Cədvəl 3.1
Biznesin inkişaf strategiyası istiqamətində elmi-tədqiqat işlərinin növləri
Tədqiqat növləri
|
Tədqiqatların nəticələri
|
Fundamental ETİ işləri
|
Nəzəri biliklərin genişləndirilməsi. Yeni elmi məlumatların alınması haqqında, hadisələrdə, prosseslərdə qanunauyğunluğu araşdırılan sahədə mövcud olan, elmi əsasların, metod və prinsiplərin araşdırması
|
Axtarış ETİ (Elmi-Tədqiqat İşləri)
|
Biliklərin həcminin artırılması üçün öyrənilən fənnin daha dərindən dərk olunması. Elm və texnikanın inkişafı proqnozlarının hazırlanması. Yeni hadisələri və qanunauyğunluqların tətbiqi yollarının öyrənilməsi
|
Tətbiqi ETİ
|
Yeni məhsulların yaradılması üçün konkret elmi problemlərin həlli. Tövsiyyələrin, təlimatların, metodikaların, haqq-hesab-texniki materialların alınması. ETİ-nin konstruktorların nəticələrinə uyğun həyata keçirilməsinin mümkünlüyü
|
Fundamental və axtarış işləri həyat tsikli məmulatları, bir qayda olaraq, həyat tsiklinə daxil edilmir. Lakin əmələgəlmə ideyalarını başa düşüb qəbul edə bilən elmi-tədqiqat layihə konstruktor işlərinə uyğun layihələr yalnız aşağıdakı qaydada həyata keçirilir.
Tətbiqi elmi - tədqiqat məmulatları əsasında, həyat tsikli mərhələləri aşağıdakılardır. Bu zaman mühüm vəzifə yaranmış əsas suala cavab verə bilməkdir. Yeni məhsul növünün yaradılması mümkündürmü və hansı xüsusiyyətlərə əsaslanaraq həyata keçirilməsi qaydası elmi-tədqiqat işlərinin dövlət standartlarına uyğun tənzimlənməlidir. Mərhələlərin konkret tərkibi və xarakteri onların çərçivəsində işlərin yerinə yetirilməsi, elmi-tədqiqat işlərinin xüsusiyyətləri ilə müəyyən edilir.
Aşağıdakı ETİ-nin mərhələləri təklif olunur:
1. ETİ-i üçün Texniki Tapşırığın (ТT) hazırlanması;
2. Tədqiqat istiqamətlərinin seçilməsi;
3. Nəzəri və eksperimental tədqiqatlar;
4. Tədqiqatların ümumiləşdirilməsi və nəticələrin qiymətləndirilməsi (cədvəl 3.2).
Dostları ilə paylaş: |