3. Arxaizmlər
Köhnəlmiş sözlərin məzmunca yeniləşən, formaca köhnələn və ya məzmunca köhnələn, formaca qalan qismi arxaizm adlanır.
Arxaizmlərin ifadə etdiyi əşya və hadisələr indi də mövcuddur. Lakin onlar yeni- yeni məzmunlar kəsb etmiş və onları adlandıran sözlər formaca köhnə olsa da başqa- başqa formalı yeni sözlər kimi işlədilir.
Arxaiklik bu və ya digər dövrlə ölçüldüyündən nisbi tarixi bir anlayışdır. Söz və ya onun mənasının arxaikləşməsi zamanla, həmin dildə danışanların canlı şüuru ilə müəyyən edilir. Arxaik sözlərin hamısı eyni aqibətli olmur: bəzisi tamamilə unudulur, bəziləri məhdud dairədə işlədilərək dialek və şivə çevrilərək yaşayır, bəziləri isə başqa dilə keçir, yenidən aktivlik hüququ qazana bilir. Işləkdən düşmüş sözlərin bəzisi o zaman aktiv lüğətə keçə bilər ki, o, yeni məna kəsb edir.
Arxaik sözlərin müasir Azərbaycan dilinin leksikasında sinonimi vardır. Arxaik sözü əvəz edən sinonim onu sıxışdıraraq aktiv vahidlər sırasına keçir. Məsələn, yazı- çöl, avul- kənd, ozan- aşıq vəs. Çöl, kənd, aşıq sözləri yazı, avul, ozan sözlərinin sinonimi kimi müasir Azərbaycan ədəbi dilində fəal şəkildə istifadə olunur.
Sözün arxaik olması üçün yalnız bu və ya digər oxşar məfhumları ifadə edən sözlərin başqa sözlərlə əvəz olunması kifayət deyil. Bundan əlavə onun konkret dövrlə əlaqəsini kəsməsi, ümumiyyətlə köhnəlməsi lazımdır.
Sözlərin arxaikləşməsinin müxtəlif səbəbləri vardır:
1. Söz geniş dairədə işlədilən sinonimi ilə qarşılaşdıqda: soba- peç, uçmaq- cənnət, miz- stol vəs.
2. Söz omonimlər həlqəsinə düşəndə: çöl(düz)-çöl(bayır)-çöl(yazı). Omonim cərgənin yazı mənasında işlədilən çöl komponenti arxaikdir.
3. Söz morfoloji və fonetik əvəzetmə, dəyişmə prosesləri ilə əlaqədar olanda: ol-o, kim- ki, qanıq-qanı, ayrıq- ayrı vəs.
Müəyyən mənaya, səs kompleksinə malik olan sözün bütövlükdə və ya onun mənalarından birinin köhnəlməsindən asılı olaraq arxaizmləri üç qrupa ayırmaq olar: leksik arxaizmlər, semantik arxaizmlər, leksik- fonetik arxaizmlər.
Dostları ilə paylaş: |