1. Ayrı-ayrı enerji məhsullarının (əmtəələrin) balanslarının tərtibinə dair Müqəddimə


İstehsal olunan (törəmə) yanacaqlara



Yüklə 3,21 Mb.
səhifə139/178
tarix07.01.2022
ölçüsü3,21 Mb.
#83714
1   ...   135   136   137   138   139   140   141   142   ...   178
İstehsal olunan (törəmə) yanacaqlara nəinki bərk yanacaqlar, həm də kömürün emalı və çevrilməsi nəticəsində alınan qazlar da daxildir.

Kömürün üç əsas kateqoriyası mövcuddur: daş kömür, yarıbitumlaşmış kömür (orta dərəcəli metamorfizmli kömür) və boz kömür (liqnit). Yüksək istiliktörətmə qabiliyyəti 23865 kC/kq-dan çox olan kömür daş kömür sayılır. Bura iki altkateqoriya daxildir: kokslaşan kömür (domna sobalarında istifadə olunan) və digər bitumlaşmış kömür və antrasit (qızdırılma və buxar istehsalı üçün istifadə olunan). Boz kömür və ya liqnit yüksək istiliktörətmə qabiliyyəti 17435 kC/kq-dan az olan qeyri-aqlomerləşmiş kömür sayılır. Yüksək istiliktörətmə qabiliyyəti göstərilən iki kateqoriyanın arasında olan qeyri-aqlomerləşmiş kömür yarıbitumlaşmış kömürə daxildir.

“Bərk qazıntı yanacaqları və sintez-qazlar” sorğusu, sadəcə, “Kömür” adlanır, çünki bu sorğu kömürün müxtəlif növlərini və kömürdən alınan məhsulları əhatə edir. Bu sorğu ilkin və törəmə məhsullara bölünən qazıntı yanacaqlarını və sintez-qazları əhatə edir.

Aşağıdakı cədvəldə onlar iki müxtəlif fiziki kateqoriyada göstərilir.




İlkin kömür

Kokslaşan kömür

Bərk qazıntı yanacaqları

Digər bitumlaşmış kömür və antrasit

Yarıbütumlaşmış kömür

Liqnit / boz kömür

Torf

Törəmə yanacaqlar


Daş-kömür briketləri

Domna koksu

Qaz koksu

Briketləşmiş yanacaq

Zavod qazı

Sintez-qazlar


Koks qazı

Domna qazı

Oksigen-konvertor qazı

Qeyd etmək lazımdır ki, “Kömür” sorğusuna açıq karxanalardan və yeraltı kömür şaxtalarından, o cümlədən mədənçıxarma müəssisələrinin tullantılarından və tullantıların digər yığılma yerlərindən çıxarılan kömür daxildir. Bura, həm də, torf çıxarılan yerlərdə və ya torf tədarükündə hasil olunan torf daxildir.

Kömürün müxtəlif təsnifatları olduğundan tez-tez ilkin kömürün təsnifatı ilə əlaqədar, əsasən də, liqnit/boz kömür və yarıbitumlaşmış kömürün təsnifləşdirilməsində qarışıqlıq yaranır. Enerji tərkibinə görə isə yarıbitumlaşmış kömür daş kömür və boz kömür arasındakı kateqoriyadır. Enerji tərkibi 17435 kC/kq-dan (4165 kkal/kq) 23865 kC/kq-a (5700 kkal/kq) qədər diapazona düşən tərkibində uçan maddələr çox olan qeyri-aqlomerləşmiş kömürü yarıbitumlaşmış kimi göstərmək lazımdır. Statistik məlumatlar yığan beynəlxalq agentliklər yarıbitumlaşmış kömürü “daş kömür” və “liqnit/boz kömür” kateqoriyalarına bölürlər. Adətən, enerji tərkibi 18600 kC/kq-dan (4400 kkal/kq) çox olan yarıbütumlaşmış kömür daş kömür sayılır, daha az olanlar isə liqnit/boz kömür sayılır.

“Kömür” sorğusu “bərk” yanacaqlara aid olsa da, sorğuda yalnız bərk qazıntı yanacaqları üzrə statistik məlumatlar göstərilir. Odunu, bioloji parçalanan və parçalanmayan bərk yanacaqları, işlənmiş şinlərdən alınan yanacağı, plastik kütlələri, oduncaq tullantılarını, ağac kömürünü, kənd təsərrüfatı bitkilərinin biokütləsini “Bərpa olunan enerji mənbələri və tullantılar” sorğusunda göstərmək lazımdır. Qeyd etmək lazımdır ki, bərpa olunan enerji məhsulları, kömürlə yandırılan tullantılar və kömürdən alınan məhsullar ”Bərpa olunan enerji mənbələri və tullantılar” sorğusunda ayrılıqda göstərilir.

Daş kömür briketlərinin və briketləşmiş boz kömürün istehsalı üzrə zavodlarda, koks sobalarında, domna sobalarında, qaz zavodlarında və oksigen-konvertor istehsalatında emal olunan kömür və məhsullar ”Kömür” sorğusuna daxildir. İstehsal sferasında məhsulun istehsalı və tədarükü “Kömür” sorğusunda və bununla əlaqəli digər sorğularda göstərilir. Məsələn, kokslaşan kömürün koks sobalarına tədarükü bilavasitə “Kömür” sorğusundakı domna koksunun və koks qazının istehsalı ilə əlaqəlidir. Digər bitumlaşmış kömürü, antrasiti, liqnit/boz kömürü, daş kömür briketlərinin və briketləşmiş boz kömürün istehsalı üzrə zavodlara torf tədarükünü “Kömür” sorğusunda “daş kömür briketləri” və “briketləşmiş boz kömür” törəmə yanacaqlarının istehsalı və istehlakı kimi göstərmək lazımdır. Bu qarşılıqlı əlaqə ilkin enerji xammalından istehsal olunan bütün törəmə məhsullara tətbiq oluna bilər.

“Bərk qazıntı yanacaqları və sintez-qazlar” sorğusuna nəinki ilkin kömür, həm də istehsal olunan (törəmə) bərk yanacaqlar və sintez-qazlar daxildir. Bərk biokütlələr və tullantılar (odun, ağac kömürü və plastik kütlələr) bərk qazıntı yanacaqlarına daxil edilmir, onlar “Bərpa olunan enerji mənbələri və tullantılar” sorğusunda göstərilməlidir.

İstehsal olunan (törəmə) bərk yanacaqların və sintez-qazların əks olunması zamanı istehsal olunan (törəmə) məhsulların istehsalı və istehlakı göstərilməlidir.


Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin