2 FƏSİL. Tara təSƏRRÜfati 12. LogiSTİk yük vahiDLƏRİNİn saxlanmasi və daşINMASINDA Tara təSƏRRÜfatinin əHƏMİYYƏTİ



Yüklə 202,7 Kb.
səhifə11/11
tarix01.01.2022
ölçüsü202,7 Kb.
#104995
1   2   3   4   5   6   7   8   9   10   11
QABLAŞDIRMA PROSESİ




Bəli

Xeyr

1.

Tara üzrə ehtiyat yaradan zaman, onun bərpa edilməsi üçün sifarişlərin yerinə yetirilməsi vaxtını nəzərə alırsınızmı?







2.

Taraları qablaşdırma xəttinə əlverişli formada vermək üçün sizin tara üzrə ehtiyatınız məsqəduyğun formada yerləşdirilib?







3.

Tara üzrə ehtiyat mütləq yaradılmalıdırmı?







4.

Taraları avtomatik avadanlıqlarda qablaşdırmazdan əvvəl hazırlamaq lazımdırmı? (əgər bəli, onda hansı tip avadanlıq, ölçüsü, hansı üsulla o bağlanmalıdır?)







5.

Əgər tara bir məhsul vahidindən böyükdürsə, onda siz onların yerləşdirilməsi ardıcıllığını müəyyənləşdirmisinizmi?







6.

Taranın içərisinə daxili qablaşdırma materialları qoyulacaqmı?







7.

Ştempel və markadan istifadə olunacaqmı?







8.

Taraların xarici görkəmini və təmiz olmasını saxlamaq üçün əlavə taraya ehtiyac varmı?







ANBAR




Bəli

Xeyr

1.

Doldurulmuş taranın brutto kütləsi müəyyənləşdirilibmi?







2.

Məhsulun özü başqa taralarında ştabel və qəfəsələrdə saxlanılmasına imkan verirmi?







3.

Anbar qəfəsələri və ya ştabellərində yerləşdirilən ən aşağıdakı tara digər taraların saxlanılması üçün hesablanmalıdırmı?







4.

Doldurulmuş yeşiklər malaltlıqlarına yüklənməlidirmi? (malaltlıqlarının ölçüləri və modeli taranın konstruksiyası və ya ölçülərinin dəyişdirilməsi üçün əsas olmalıdır)







5.

Taranın ölçüləri və modelinin dəyişməsi anbar sahələrindən və tutumundan əlverişli istifadə edilməsinə imkan verirmi?







6.

Doldurulmuş taralar saxlanma zamanı qeyri-adi təsirlərə – yüksək rütubət, temperatur dəyişgənliyi və s. məruz qalırmı?







7.

Məhsulların bölüşdürümləsi prosesində açıq hava şəraitində qalması ehtimalı yüksəkdirmi?







8.

Rəngarəng kodlar müxtəlif qablaşdırılan məhsulların identifikasiyasını sadələşdirməyə kömək edə bilərmi?







NƏQLETMƏ PROSESİ



Bəli

Xeyr

1.

İstifadə etməyə hazırlaşdığınız nəqliyyat xidmətinin müvafiq qaydaları ilə tanışsınızmı?







2.

Qablaşdırılmış məhsulun nəql edilməsi üçün daşıyıcılar icazəyə malikdirmi?







3.

Əgər sizin taranız daşınmaq üçün müvafiq icazəyə malik deyilsə, konkret tarada konkret yükün daşınmasına icazənin alınması barədə daşıyıcıdan uyğun testi soruşmusunuzmu?







4.

Məhsulunuz yerdəyişmə zamanı xüsusi xəbərdarlıq tələb edirmi?







5.

İstifadə edilən nəqliyyat vasitələrinin daxili ölçülərinin həqiqətən taranın yerləşdirilməsi və ya bağlanması üçün imkanını dəqiqləşdirmisinizmi?







MÜŞTƏRİ – İSTEHLAKÇI




Bəli

Xeyr

1.

Sizin müştərilər taranın konstruksiyasına məhsulların saxlanılması və emalı ilə bağlı təsir göstərən tələblər irəli sürürmü?







2.

Məhsulların sərgisində tara əsas element kimi istifadə olunacaqmı?







3.

Tara məhsulların nümayiş etdirilməsi üçün nəzərdə tutulurmu?







4.

Tara üzərində təlimat və ya xəbərdarlıqedici tədbirlər yazılmalıdırmı?







5.

Taranı elə hazırlamaq lazımdır ki, məhsulların hərəkətinə kömək etsin?







6.

Tez açılmaq üçün tara xüsusi formaya və ya əlavə vasitələrə malik olmalıdırmı?







7.

Taranın üzərindəki şəkil, simvol və rənglər reklam materialı və məhsulla əlaqəlidirmi?








12.3. LOGİSTİK YÜK VAHİDİ ANLAYIŞI VƏ ONUN ÖLÇÜLƏRİ.
Logistikada istifadə olunan əsas anlayışlardan biri də yük vahidi hesab olunur. Yük vahidi dedikdə vahid kütlə halında boşaldılan, saxlanılan, yüklənən və nəqledilən ayrı-ayrı kəmiyyətə malik yüklər başa düşülür.

Yük vahidi – bu logistikanın elə elementidir ki, o özünün paramertləri ilə logistik prosesin iştirakçılarının icra etdikləri texnoloji prosesləri bir-birilə tam formada əlaqələndirir. Yük vahidləri həm məhsulun istehsal olunduğu sahələrdə və yerlərdə, həm də əmtəəlik anbarları və ya bölüşdürmə mərkəzlərində formalaşır. Logistik proseslərin layihələşdirilməsi zamanı yük vahidlərinin seçilməsi üzrə düzgün qərarların qəbul edilməsi aşağıdakıları:



  • iri həcmli çoxsaylı məhsulların eyni vaxtda nəqledilməsini;

  • faydalı anbar sahəsindən və həcmindən səmərəli istifadə;

  • yükləmə-boşaltma və nəqliyyat-anbar işlərinin yerinə yetirilməsi zamanı standart avadanlıqlardan istifadə imkanını;

  • yükləmə-boşaltma və nəqliyyat – anbar işlərinin sürətlənməsini;

  • məhsulların nəqledilməsi və anbardaxili yerdəyişməsi zamanı zədələnmə riskinin minimumlaşdırılmasını;

  • logistik proseslərin təhlükəsizliyinin yüksəldilməsini təmin edir.

Yük vahidlərini xarakterizə edən göstəricilər sisteminə:

  • yük vahidinin ölçüləri;

  • müxtəlif logistik proseslərdə özlərinin malik olduğu ilkin həndəsi formanı, habelə fiziki xassələri saxlamaq qabiliyyəti aid edilir.

Yük vahidinin ölçüləri, eləcə də onların yüklənməsi, nəqli, boşaldılması və saxlanılmasını təmin edən avadanlıqlar arasında logistik əməliyyatların yerinə yetirilməsinin sürətlənməsi və az məsrəf hesabına başa gəlməsi baxımından ümumi razılıq – ahəngdarlq yaradılmalıdır. Bu hər şeydən əvvəl material axınlarının hərəkət etdiyi bütün mərhələlərdə logistik prosesin iştirakçılarının malik olduğu maddi-texniki bazadan səmərəli istifadə edilməsinə imkan verir.

Avropa ölkələrində yük vahidlərinin formalaşması üçün əsas platforma kimi ölçüləri 1200 x 800 və 1200 x 1000 mm olan standart malaltlıqlarından istifadə olunur. Standart nəqliyyat taralarında qablaşdırılmış ixtiyari yükü bu malaltlıqlarında əlverişli yerləşdirmək mümkündür. Bu isə öz növbəsində nəqliyyat taralarının ölçülərinin unifikasiyası yolu ilə həyata keçirilir.

Ümumiyyətlə, logistik yük vahidlərinin daşınmasında malaltlıqları və konteyner, boçka, ballon, flyaq və bidonlar əlahiddə rol oynayır. Palletlər_ malaltlıqları yükləmə-boşaltma, nəqletmə və saxlama əməliyyatlarının yerinə yetirilməsi zamanı işlərin mexanikləşdirləməsi məqsədinə xidmət edən yüklərin paketləşdirilmiş vasitəsi hesab edilir.

Xarici ölkələrdə palletlərin (malaltlıqlarının) aşağıdakı növlərini fərqləndirirlər:



    • geniş trak-palletlər;

    • dörd girişli palletlər;

    • iki girişli palletlər;

    • aralı düzülmüş əsaslara malik palletlər;

    • sürüşkən standart palletlər;

    • sadə yarım palletlər;

    • korobkalı palletlər.

İstənilən palletlər üzərində olan yüklərin əl arabaları (teleşka) və avto yük qaldırıcılarının köməkliyilə anbardaxili yerdəyişməsi və nəqliyyat vasitələrinə yüklənməsi həyata keçirilir.

Palletlər bir sıra qablaşdırma sıralarından ibarət olan yük vahidlərinin for­ma­laşmasına imkan verdiyindən palletlərin ölçülərinin standarlaşdırılması mü­hüm məsələlərdən biridir. Məhsul istehsalçıları məhsulların ilkin qablaş­dırıl­ma­sı, yəni, ilkin qablaşdırma modullarının ölçülərini müəyyənləşdirən zaman bu­nunla bağlı irəli sürülən ciddi tələbləri mütləq nəzərə almalıdırlar. Çünki, yük vahidlərinin logistik dövrə və kanallarda (maksimum böyük sahələrdə) va­hid kütlə kimi nəql edilməsi onların anbarlaşdırılması və emalına çəkilən maddi və ma­liyyə vəsaitləri sərfinin azaldılmasına, qənaət olunmasına şərait ya­ra­dır.

ABŞ-da standart konteynerlərdə və traylerlərdə iki palletlərin yanaşı qoyulmasına imkan verən ölçüləri 40 x 48 düyüm standart palletlər geniş yayılmışdır. Bundan əlavə ölçüləri 32 x 40, 36 x 42 və 48 x 48 düyüm olan palletlərdən də istifadə olunur. Digər ölkələrin hər birisində bu ölkəyə məxsus xüsusi standart palletlərin, məsələn, Avstraliyada ölçüləri 46 x 46 düyümlü standart palletlərin tətbiqinə üstünlük verilir.

Məhsulların fiziki bölüşdürülməsi prosesində palletlərdən istifadə zamanı yaranan əsas problem palletin ölçüləri üzrə standart yerləşə bilən optimal yük vahidlərinin yaradılmasıdır. Bunun üçün 600 x 400 mm baza moduluna malik Avropa standartlarından və paketləşdirmədən geniş istifadə olunur.

Baza modulundan istifadə edilməsi xammal və materialların ilkin mənbədən son istehlakçılara qədər bütün hərəkəti boyu maddi-texniki bazaların ölçülərində də hormonik uyğunluğun yaranmasına şərait formalaşdırır.

Baza modulu əsasında nəqliyyat taralarının ölçülərinin unifikasiyası (eyniləşdirilməsi) üzrə vahid sistem hazırlanır. Bu sistemin yaranmasının əsas prinsipi ondan ibarətdir ki, malaltlıqlarının sahəsi nəqliyyat tarasının daxili və xarici ölçüləri ilə müəyyənləşdirilən ayrı-ayrı kiçik malaltlıqları sahəsinə (setkasına) bölünür.



Nəqliyyat tarasının malaltlıqlarında yerləşdirilməsi sxemi ayrı-ayrı variantlar üzrə aşağıdakı şəkildə verilmişdir:




800 x 600 mm 800 x 400 mm 800 x 240 mm 600 x 200 mm

ölçülü ölçülü ölçülü ölçülü

iki tara vahidi üç tara vahidi beş tara vahidi səkkiz tara vahidi

400 x 300 mm 400 x 400 mm 400 x 200 mm

ölçülü ölçülü ölçülü

səkkiz tara vahid altı tara vahidi on iki tara vahidi





400 mm diametrli 351 mm diametrli 277 mm diametrli 219 mm diametrli

altı tara vahidi altı tara vahidi 12 tara vahidi 20 tara vahidi
İki növ əsas yük vahidini bir-birindən fərqləndirirlər:

  • ilkin yük vahidləri – nəqliyat tarasındakı yüklər, məsələn yeşik, kis, qutu, boçka və s.

  • iriləşdirilmiş yük vahidləri – ilkin yük vahidlərindən malaltlıqlarında formalaşan paket yüklər, yəni nəqliyyat tarasındakı yüklər.

İlkin yük vahidləri malyeridilişi kanalları ilə, bir qayda olaraq üzərində heç bir dəyişiklik aparılmadan hərəkət etdirilir. İriləşdirilmiş yük vahidləri isə məhsul çeşidinin yaradılması məqsədilə logistik dövrənin ilkin mərhələsində konkret dəyişikliklərə mə'ruz qalır.

Yük vahidlərinin formalaşması əlavə xərc tələb edir. Formalaşan yük vahidlərinin ölçüləri artıb-azaldıqca bu xərclərin həcmi də proporsional olaraq artıb azalır. Digər tərəfdən məlumdur ki, yük vahidlərinin yüklənməsi, boşaldılması və nəqli ilə əlaqədar xərclər isə əksinə yükün kütləsi ilə düz mütənasibdir. Beləliklə, yük vahidinin ölçülərini seçən zaman bu iki göstərici arasında kompromis axtarılıb tapılmalıdır.

Yük vahidinin seçilməsi ilə bağlı məsələni həm istehsalçı müəssisənin hazır məhsul anbarı və səviyyəsində, həm də bir-birilə qarşılıqlı əlaqədə fəaliyyət göstərən logistik dövrədə həll etmək mümkündür.
12.4. YÜK VAHİDLƏRİNİN PAKETLƏŞDİRİLMƏSİ
Yük vahidləri müxtəlif logistik əməliyyatlar və funksiyaların yerinə yetirilməsi zamanı məhsulları kəmiyyət və keyfiyyətcə qoruyur, məhsulların ilkin həndəsi ölçülərində dəyişikliklərin yaranmasına imkan vermir. Paketləşdirmə – malaltlıqlarında yük vahidlərinin formalaşması üzrə əməliyyatdır.

Ümumiyyətlə, paketləşdirmə standart palletlərdə yük vahidinin formalaşmasını həyata keçirən logistik əməliyyatdır və məhsulların fiziki bölüşdürülməsi prosesində aşağıdakıları təmin edir:



  • logistik dövrənin hər bir mərhələsində məhsulların kəmiyyət və keyfiyyətcə saxlanmaq;

    • yük vahidlərinin nəqledilməsi, anbarlaşdırılması və emalı ilə əlaqədar olan logistik əməliyyatlara çəkilən xərclərin həcmini azaltmaq və səmərəliliyini yüksəltmək;

    • nəqliyyat - anbar mexanizmlərindən tam, məhsuldar istifadə etmək və nəqliyyat vasitələrinin yük qaldırma (yük götürmə) imkanlarını artırmaq;

    • anbar-nəqliyyat əməliyyatlarının kompleks mexanikləşdirilməsi və avtomatlaşdırılması səviyyəsini yüksəltmək;

    • rəsmiləşdirmə əməliyyatları aparmadan yük vahidlərinin bir nəqliyyat vasitəsindən digərinə boşaltmaq və yükləmək;

    • yükləmə-boşaltma və anbar-nəqliyyat işlərinin təhlükəsizliyini yüksəlt­mək və s.

Paketləşdirmənin köməkliyilə yük vahidlərini yaradan zaman adətən onların dəmir və ya polietilen lentlər, iplər, yapışqanlı kağızlarla, rezin başlıqlar vasitəsilə bandrollaşdırılması həyata keçirilir. Bunun üçün paketləşdirmənin yüklərin yüksək səviyyədə mühafizəsini təmin edən, yüklərin müxtəlif formalarda və ölçülərdə qablaşdırılmasına imkan verən, nisbətən az xərc və əmək tutumlu mütərəqqi, müasir metodlarından - istiyə davamlı plyonkalardan istifadə olunur.

Adətən praktikada qalınlığı 0,015-dən 0,2-ə qədər olan polietilen, polivinxlorid, polipropilin və polistrol plyonkalardan istifadə edilir.

Bu metod aşağıdakı üstünlüklərə malikdir:

1. Yüklərin yüksək səviyyədə saxlanılması. İstiyə davamlı plyonka ilə bükülən, qablaşdırılan yük paketi nəqletmə və yükləmə-boşaltma zamanı silkələnmə və zədələnməyə qarşı olduqca möhkəmdir. Paketlər 35 dərəcəli bucaq altında meyilli qaldıqca belə onlar zədələnmirlər. Nəticə e'tibarı ilə nəqletmə vaxtı yarana biləcək itgilər azalır, yüklər üzərində görüləcək logistik işlərin təhlükəsizlik səviyyəsi yüksəlir.

İstiyə davamlı plyonkalarda olan yüklər, toz, çirk, nəmdən mühafizə olunur və iki aya qədər atmosfer şəraitinə davam gətirə bilir. Qablaşdırılan taralarda ixtiyarı zədələnmə tez nəzərə çarpdığından yüklərin dağıdılması və oğurlanması halları azalır.



2. Ölçüləri və formalarına görə müxtəlif yüklərin paketləşdirilməsi imkanları.

İstiyədavamlı plyonkalarda, kərpic, bakaley məhsulları, kitab, metal hissələri qablaşdırılır.



3. Nisbi mənada az əmək məsrəfi tələb etməsi.

İstiyədavamlı plyonkalarda avtomat və yarımavtomat avadanlıqlardan istifadə etməklə paketləşdirmə aparılan zaman dəmir lentlərin köməyilə paketləşdirmə ilə müqaisədə canlı əmək sərfi 3-4 dəfə azalır.

Paketləşrimənin bu forması üstünlüklərlə yanaşı, bir sıra çatışmazlıqlara da malikdir:


  • dondurulmuş məhsulların paketləşdirilməsinin qeyri-mümkünlüyü;

  • yükləmə boşaltma və nəqliyyat – anbar əməliyyatlarının yerinə-yetirilməsi zamanı məhsulları mexaniki zədələrdən mühafizə etməməsi (xüsusilə şüşə taralarda qablaşdırılmış məhsullar üçün vacibdir).

Özlərinin konstruksiyasına görə palletlər yeşik, hamar (düz) və piştaxta formalı olurlar (şəkil). Praktikada tikinti materiallarının, o cümlədən kərpiclərin daşınması zamanı hamar palletlərdən, ədədi və ya dənəvari, səpələnən məhsuların daşınması və ya saxlanması üçün isə piştəxta formalı palletlərdən istifadə olunur. Palletlərin ən geniş yayılmış foması hamar mal altlıqlarıdır. Palletlər bir çox hallarda taxta materiallardan da hazırlanır.

Yük vahidlərinin daşınması üçün lazım olan palletlərin kəmiyyəti aşağıdakı formula ilə müəyyənləşdirilir:



Burada, Yh-paket formasında daşınan yüklərin həcmi, tonla;

Pdm - gün ərzində palletlərin dövriyyə müddəti;

İm - planlaşdırılan dövr ərzində palletlərin istismar müddəti, gün;

Yg - palletlərin yük götürmə qabiliyyəti, tonla;

Əm-palletlərin yük götürmə qabiliyyətindən istifadə əmsalı.

Məhsul daşımalar üçün mühüm texniki element konteynerlər hesab olunur. (şəkil). Praktikada istifadə olunan bəzi konteyner növlərinin xarakteristikası cədvəldə verilmişdir.



Cədvəl___Konteynerlərin_parametrləri'>Cədvəl

Konteynerlərin parametrləri

Konteynerlərin təyinatı növləri

Brutto, kütləsi, t

Qabarit ölçüləri

Tutumu m3

Uzunluğu

Eni

Hündürlüyü

Az tonajlı

AUK – 0,625

0,625

1150

1000

1700

1,47

AUK – 1,25

1,25

1800

1050

2000

3,0

Orta tonajlı

UUK – 2,5 (3)

2,5 (3)

2100

1325

2400

5,07

UUK – 5

5,0

2650

2100

2400

10,23

İri tonajlı

UUK – 10

10

2991

2438

2438

14,40

UUK – 20

20

6068

2438

2438

29,85

UUK – 30

30

12192

2438

2438

63,00

Yüklərin konteynerlərlə daşınması yükləmə-boşaltma işlərinin mexanik­ləşdirilməsinə, daşımaların maya dəyərinin azaldılmasına, əmək məhsul­darlığının artırılmasına, daşınan yüklərin kəmiyyət və keyfiyyətcə son təyinat məntəqəsinə qədər saxlanmasına, tara və qablaşdırma materiallarına qənaət edilməsinə, material resurslarının dövr sürətinin artırılmasına, logistik vasitəçilərdə yüklərin fiziki bölüşdürlməsinin asanlaşdırılmasına, istehsalçı firma və müəssisələrdən tranzit hesab edilməyən məhsul partiyasının ticarət vasitəçilərindən keçmədən göndərilməsinə təminat verir.

Konteynerlər yük vahidlərinin daşınması üçün tətbiq olunun digər nəqliyyat avadanlıqlarından aşağıdakı əlamətlərə görə fərqlənir:


    • metaldan hazırlanır, sabit ölçülüdür və məhsulların fiziki bölüşdü­rülməsi əməliyyatlarında təkrar-təkrar istifadə üçün kifayət qədər sadədir;

    • yüklərin aralıq mərhələlərdə yüklənməsi və ya boşaldılmasına yol vermədən konteynerlərin konstruksiyası onların bir və ya bir neçə nəqliyyat növündə daşınması üçün xüsusi quraşdırılmışdır;

    • yüklərin tez boşaldılması və ya yüklənməsini təmin edir;

Respublikmızda müxtəlif yük vahidlərinin ölkə daxilində və ya onun hüdüdlarından kənara daşımasını həyata keçirən beynəlxalq standarlara yaxın konteyner-nəqliyyat sistemi yaradılmışdır. Bu sistem bütün növ nəqliyyat vasitələrinin razılaşdırılmış birgə fəaliyyətinə əsaslanır.

Standartlaşdırma üzrə beynəlxalq təşkilatın (SBT) və ya ISO - nun təyinatına görə, konteynerlər məhsulların daşınması və ya müvəqqəti saxlanılması məqsədilə bir və ya bir neçə nəqliyyat vasitəsi tərəfindən dəfələrlə istifadə olunan, nəqliyyat vasitələrinə yüklənmə və boşaltma üçün xüsusi mexanikləşdirilmiş qurğuya, sabit texniki xarakteristikalara və tutuma (bir kub. metrdən az olmayan) malik nəqliyyat avadanlığının elementidir.

Konteynerlər həm universal - müxtəlif təyinatlı yüklərin, həm də ixtisaslaşdırılmış - xüsusi təyinata malik məhsul və ya məhsullar qrupunun, məsələn şüşə, sementin daşınması üçün istifadə olunur. Universal təyinatlı konteynerlər nəqliyyat təşkitlatları və agentlərinə (dəmir yolu, gəmiçilik idarələrinə), ixtisaslaşdırılmış kontenyerlər isə məhsulgöndərənlərə və ya alıcılara məxsus olur.

SBT-nin Texniki Komitəsi istehal olunan konteynerlərə vahid ölçülər müəy­yənləşdirmək üçün tövsiyyələr işləyib hazırlamışdır. İri tonajlı kon­teynerlərin eni və hündürlüyünü xarakterizə edən ölçülər eyni olmaqla 2438 mm (8 fut), uzunluğu 12192, 9125, 6058, 2991 mm, yəni, qısa for­matda 1; 3/4; 1/2; 1/ 4; böyük konteynerlərin uzunluğu isə 12,2 m nəzərədə tu­tulur. ABŞ-da daxili ticarətin aparılması zamanı uzunluğu 2591 mm, yəni 102 düyüm olan konteynerlərdən tez-tez istifadə olunur. Bir sıra aviakom­pa­ni­ya­lar isə yüngül metaldan hazırlanmış 2438 x 2438 x 6096 mm (8 x 8 x 20 futluq) konteynerlərdə yüklərin daşınmasına daha üstünlük verirlər.

Qarışıq, intermodal və kombinləşdirilmiş daşımalarda ölçüləri ISO tərə­findən tənzimlənən 20 və 40 (2438 x 2438 x 12192) futluq konteynerlər tətbiq edilir. Konteyner daşımaları və konteynerlərin uçotu üçün aviakompa­niyalar tərəfindən istifadə olunan intermodal - (8 x 8 x 20) ölçülü konteynerlər İFE (iyirmi futluq ekvivalent) adlanan uçot vahidi qəbul edilmişdir.

Konteyner daşımalarının təşkili və konteyner terminallarında yüklərin emalı (işlənməsi) zamanı İFE-də onların yük dövriyyəsi, nəqliyyat vasitələrinə yerləşdirilməsi, yəni nəqliyyat vasitələrinin konteyner tutumu və s. göstəricilər hesablanır. Məsələn, yük daşımaların statistikasını aparmaq məqsədilə 1 A tipli ISO konteynerləri 2 İFE; 1 D ISO tipli konteynerlər - 0,5 İFE və s. qəbul edilir. İFE-lə həmçinin bukirovkanı (konteynerlərin nəqliyyat vasitələrinə vasitələrinə yerləşdirlməsi üzrə kvota) həyata keçirən agentlərin işlərini planlaşdırmaq mümkündür.

Burada mühüm olanı təkcə konteynerlərin xarici ölçüləri deyil, eyni zamanda daxili, eləcə də konteyner qapılarının genişliyi və ölçüləri, konteynerlərin nəqliyyat vasitələrinə qaldırmaq (boşaltmaq) üçün künc fitinqlərinin (konteynerlərin yan və üz təbəqələrini birləşdirən yivli detal) yerləşməsi, konteynerlərin bir-birinə və nəqliyyat vasitələrinə bərkidilməsi kimi məsələlər xüsusi əhəmiyyət kəsb edir.

Yuxarıda verilən cədvəldən göründüyü kimi müxtəlif fiziki-kimyəvi xassələrə malik məhsulların daşınması üçün səkkiz növ konteynerlər işlənib hazırlanmışdır. Məsələn, konteyner, SK-1 atmosfer təsirlərindən mühafizə tələb edən, toz halında olan dənəvari, dağılan məhsullar (sement, soda, superfosfat, texniki duz və s.) üçün, SK-2 isə yüksək nəmliyə malik dənəvari, dağılan məhsullar (filiz konsentratları) üçün nəzərdə tutulmuşdur.

İri tonajlı müxtəlif konteynerlərə kontreylerləri də aid etmək olar. Sonuncular dəmiryolu platformalarında yüklərlə birlikdə daşınmaq üçün quraşdırılmış avtomobilin qoşqu banını (gövdəsini) özündə birləşdirir.ŞƏKİL…

Karkas tipli konteynerlər şəkil də verilmişdir. UM - 2,5 markalı konteynerlər universal konteynerlər növünə aid edilməklə ədədi və taralaşdırılmış məhsulların dəniz, avtomobil və dəmir yolu (adi vaqon və ya platformalarda) nəqliyyatında daşınması üçün nəzərdə tutulmuşdur. Mineral kübrələr kimi dağılan, səpələnən, pencərə (vitrin) şüşələr kimi tez sınan məhsulların daşınması üçün isə xüsusi konteyner, məsələn KSM-2,85 (şəkil) tətbiq edilir.

Əksər konteynerlər yük yeşiklərindən ibarətdir. Bir kontenyer qızdırılır və temperatur dəyişikliyinə nəzarət edən qurğuya malikdir, digərləri böyük sisternanı xatırladır, üçüncüləri isə sadəcə platformadan ibarətdir. Bütün bunlarla yanaşı praktikada ev heyvanlarının və minik avtomobillərinin daşınması üçün xüsusi quraşdırılmış konteynerlər də mövcuddur. Qəfəsələrə malik olan belə konteynerlərə məhsulgöndərənlər eyni zamanda altı minik maşınının yüklənməsinə nail olurlar. Bu qəfəsələr yığılıb-açılan olduğundan dəmir yolunda vaqonlarının əks istiqamətdə hərəkəti zamanı konteynerin içərisinə yığılır. Bu konteynerlər isə bütünlükdə altı vaqona yerləşdirilir.

Konteynerlər bir sıra göstəricilərlə: yükqaldırma, faydalı həcm, daxili və xarici ölçü, kütlə və tara əmsalı ilə xarakterizə olunur.

Konteynerlərin yükgötürmə qabiliyyəti tonlarla ifadə edilən netto (Nç) və brutto (Bç) çəkiləri ilə müəyyənləşdirilir:

Burada, Kf.s. - konteynerin faydalı həcmi (tutumu), kub. metrlə;

Yk.s. - yükün kütləvi sıxlığı, t / kub.metrlə;

Ək.t.i. - konteynerin tutmundan istifadə əmsalı;

Kt.k.-konteynerin tara ilə kütləsi, tonn.

Digər bir - tara əmsalı göstəricisi konteynerin tara kütləsinin onun yükgötürmə qabiliyyətinə nisbətini ifadə edir.

Planlaşdırılan konteyner daşımalarının həcmini təyin etmək üçün, istismara yararlı müəyyən konteyner parkına malik olmaq lazımdır. İstismara lazım olan konteynerlərin kəmiyyəti aşağıdakı formula ilə müəyyən edilir:



Burada, Ky.d.h.-planlaşdırılan dövrdə konteynerlə yük daşımaların ümumi həcmi, tonla;

Kg.ə.d. - gün ərzində konteynerlərin dövriyyə sayı ;

Pd.g.s. - planlaşdırılan dövrdəki günlərin sayı;

Ky.g.q. - konteynerin netto yük götürmə qabiliyyəti, tonla.

Konteynerlərin daşınması üçün müxtəlif təyinatlı dəmir yolu nəqliyyatı vasitələri tətbiq edilir. Belə ki, dəmir yolu nəqliyyatında 3 tonluq və daha artıq universal konteynerləri platformalarda və ya yarımvaqonlarda, az tonajlı konteynerləri isə bağlı vaqonlarda daşıyırlar. Böyük tonajlı konteynerlərin daşınması üçün xüsusi platformalar şəkildə verilmişdir. Avtomobil nəqliyyatı ilə brutto çəkisi 3 və 5 ton olan universal konteynerlərin daşınması üçün ZİL, QAZ, MAZ, MERSEDES, VOLVO və s. tipli yük maşınlarından istifadə edilir.

Dəniz və çay nəqliyyatında konteynerlər bir qayda olaraq özü hərəkət edən və etməyən gəmilər vasitəsi ilə çəkisi ağır (kütləvi) və ya ədədi məhsullar daşınır. Son illərdə gəmiçilik parkı xüsusi təyinatlı konteynerlərlə təchiz edilmiş və beynəlxlq yük daşımaların həcmi artmışdır.



Cədvəldə daşımaların növündən, daşıma məsafəsindən və digər şərtlərdən asılı olaraq konteynerlərin səmərəli istifadə sahələri verilmişdir.

Cədvəl

Konteynerlərdən istifadə sahələri

Daşımanın növləri

Tara baxımından səmərəli yüklər üçün

Tara baxımından səmərəsiz yüklər üçün

Kiçik partiyalı göndərmələr

Vaqon göndərmələr

Bir başa dəmir yolu ilə

Konteynerlər

800-100 km mə­safə­lərə konteynerlə, bö­yük məsa­fələrə isə pa­ketlə

Paketlər

Bir başa avtomobil

Konteynerlər və paketlər





Dəmir yolu və çay nəqliyyatı



3000-3500 km mə­sa­fələrə konteynerlər, böyük məsafələrə isə paketlə

1000-1500 km mə­safə­yə kontey­nerlə, böyük məsafəyə isə paketlə

Avtomobil və çay nəqliyyatı



Eyni ilə

Eyni ilə

Dəmir yolu, çay və avtomobil

Kabotajda-kontey­ner ixrac-idxar pa­ketlər

Paketlər, konteynerlər

Paket və konteynerlər






Yüklə 202,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin