15-ci sətir “Statisik fərq”. Mayeləşdirilmiş neft qazının son istehlak üçün yararlı (12-ci sətir) miqdarından onun qeyri-enerji (sət.13) və enerji (sət.14) məqsədli son istehlakının cəmi çıxıldıqdan sonra yaranan fərqdir. Statistik fərqin qiyməti mənfi işarə ilə də ola bilər. “Statistik fərq” sətrinin məlumatları balans məlumatlarının keyfiyyətini qiymətləndirməyə imkan verən əsas meyardır. Belə ki, enerji daşıyıcıları arasında mayeləşdirilmiş neft qazları böyük paya malik olduğundan statistik fərqin 1%-dək olmasına yol verilir.