2014-cü il Fənn proqramı (sillabusu) Kafedra



Yüklə 26,93 Kb.
səhifə6/7
tarix10.01.2022
ölçüsü26,93 Kb.
#108793
1   2   3   4   5   6   7
Mövzu№12

Silikat beton qarışığının hazırlanması. Silikat betonlar üçün materiallar, əhəng-silisiumlu yapışdırıcılar və doldurucular, onlara olan texniki tələblər. Silikat betonların xassələrinə təsir edən amillər. Avtoklav şəraitində narın üyüdülmüş silisiumlu komponentin rolu. Silikat betonların tərkibinin seçilməsi. Silikat betonların hazırlanmasının əsas texnoloji sxemi


2

05.11


13

Mövzu№13

Betonqarışdırma sexləri və onların avadanlıqları. Betonqarışdırıcı sexlərinin tipləri. Texnoloji avadanlıqların komponovkası. Beton qarışığının nəqli. Betonqarışdırıcı sexin və materiallar anbarlarının avtomatlaşdırma prinsipləri. Dozalama üsulları və dəqiqliyi. Dozatorların növləri


2


17.11

14

Mövzu№14

Çoxməsaməli beton qarışığının hazırlanması. Çoxməsaməli betonlar üçün materiallar, qazlı və köpüklü betonlarda məsaməəmələgətirmə prosesi. Məsaməəmələgətiricilər. Çoxməsaməli beton tərkibinin seçilmə metodu. Çoxməsaməli betonların texnologiyası.



2


19.11

15


Mövzu№15

Adi və qabaqcadan gərginləşdirilmiş dəmir-beton məmulatların armaturlanması. Gərginləşən və gərginləşməyən armaturlar. Armatur elementlərinin növləri. Polad armaturların növləri. Qabaqcadan gərginləşdirilmiş konstruksiyaların armaturlanması. Polad armaturun gərginləşdirilməsi və gərginliyin betona verilmə metodları



2


26.11

16

Mövzu№16

Armatur karkaslarının və elementlərinin hazırlanması. Armatur torlarının və karkaslarının qaynağı. Müstəvi və fəza armatur karkaslarının hazırlanmasının axın xətti. Sancma elementləri və onların hazırlanması. Armatur məmulatlarının istehsalının təşkili, keyfiyyətinə nəzarət



2


01.12

17

Mövzu№17

Armaturun bərkidilmə və dartılma üsulları. Gərginləşən armaturun hazırlanması və armaturun qəlibləmə zamanı gərginləşdirilməsi, söykənəcəklərə bərkidilməsi üsulları. Armaturun elektromexaniki üsulla gərginləşdirilməsi. Armaturun gərginləşdirilməsi ilə əlaqədar texnoloji hesablamalar. Qabaqcadan gərginləşdirilmiş konstruksiyaların armaturlanması. Polad armaturun gərginləşdirilməsi və gərginliyin betona verilmə metodları. Gərginləşən armaturun növləri və göstəriciləri.


2


03.12

18

Mövzu№18

Dəmir-beton məmulatlarının qəliblənməsi istehsalda istifadə olunan qəliblər. Polad, çuqun, düralüminium, taxta, dəmir-beton, şüşə plastik və s. qəliblər. Qəliblərin əsas elementləri. Qəliblərin təsnifatı və göstəriciləri, onlara olan tələblər. Qəliblərin yağlanması. Yağlara olan təlabat. Yağların növü. Yağlama qaydası.


2


10.12

19

Mövzu№19

Məmulatın qəliblənmə üsulları. Müxtəlif qəlibləmə xassəli və göstəricili beton qarışığının qəlibləmə metodları. Horra şəkilli beton qarışıqlarının qəliblənməsi. Məmulatın horizontal şəkildə qəliblənməsi


2


15.12

20

Mövzu№20

Məmulatın qəliblənməsində sıxlaşdırma üsulları. Vibrasiya, presləmə, prokat, sentrifuqa və s. Sərt və az axarlı qarışıqlardan məmulatların qəliblənməsi zamanı beton qarışığının sıxlaşdırılmasının fiziki-mexaniki əsasları. Vibroemal rejiminin parametrləri. Vibrasiya müddəti. Təkrar vibrasiya. Vibroştamplama, döyəcləmə, diyircəkli sıxlaşdırma üsulları. Mərkəzdənqaçma üsulu ilə betonun yerləşdirilməsi və sıxlaşdırılması


2


17.12

21

Mövzu№21

Betonun bərkiməsini tezləşdirən üsullar. Qəliblənmiş məmulatın isti emaldan qabaq saxlanması. Buxarla qızdırılma, kontaktla qızdırılma, elektriklə qızdırılma, şüa enerjisi ilə qızdırılma, isti qəlibləmə, avtoklavda bərkimə. Təbii qazın yanma məhsullarında emal. Məmulatların isti emalında günəş enerjisindən istifadə olunması



2


24.12

22

Mövzu№22

Müxtəlif növ betonlardan məmulat istehsalı. Divar və mərtəbəarası örtük panellərinin, həcmi blokların, boru konstruksiyaların istehsalı. Xüsusi növ dəmir-beton məmulatların istehsal texnologiyası: şpal, paya, körpü dirəkləri, elektrik xətt dirəkləri, metro tağları.



2

29.12

23

Mövzu№23

Məmulatın istehsalına və keyfiyyətinə nəzarət. dəmir-beton zavodlarında keyfiyyətə nəzarətin təşkili və onun idarə olunması. Texniki nəzarətin əsas növləri: giriş, əməliyyatlararası və qəbul. Müəssisəyə daxil olan materialların keyfiyyətinə nəzarət, texnoloji əməliyyatlara tələb olunan rejim və texnoloji xəritəyə uyğun nəzarət: hazır məhsulun keyfiyyətinə nəzarət. Laboratoriya və texniki nəzarət xidmətlərinin yolları. Keyfiyyətə nəzarətin statistik metodları


2


31.12



Yüklə 26,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin