2915-“İaşə məhsullarının istehsal texnologiyası” fənni üzrə Mühazirə 1;2


Biskvit xəmirin hazırlanması və tərtibi



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə49/62
tarix30.05.2022
ölçüsü0,69 Mb.
#116398
növüMühazirə
1   ...   45   46   47   48   49   50   51   52   ...   62
a-m-hsull.-tex

Biskvit xəmirin hazırlanması və tərtibi. Biskvit xəmiri iki üsulda, yəni 
soyuq və isti üsulda hazırlanır. 
Soyuq üsulda biskvit xəmiri hazırlananda yumurtanın sarısı ağından ayrılıb 
şəkərlə birlikdə əzilir və içinə buğda unu vurulub xəmir yoğrulur, sonra 
ehmalcasına bunun içinə köpükvari vəziyyətə çatınca çalınmış yumurta ağı qatılır. 
İsti üsulda biskvit xəmiri hazırlananda yumurta şəkərə qatılıb arasıkəsilmədən 
çalınması şərtilə 45-50 dərəcə temperatura qədər qızdırılır və sonra qızdırılması 
dayandırılaraq həcmi 2 ½ -3 dəfə artınca yenə çalınır. Bundan sonra buğda unu 
qatılıb xəmir yoğrulur. 
Soyuq və isti üsulda hazırlanmış biskvit xəmiri içinə ağ kağız sərilmiş (yarıya 
qədər) dərin tavalara qoyulub 200-220 dərəcə temperaturda bişirilir. 
Hər 1 kq bişmiş biskvit xəmiri üçün burada təxminən 350 q şəkər, 650 q 
yumurta (xalis çəkidə) və 355 q əla yaxud 1-ci sort buğda unu götürülür. 
Hazırlanması: yumurta dərin qazana və ya mikser qabına tökülüb üstünə 
şəkər tozu əlavə edilib, qazanı su hamamına yerləşdirib, çalmaqla kütləni 40-30 
dərəcə temperatura qədər qızdırıb qazanı su hamamından götürüb, soyuyana qədər 
çalmanı davam etdirmək lazımdır. Bu müddət ərzində kütlə öz həcmini 4-5 dəfə 
artırır. Sonra kütləyə ələnmiş unla birlikdə nişasta tökülür və eyni cinsli kütlə 
alınana qədər qarışdırılır. Alınmış xəmiri içərisinə perqament kağızı sərilmiş 
kənarları yağlanmış formaya tökülür. Xəmir formanın 2/3 hissəsini tutmalıdır. 
Biskviti hazırlayanda diqqətli olmaq lazımdır. Yumurta çalınmazdan əvvəl 
qızdırıcı şkaf işə salınır. Unla nişasta qarışdırılıb, ələnir, formaya perqament kağızı 
sərilir, kənarı yağlanır və xəmir hazır olan kimi formaya tökülüb dərhal bişirilməyə 
qoyulur, əks halda xəmir çöküb çəkisi azalır. 
Qozlu biskvit.
Xammalların miqdarı əsas biskvitdə olduğu kimidir. Əlavə olaraq 3 x/q 
üyüdülmüş qoz ləpəsi götürülür. 
Çalınmış biskvit kütləsinə üyüdülmüş qoz ləpəsi əlavə edilir, un töküb, dərhal 
qarışdırır və əsas biskvitdə olduğu kimi formaya töküb bişirirlər. 


73

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin