5. Fevral Burjua inqilabı Müvvəqəti Hökumətin fəaliyyəti


Sol siyasi partiyalar, xüsusilə bolşeviklər hakimiyyətin fəhlə və əsgər deputatları sovetlərinə verilməsi uğrunda mübarizə aparırdılar



Yüklə 38,67 Kb.
səhifə8/19
tarix01.01.2022
ölçüsü38,67 Kb.
#107286
1   ...   4   5   6   7   8   9   10   11   ...   19
Belge

Sol siyasi partiyalar, xüsusilə bolşeviklər hakimiyyətin fəhlə və əsgər deputatları sovetlərinə verilməsi uğrunda mübarizə aparırdılar. Müəyyən dövrlərdə müxtəlif məna kəsb edən (1917-ci ilin aprelindən iyuluna kimi, avqustun 30-dan sentyabrın 1-nə kimi dinc, sentyabrın əvvəllərindən oktyabrın 25-dək silahlı yolla) "Bütün hakimiyyət sovetlərə!" taktiki şüarını irəli sürürdülər.1917-ci il aprel, iyun və iyul siyasi böhranlarından sonra iyulun 8-də Kerenski başda olmaqla burjuaziyanın təkhakimiyyəti yaradıldı. Lakin bu da Rusiyada başlanmış siyasi və iqtisadi böhranı aradan qaldırmadı. Ölkədə iqtisadi tənəzzül gücləndi. Sənaye və nəqliyyatın getdikcə dağılması, ərzaq çətinliyi davam edirdi. Ümumməhsul istehsalı 36.4 faiz azaldı. Ölkədə siyasi böhran da kəskinləşdi. Siniflər, siyasi qüvvələr və partiyalar arasında qarşıdurma daha da gücləndi. Siyasi qüvvələr və siyasi partiyalar ölkəni çıxılmaz vəziyyətdə qoyan fəlakətə qarşı mübarizə etmək üçün, ölkəni böhrandan çıxarmaq üçün yollar axtarmağa başladılar.
Burjuaziya və onu müdafiə edən qüvvələr ölkəni fəlakətli böhrandan çıxarmağın başlıca yolunu hərbi diktatura yaratmaqda görürdülər. ABŞ-ın, İngiltərənin və Fransanın hakim dairələri də bu xətti müdafiə edirdilər. 1917-ci il avqustun 12 -15-də Moskvada keçirilən Dövlət Müşavirəsi bu məqsədi güdürdü.

Yüklə 38,67 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin