2. Ədəbi tənqid anlayışı



Yüklə 27,86 Kb.
səhifə6/9
tarix10.01.2023
ölçüsü27,86 Kb.
#122134
1   2   3   4   5   6   7   8   9
Sənəd-2

Problematik məqalə - ədəbi prosesin və ya konkret bədii əsə rin hansısa aktual bir problem müstəvisində araşdırılması istiqamǝtində qələmə alınan tənqidi yazı türüdür. Burada təhlilə çəkilən örNəklər ümumi şəkildə deyil, bəlli bir problem işığında aparılır.Problematik məqalələr hər hansı ədəbiyyatın və ya bəlli bir Əsərin hansı ideya-estetik dəyərlər üzərində inkişaf etdiyini aşkar- lamaq, bütövlükdo adabi prosesin keyfiyyət dəyişikliyini duymaq baxımından maraq doğurur.
Ümumilikdə problematik məqalənin strukturu giriş, əsas hissə və nəticədən ibarət olur. Giriş bölümündə məqalənin təməlində dayanan problemin aktuallığına diqqət yetirilir, əsas hissədə araşdırılan mövzunun ayrı-ayrı aspektlərinin təhlili verilir, nəticə- də isə gəlinən qənaət və müddəalar xülasə edilir.
Problematik məqalə ilə polemik moqala arasında müəyyən bənzərlikdən olması hər iki janrın təməlində konkret bir problemin dayanmasından qaynaqlanır. Lakin bu amil heç də onların eyni tür olması anlamına gəlməməlidir. Belə ki, problematik məqalələr üçün araşdırılan mövzunun polemika doğurması zəruri deyildir.
Çağdaş Azərbaycan ədəbi tənqidi va ədəbyyatşünaslığında əvvəlki dövrlərdən fərqli olaraq son illərdə ədəbiyyatın problematik aspektdə tədqiqinə meyl və maraq xeyli dərəcədə artmışdır.
Ədəbi oçerk-hər hansı ədəbi şəxsiyyətin həyat və yaradıcılıq yolunu bütöv şəkildə işıqlandıran ədəbi tənqidi yazıdır. Ədəbi oçerklərdə ayrı-ayrı şəxsiyyətlərin qısa, yığcam bioqrafiyası verilir və yaradıcılıq yolu ardıcıl, sistemli şəkildə təqdim olunur.
Ədəbi oçerklər çox zaman dərslik, dərs vəsaiti və ədəbiyyat tarixi ilə bağlı tədqiqatlar üçün yazılır. Burada əsasən müəllifin ədəbi mövqeyinin müəyyənləşdirilməsinə, yaradıcılığının obyektiv mənzərəsinin yaradılmasına və mərhələli təqdimatına çalışılır. Ədəbi oçerklərdə həmçinin müəllifin yaradıcılığının bədii sənətkarlıq məsələlərinə də yer verilir, onu digər yazarlardan fərqLəndirən məqamlar səciyyələndirilir.
Ədəbi oçerklərdə araşdırma obyektinə çevrilən müəllifin ədəbi-bədii irsinə xronoloji aspektdə yanaşılması onun yaradıcılıq təkamülünü izləməyə imkan verir.

Yüklə 27,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin