5. Fevral Burjua inqilabı Müvvəqəti Hökumətin fəaliyyəti



Yüklə 38,67 Kb.
səhifə19/19
tarix01.01.2022
ölçüsü38,67 Kb.
#107286
1   ...   11   12   13   14   15   16   17   18   19
Belge

3. SSRİ-nin təşkili

SSRİ- nin yaradılması. Vətəndaş müharibəsi başa çatdıqdan sonra bolşeviklər keçmiş Rusiya imperiyasını bərpa etməK xəttini davam etdirirlər. Sovet rejimli respublikaların formal müstəqilliyi əllərindən alındı. Onlar vahid dövlətdə - Sovet Sosialist Respublikalari lttifaqında (SSRİ) birləşdirildilər.

SSRİ yardılmasında 1922 dekabrın 27 də RSFSR Ukrayna SSR Belarusiya SSR və ZSFSR arasında bağlanmış müqavilə mühüm addım oldu. Qeyd edim ki, *Rusiya Sovet Federativ Sosialist Respublikası*-SSRİ-nin tərkibinə daxil olan 15 müttəfiq respublikadan biridir. 7 noyabr 1917-ci ildə təşkil olunmuşdur.

*Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası* 12 mart 1922-ci ildən 5 dekabr 1936-cı ilə qədər mövcud olmuş federativ ittifaq respublikasıdır. Tərkibinə Azərbaycan SSR, Gürcüstan SSR və Ermənistan SSR daxil olmuşdur.

1922- ci il SSRİ- nin I Sovetlər qurultayı ittifaq dövləti yaratmaq barədə Müqavilə və Bəvannaməni təsdiq etdi. Həmin sənədlərə əsasən respublikaların beynəlxalq nümayəndəlik, müdafiə, sərhədlərə yenidən baxma, dövlət təhlükəsizliyi, xarici tica­rət, nəqliyyat, büdcə, rabitə, pul dövriyyəsi kimi sə­lahiyyətləri mərkəzi orqanlara verildi. Bunlar əslində müttəfiq respublikaların suveren hüquqlarının əlin­dən alınması, onların SSRİ adı altında Sovet imperi­yasının tərkibinə daxil edilməsi demək idi. SSRİ Xalq Komissarları Şurası (hökumət) və Xalq Komissarları (Nazirliklər) 6 iyul 1923-cü ildə yaradıldı. 1924-cü il yanvarın 31-də SSRİ-nin birinci Konstitusiyası qəbul olundu.




SSRİ rəhbərləri


* Vladimir İliç Lenin (1922-1924)
* İosif Stalin (1924-1953)
* Georgi Maksimilianoviç Malenkov (1953-1955)
* Nikita Sergeyeviç Xruşşov (1955-1964)
* Leonid İliç Brejnev (1964-1982)
* Yuri Vladimiroviç Andropov (1982-1984)
* Konstantin Ustinoviç Çernenko (1984-1985)
* Mixail Serqeyeviç Qorbaçov (1985-1991)
Yüklə 38,67 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin