1. Ayrı-ayrı enerji məhsullarının (əmtəələrin) balanslarının tərtibinə dair Müqəddimə



Yüklə 3,21 Mb.
səhifə124/178
tarix07.01.2022
ölçüsü3,21 Mb.
#83714
1   ...   120   121   122   123   124   125   126   127   ...   178

İdxal və ixrac


Əsas iqtisadi reallıqlarından biri odur ki, neft yataqları əksər hallarda satış bazarlarından uzaqda yerləşir. Buna görə də, neftin hasilat yerlərindən istehlak yerlərinə çatdırılmasına ehtiyac yaranır. Neft maye və kompakt (yığcam) olduğuna görə, onun nəqli, nisbətən, asan yerinə yetirilir. Neftin daşınması tankerlər, boru kəmərləri, dəmir yolu və avtomobil nəqliyyatı vasitəsilə həyata keçirilir. Neftin hasilat və istehlak yerləri arasında geniş nəqliyyat şəbəkəsi mövcuddur.

İdxal və ixrac olunan neftin mənşə və təyinat ölkələri haqqında məlumatların olması çox vacibdir. Bu məlumatlar neft tədarükündə idxal və ixrac ölkələrindən asılılığın müəyyən edilməsinə imkan verir və böhran vaxtı tədbirlərin görülməsi üçün böyük əhəmiyyət kəcb edir.

Ticarət məlumatları sorğuda əks olunur. Ümumi idxal və ixrac haqqında məlumatlar təklif balansında yekun məlumatlar kimi göstərilir. Mənşə və təyinat ölkələri üzrə məlumatlar isə digər mənbələrdən götürülür.

Bütün mənşə ölkələri üzrə idxal haqqında yekun məlumatlar təchizat məlumatlarında göstərilən bütün idxal olunan məhsulların cəminə bərabər olmalıdır. Analoji olaraq, təyinat ölkələri üzrə ixrac haqqında yekun məlumatlar təchizat məlumatlarında göstərilən ixrac olunan məhsulların cəminə bərabər olmalıdır.

“Neft” üzrə illik sorğuya daxil edilən müəyyən ölkələrin milli ərazilərinin coğrafi əhatə dairələri üzrə dəqiq müəyyənləşdirmələr sorğunun “Coğrafi məlumatlar (göstəricilər)” bölməsinin doldurulması üzrə təlimatda göstərilmişdir.

Mallar ölkənin dövlət sərhədini keçdikdə idxal və ya ixrac olunmuş sayılır (yüklərin gömrük yoxlamasından keçirilib-keçirilməməsindən asılı olmayaraq).

İdxal və ya ixrac olunan xam neftin və neft məhsullarının həcmlərini emal haqqında razılaşmalara uyğun nəzərə almaq lazımdır (tədarük hesabına emal).

Rüsumsuz ticarət zonalarına (azad ticarət zonası) emal üçün idxal olunan neft məhsullarının yenidən ixracı məhsulun son təyinat ölkəsinə ixracı kimi daxil edilməlidir.

İdxal olunmuş mayeləşdirilmiş təbii qazın yenidən qazlaşdırılması zamanı alınan maye şəklində məhsullar (məsələn, mayeləşdirilmiş neft qazı) bu sorğuya idxal kimi daxil edilməlidir, həmçinin, neft-kimya sənayesi tərəfindən bilavasitə idxal və ya ixrac olunan neft məhsulları da daxil edilməlidir.

Ticarət dövriyyəsi məlumatlarında göstərilməyən təchizatçı və ya alıcı ölkələr “Digər” maddədə göstərilməlidir. Əgər mənşə və ya təyinat ölkəsinin göstərilməsi mümkün deyilsə, onda “Digər” maddə istifadə etmək lazımdır.

Statistik kənarlaşmalar idxal və ixrac haqqında yalnız ümumi məlumatlar (gömrükdən və ya neft emalı zavodlarının müayinələrindən alınan məlumatlar) olduqda əmələ gələ bilər, halbuki, coğrafi prinsipə görə bölgü digər informasiya mənbəsinə əsaslanır. Bu halda kənarlaşmaları “Digər” maddədə göstərmək lazımdır.

Xam nefti və təbii qaz kondensatını son mənşə ölkəsindən daxil olmuş kimi göstərmək lazımdır. Neft emalı zavodları üçün xammalı və hazır məhsulu yükün göndərildiyi sonuncu ölkədən (konosament) daxil olmuş kimi göstərmək lazımdır. Hər iki halda bu ölkə bu neft məhsullarının istehsal olunduğu ölkə sayılır və tədarükçü ölkə kimi göstərilir. İlkin neft məhsulları üçün (xam neft və təbii qaz kondensatı) bu ölkə məhsulların hasil olunduğu ölkədir, törəmə neft məhsulları üçün isə bu ölkə məhsulların emal olunduğu ölkədir.



Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin