A zərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti Niyazi Əlikram oğlu Həsənov Bİznesin strateji İdarə ediLMƏSİ (Dərslik)


Strateji təhlilin nəticələrinə əsaslanaraq



Yüklə 3,11 Mb.
səhifə45/212
tarix01.01.2022
ölçüsü3,11 Mb.
#105451
növüDərslik
1   ...   41   42   43   44   45   46   47   48   ...   212
3.2. Strateji təhlilin nəticələrinə əsaslanaraq

biznesin inkişaf strategiyasının seçimi
Keyfiyyətcə uzunmüddətli strategiya müəyyən istiqamət üzrə - şirkətin biznesinin inkişafı ilə bağlı sahələr, formalar, onun fəaliyyəti, şirkətin möv­qeyini, şirkət daxilində qarşılıqlı münasibətlər sisteminin, eləcə də ətraf mühit­də, onun məqsədlərinə doğru hərəkət istiqamət hüququnu şirkətə vermişdir. Əl­bət­tə, biznesin inkişaf strategiyası bu məsələnin təhlili nəzərə alınmaqla seçilmə­lidir:

  • Şirkətin rəqabət mövqeyi- bu strategiya bölgəsində təsərrüfatı;

  • Təsərrüfatçılıq zonasının ən strateji inkişaf perspektivləri;

  • Bəzi hallarda şirkətin malik olduğu texnologiyalar nəzərə alınmaqla.

Dünyada texnologiyalar sürətlə dəyişdiyi üçün texnoloji amil strategiya­sının seçilməsində şirkət üçün təsərrüfatçılığı bacaran şəxs olmalıdır, çünki bu amil həlledici əhəmiyyətə malikdir. Yadda saxlamaq lazımdır ki, strategiyaların dörd əsas tipi mövcuddur və bunlar aşağıdakılardır:

1. Toplanmış artım strategiyasının, bazarın inkişaf strategiyası olmaqla, burada inkişaf strategiyası məhsulun bazarda mövqelərinin gücləndirilməsi strategiyasıdır.

2. İnteqrasiyaedilmiş inkişaf strategiyası, bu əsasən arxa şaquli in­teq­ra­si­ya strategiyası və ya irəli gedən şaquli inteqrasiya strategiyası anlamını da­şı­yır.

3. Diversifikasiya artım strategiyası ,bu ,əsasən , mərkəzə uyğunlaşdırılan şaxələndirilmə strategiyası və ya üfiqi diversifikasiya strategiyası anlamında başa düşülməlidir.

4. Azaldılma strategiyası, bu xərclərin azaldılması strategiyası, ümumi azaldılma strategiyası və "məhsulun yığımı" strategiyası anlamında başa düşülməlidir.

Əlbəttə, seçilmiş strategiyanın qiymətləndirilməsi bu mərhələdə çox böyük önəm daşıyır. Seçilmiş strategiyanın qiymətləndirilməsi sualına cavabın məntiqi ,əsasən, ondan ibarətdir ki, seçilmiş strategiya şirkətin öz məqsədlərinə nail olunmasına gətirib çıxaracaq və inkişaf təmin olunacaqdır. Əgər biznesin inkişaf strategiyası şirkətin məqsədlərinə uyğundursa, onda gələcəkdə onun qiymətləndirilməsi aşağıdakı istiqamətlər üzrə aparılmalıdır:

• seçilmiş strategiya və ətraf mühitin tələblərinə əməl edilməməsi;

• seçilmiş strategiya və şirkətin potensial imkanları ilə uyğunluq;

• seçilmiş strategiyaya xas olan risk.

Digər vacib məsələ uyğunluqnəzarət strategiyasıdır. Аnsoff "Strateji idarəetmə" kitabında strateji nəzarətin aşağıdakı prinsiplərini ümumiləşdirərək təxminən belə xülasə etmişdir.

Hər nəzarət nöqtəsində yeni məhsulun həyat tsikli ərzində xərclərin ödənilməsini qiymətləndirmək lazımdır. Nə qədər ki, özünü ödəmə müddəti yoxlama səviyyəsi çoxdur, layihənin həyata keçrilməsi prosesini davam etdir­mək lazımdır. O zaman ki, layihənin mənfəətlik səviyyəsi yolveriləndən aşağı olarsa, bu zaman layihənin dayandırılması və digər tədbirlərin da nəzərdən keçirilməsi vacibdir.


Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin