68
Bu qayda yoğrulmuş xəmir 1-2 saat isti (28-30 dərəcə) yerə qoyulub
qıcqırdılır və qıcqırma prosesində xəmir 1-2 dəfə övkələnir. Xəmir qabın
divarlarından qopmağa və yatmağa başladıqda hazır sayılır.
Hazır xəmir masanın üstünə qoyulub kündələnir.
İlk mayasız xəmir.
Burada preslənmiş maya 25-35 dərəcə
temperaturda suda əzilir, sonra içinə
duz və un əlavə edilərək xəmir yoğrulur. İlk mayasız xəmir üçün ilk mayasız
xəmirdəkindən ½ artıq maya götürülür və daha bərk maya yoğrulur.
Yoğrulmuş
xəmir 3-4 saat isti (30-35 dərəcə) isti yerə qoyulub qıcqırdılır. Qıcqırma prosesində
xəmir iki dəfə övkələnir. İlk mayasız xəmirin mayasını artırmaqla, qıcqırmasını
sürətləndirib 2 saata çatdırmaq olar.
Mayalı xəmirdən pirojki, ponçik və sair məmulat hazırlanır.
1kq yağlı ilk mayalı yaxud ilk mayasız xəmir üçün 650 q un, 34 q yağ, 42 q
şəkər, 1 ədəd yumurta, 7 q duz, 20 q maya və 270 q su götürülür.
2) Mayalı xəmir üçün qiymənin hazırlanması.
Kələm qiyməsi. Bu qiymə təzə yaxud şorabaya qoyulmuş kələmdən
hazırlanır.
Təzə kələmdən qiymə hazırlananda kələm doğranıb 3-5
dəqiqəliyə qaynar
suya salınır və ələkdən keçirilib sıxılır. Sonra kələm qaba qoyulub üstünə bulyon,
süd yaxud su (kələmin çəkisinə nisbətən 10-15%), yağ və duz əlavə edilərək qabın
qapağı örtülür və kələm qiyməsi bişirilib hazır vəziyyətə gətirilir.
Kələm qiyməsi başqa üsulda da hazırlana bilər. Burada narın doğranmış
kələm pörtlədilmədən 3 santimetrə qədər qalınlıqda olmaqla, tavanın içinə qoyulur,
üstünə
yağ tökülür, duz səpilir və periodik qaydada qarışdırmaqla, ən çox 180
dərəcəyə qədər olan temperaturda qızdırıcı şkafda bişirilib hazır vəziyyətə gətirilir.
Şorbaya qoyulmuş kələmdən qiymə hazırlananda, kələm sıxılır və çox
turşdursa, soyuq suda yuyulub təkrar sıxılır, sonra isə təzə kələm kimi (birinci
üsulda) bişirilir.
69
Hazır olduqda kələmin içinə bişmiş yumurta doğranıb qatılır,
habelə yağda
qovrulmuş soğan vurulub hamısı birlikdə ciddi qarışdırılır.
Dostları ilə paylaş: