2915-“İaşə məhsullarının istehsal texnologiyası” fənni üzrə Mühazirə 1;2


Kompot (təzə, konservləşdirilmiş yaxud qurudulmuş meyvədən)



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə31/62
tarix30.05.2022
ölçüsü0,69 Mb.
#116398
növüMühazirə
1   ...   27   28   29   30   31   32   33   34   ...   62
a-m-hsull.-tex

Kompot (təzə, konservləşdirilmiş yaxud qurudulmuş meyvədən). Kompot 
üçün təz, qurudulmuş və konservləşdirilmiş (bankalarda) meyvə və giləmeyvə 
tətbiq edilir. Kompot bir növ yaxud müxtəlif miqdarda götürülmüş bir neçə meyvə 
və giləmeyvə növlərindən hazırlanır. 
Təzə meyvə kompotu. Burada şəkər isti suda əridilib qaynadılır və şərbət 
halına gətirilir. Şəkərin miqdarından asılı olmaqla şərbət maye, orta qatılıqda 
yaxud qatı ola bilər. Şəkər şərbətinə meyvə yaxud giləmeyvə və esesensiyası qatıla 
bilər yaxud da onun içində meyvə və giləmeyvə bişirilə bilər. Təzə alma və 
armuddan kompot hazırlanması üçün bunlar yuyulur, özəyi və toxumu çıxarılır, 
dilim şəklində doğranır və qabaqcadan hazırlanmış şərbətdə bişirilir; bunun içinə 
həm də şərab və limon duzu vurulur (limon duzu kompotu qaralmaqdan qoruyur). 
Süfrəyə verilən zaman bişirilib soyudulmuş meyvə kompotu krem qabına yaxud 
vazalara qoyulub üstünə süzülmüş soyuq şərbət tökülür. 
1 kq kompot üçün burada 340 q alma yaxud 335 q armud, yaxud 334 q qara 
gavalı, 150 q şəkər, 25 q şərab və 1 q limon duzu götürülür. 


44
Konservləşdirilmiş meyvə kompotu hazırlananda meyvə konservi bankası 
açılıb onun içindəki meyvə krem qabına yaxud vazalara qoyulur və üstünə 
bankadan şərbət tökülür. Bankadakı şərbət az olarsa, buna qabaqca hazırlanıb 
soyudulmuş və süzülmüş şəkər şərbəti əlavə edilir. Qurudulmuş meyvədən kompot 
hazırlananda quru meyvə seçilir, xarab meyvə rədd edilir, sonra yuyulub ələkdən 
süzülür. 
Sonra isti suya şəkər salınıb əridilir və buna quru meyvə əlavə edilir; burada 
meyvənin qabaqca gecbişən (alma, armud), sonra isə tezbişən növləri şərbətə 
salınır ki, axırda hamısı bir bərabərlikdə bişib hazır vəziyyətə gəlsin. 
Alma və armud qurusu 35-40 dəqiqə, qaysı və ərik 15-20 dəqiqə, kişmiş isə 4-
5 dəqiqədə bişir. 

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin