1. İqtisadiyyatın dövlət tənzimlənməsinin zəruriliyi


Dövlət xərclərinin tərkibi



Yüklə 112,8 Kb.
səhifə30/60
tarix05.04.2022
ölçüsü112,8 Kb.
#115149
1   ...   26   27   28   29   30   31   32   33   ...   60
IDT cavablar

Dövlət xərclərinin tərkibi dedikdə ilk növbədə büdcədən daimi olaraq maliyyələşdirilən xərclərlə (yəni, gəlir gətirməyən xərclərlə), öz-özünü maliyyələşdirə biləcək investisiya layihələrinin maliyyələşdirilməsi xərclərinin yeri və miqdarı nəzərdə tutulur.

Konkret olaraq dövlət xərclərinə belə bir tərif vermək olar: dövlət xərcləri, dövlət orqanlarının sosial ehtiyacları təmin etmək və ya iqtisadi və sosial həyata müdaxilə etmək məqsədilə müəyyən üsullardan istifadə edərək həyata keçirdikləri pul xərcləridir.

Dövlət büdcəsi xərclərinin düzgün planlaşdırılması bu xərclərin səmərəli təsnifatı sistemi ilə sıx əlaqədardır. Dövlət xərclərinin təsnifləşdirilməsi xərc proqramlarının daha mükəmməl şəkildə hazırlanmasına, xərc proqramları isə büdcə arasında uyğunluğun daha yaxşı təmin olunmasına imkan verir. Dövlət xərclərinin təsnifləşdirilməsinin iki geniş yayılmış forması vardır. Bunlar idarəetmə əlamətinə görə və iqtisadi mahiyyətə görə təsnifləşdirilməlidir.

İdarəetmə əlamətlərinə görə təsnifləşdirilmə dövlətin icra orqanları, onların ifadə etdiyi funksiyalar və hüquqi tənzimləşmələrdən ibarət olan təsnifləşdirilmədir.

Eyni za­man­da dövlət xərcləri təsnifləşdirilərkən bu xərclərin iqtisadi və sosial həyat sahə­lə­rin­də meydana gətirə biləcəyi təsirlər tam aydın hiss olunacaq səviyyədə olmalıdır. Döv­lət xərcləri təsnifləşdirilərkən vacib olan başqa bir xüsusiyyət isə bu təs­nif­ləş­di­ril­mənin, xərclərin həyata keçirildiyi anda iqtisadi və sosial həyatda meydana gə­tir­dik­ləri təsirlər nəzərə alınmasından ibarətdir. Yəni real vəziyyətdən çıxış edərək si­nif­lən­dirmə həyata keçirilməlidir. Planların bütün il ərzində öz sabitliyini saxlaya bilməsi əsas amil sayılır.

Dövlət büdcəsinin xərclərinin iqtisadi təsnifatı özü də bir neçə qruplar üzrə həyata keçirilir. Bu qruplardan birincisi xərclənməsi metodlarına görə qrup­laş­ma­lıdır. Xərclənməsi metodlarına görə büdcə xərcləri adi xərclərə və fövqəladə xərc­lə­rə bölünür. Dövlətin normal fəaliyyəti ilə əlaqədar və əvvəldən planlaşdırılması müm­kün olan xərclər adi xərclərdir. Amma onunla bərabər dövlət büdcə ili ərzində əv­vəlcədən nəzərdə tutulmayan hadisələrlə qarşılaşır. Bu hadisələrin qarşısının alınması üçün hökumət fövqəladə xərclər həyata keçirməlidir. Bu xərclər adətən büdcənin tərkibində ehtiyat fondları hesabına ödənilir. Azərbaycanda belə ehtiyat fondu 5% qədərindədir.

Iqtisadi təsnifləşmədə xərclərin digər qruplaşması onların hansı məqsədə yö­nəl­dilməsi ilə əlaqədardır. Bu əlamətə görə büdcə xərcləri cari xərclərə və investisiya xərc­lərinə bölünür. Cari xərclər hökumətin sosial və müdafiə funksiyalarının həyata keçi­rilməsi ilə əlaqədar olan məsrəflərdir. Bura sosial-mədəni tədbirlər, müdafiə, ida­rə­etmə və digər istehlak xarakterli xərclər daxildir. Investisiya xərcləri isə bilavasitə kapital qoyuluşlarına yönəldilən xərclərdir.

Iqtisadi təsnifata görə büdcə xərcləri həmçinin beynəlxalq, milli və regional xərc­lərə ayrılır. Beynəlxalq xarakterli xərclərə ölkənin beynəlxalq təşkilatlar qar­şı­sın­da ödənişlərinin ödənilməsi, beynəlxalq kreditləri və onların faizlərinin qay­ta­rıl­ma­sı və s. xərclər daxildir. Milli xərclər ölkənin bütövlükdə inkişafı ilə əlaqədar xərclərdir. Regional xərclər regional maliyyənin əsasını təşkil edir və regional idarə xərclərindən, regional proqramların maliyyələşdirilməsi xərclərindən və s. ibarətdir.

Nəhayət, iqtisadi təsnifləşmədə ən mühüm və beynəlxalq praktikada geniş yayılmış qruplaşma büdcə xərclərinin real və transfer xərclərinə ayrılmasıdır.


Yüklə 112,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin