1. Ayrı-ayrı enerji məhsullarının (əmtəələrin) balanslarının tərtibinə dair Müqəddimə


-cü sətir “Qeyri-enerji məqsədli son istehlak”



Yüklə 3,21 Mb.
səhifə44/178
tarix07.01.2022
ölçüsü3,21 Mb.
#83714
1   ...   40   41   42   43   44   45   46   47   ...   178
13-cü sətir “Qeyri-enerji məqsədli son istehlak”. Qeyri-enerji məqsədləri üçün mazut yanacağından nəqliyyat (13.3-cü altsətir) istisna olmaqla, kimya sənayesində (13.1-ci altsətir) və sənayenin digər sahələrində (13.2-ci altsətir) istifadə oluna bilər.

14-cü sətir “Enerji məqsədli son istehlak” altı iri qrupun – sənaye; nəqliyyat; kənd və meşə təsərrüfatı, balıqçılıq; ticarət, mehmanxana və restoranlar; iqtisadiyyatın digər sahələri və ev təsərrüfatları üzrə enerjinin son istehlakı haqqındakı məlumatlarından formalaşdırılır.

Sənaye sahələri (14.01–14.11-ci sətirlər) İqtisadi Fəaliyyət Növləri Təsnifatına uyğun olaraq göstərilmişdir. Energetika sənayesi transformasiya sektorunda nəzərə alındığı üçün balansın bu hissəsində uçota alınmır. Sənaye müəssisələri istilik enerjisinin əldə edilməsi üçün mazut yanacağından: öz ehtiyaclarının ödənilməsi üçün qeyri-enerji mədsədilə; satış üçün elektrik və istilik enerjisi istehsal etmək məqsədilə istifadə edir. Sənaye müəssisələrinin satış üçün elektrik və istilik enerjisi istehsalına sərf etdiyi mazut yanacağı son istehlak olmadığı üçün balansın bu sektorunda əks etdirilmir.

Əgər bu və ya digər sənaye müəssisəsi satış məqsədilə elektrik və ya istilik enerjisi istehsal edirsə, həmin elektrik və ya istilik enerjisi istehsalına sərf edilmiş mazut yanacağının miqdarı sənaye sektorunda (sətir 14.1) yox, “Transformasiya sektorunun məsrəfləri”ndə (7-ci sətir) göstərilməlidir.

Nəqliyyat. Mazut yanacağından “Dəmiryol nəqliyyatı” və “Nəqliyyatın digər növləri”ndə (14.21-ci və 14.25-ci altsətirlər) istifadə oluna bilər. Daxili gəmiçilik, yəni, Xəzər dənizində kabotaj əlaqə üzrə yerinə yetirilən reyslərdə gəmilərdə (balıqçılıq gəmiləri istisna olmaqla) istifadə edilmiş mazut yanacağının miqdarı da bu sətirdə əks etdirilir.

Kənd və meşə təsərrüfatı, balıqçılıq (sətir 14.3) sahələrində (balıqyetişdirmə, açıq dənizdə balıq ovu daxil olmaqla) istifadə olunmuş mazut yanacağının miqdarı bu sətirdə əks etdirilir.

Ticarət, mehmanxana və restoranların öz fəaliyyətinin təmin edilməsi zamanı istehlak etdiyi mazut yanacağının miqdarı 14.4-cü sətirdə göstərilir.

İqtisadiyyatın digər sahələri üzrə yuxarıda adları sadalanmayan, rabitə, səhiyyə, təhsil, bank və sığorta sektorunda, habelə dövlət idarəetmə orqanları və s. sahələrdə müəssisələrin əsas fəaliyyətinin təmin edilməsi üçün istifadə edilmiş mazut yanacağının miqdarı 14.5-ci sətirdə əks etdirilir.




Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin