müqəddəs havası ilə nəfəs alırdı, hələ gənclik həsrətlərinin təsiri ilə yaşayırdı. O yalnız burada ilk dəfə Paris mədəniyyəti ilə döyüş meydanında qarşı- qarşıya gəlmişdi. Səmimi hisslərin təsiri o qədər qüvvətli oldu ki, onlar sükut içində bir müddət bir-birinin üzünə baxa-baxa qaldılar.
Hersoginya sükutu pozaraq:
– Aman, yarəb! – dedi. – Əlbəttə, bu, dəhşətli şeydir, halbuki biz hər gün belə hadisələrə rast gəlirik. Məgər bunun bir səbəbi yoxdurmu? Bir dəfə belə, əzizim, siz kürəkən nə olduğunu fikirləşmisinizmi? Kürəkən elə bir kişiyə deyirlər ki, biz on yeddi il müddətində ailənin ümidi , Lamartinin sözü ilə desək, ailənin ləkəsiz qəlbini, gələcəkdə isə vəba xəstəliyinə çevrilən və min bir bağla bizə bağlı olan əziz bir xilqəti onun üçün bəsləyirik. Kişi isə bu xilqəti bizdən ayırdığı zaman, o, hər şeydən əvvəl, onun məhəbbətindən bir balta kimi istifadə edir, bu mələyin qəlbində, canlı ürəyində ailəsi ilə onu bağlayan bütün hissləri kəsib-doğrayır. Qızımız hələ dünən bizim üçün hər şey idi, biz də onun üçün hər şey idik. Səhər isə o, bizə düşmən kəsilir. Məgər hər gün biz bu cür faciələri öz
Dostları ilə paylaş: |
|
|