25
Qovrulmuş qoyun əti, yaxud dana əti və qarnir. Burada hazırlanmış
iri ət
tikələri tavaya qoyulub üstünə yağ tökülür və plitənin üzərində qovrulduqdan sonra
qızdırıcı şkafa qoyulub 200-250 dərəcə temperaturda hazır vəziyyətə gətirilir.
Qovrulan zaman bu əti nçıxan şirəsi vaxtaşarı qaydada öz üstünə tökülür.
Qovrulandan sonra qalan yağ və şirə, rostbif üçün olduğu kimi emaldan keçirilir.
Süfrəyə verilən zaman ət porsluq tikələrə (hə porsda 2-3 tikə) doğranıb yanına
qarnir
əlavə edilir; həmin qarnir qoyun əti üçün-qarabaşaq şiləsindən,
yağ içində
yaxud tomat içində lobyadan, bişmiş yaxud qızardılmış kartofdan və nəhayətdana
əti üçün isə suda bişmiş yaxud qızardılmış kartofdan,
süddə bişirilmiş kartofdan,
göy noxuddan və habelə 3-4 növ tərəvəzdən hazırlanmış mürəkkəb tərkibdən ibarət
olur.
Hər pors üçün burada 165q qoyun əti, yaxud 180q dana əti, 5q yağ(qovurmaq
üçün), 150q hazır qarnir və 50q ət şirəsi götürülür.
Dostları ilə paylaş: