Sxem 5.2
Menecment əsasında, biznesin inkişaf strategiyasının strateji məqsədləri sıralama və reytinq əsasında müəyyən edilməsi
Yönəldilmiş layihələrin problemləri
Sxem 5.2-də göstərildiyi kimi, hələ 1970-ci illərdə təkamül sistemləri əsasında gələcək üçün sürətlə artan sənayenin olması və buna uyğun qərar problemləri, ilk növbədə, artan gözlənilməz hadisələrə uyğun və bunu təmin edə biləcək qərarın verilməməsi, biznesin inkişaf strategiyasında çevikliyi tələb edirdi.
Məhz dövrün yaradacağı yeni problemlərin prinsipləri əsasında yeni sistem 1970-ci illərin ortalarında daha aktual oldu və belə sistemlər biznesin inkişaf strategiyasının, əsasən, strateji mövqelərini seçərək uzunmüddətli və strateji planlaşdırma və idarəetmə kimi elmi əsaslar üzərində hadisələri, gözlənilən istiqamət əsasında səfərbər edərək hadisələrə cavab vermək üçün qurulması vacibliyi sübut olundu ki, qismən də olsa əvvəlcədən yeni tədbirləri hazırlamaq və vaxtında lazımi qərarlar qəbulunun mümkünlüyünü saxlamaq, artıq günün tələbinə çevrilirdi.
Biznesin inkişafı üçün vaxtında qərarların qəbulunun planlaşdırılması, və bu qərarların şirkətin bütün səviyyələrini əhatə etməsi, öz - özlüyündə bir neçə ay davam edən bir prosesdir. Bu proses şirkətdə çox sürətlə getməlidir ki, rəhbərlər elə hiss etsinlər ki, onların başına birdən qar yağdı və bunun göstərilməsi hökumətə təqdim olunması vacibdir və bu məsələlər, kompleks planlaşdırma dövrünə daha uyğundur. Belə sürətlə dəyişən vəzifələr ilə məşğul olmaq şirkətlərə vaxtında qərarlar qəbul etməyə imkan verir və strateji məqsədləri sıralama sözdə deyil, idarəetmə prinsipinin qəbul edilməsini ön plana çəkir. Bunu başa düşmək və öyrənmək, eyni zamanda, istifadə etmək asan sistemi nəzərdə tutur. Bura aiddir:
1. Davamlı xarici mühitin, bütün tendensiyaları, monitorinq olunur və bazarın, texniki, ümumi, iqtisadi, sosial, siyasi məsələləri göstərilir;
2. Qərarların qəbulunun təcili həll olması və bu meyilləri qiymətləndirmə və təhlilinin nəticələrini iclasında şirkətin rəhbərliyini məlumatlandırmaq, yalnız yeni təhlükələri göstərməklə yanaşı yeni imkanları və yeni kəşfləri bilmək və əsaslandırmaq lazımdır;
3. Biznesin inkişaf strategiyasının dərhal diqqət tələb edən əsas aşağıdakı amillərə ayrılır:
a) ən aktual və mühim vəzifələri növbəti planlaşdırma dövrü ərzində həll edilə bilən problemlərdir;
b) orta ödəmə mühüm vəzifələri;
c) mühüm, lakin təcili olmayan vəzifələr;
ç) senarilər əsasında idarəolunma, birlikdə planlaşdırılan xidmət və şirkətin dörd kateqoriyaya uyğun vəzifələri ayırılır;
d) problemin həllinin tələbi.
4. Təcili vəzifələrə mövcud imkanlar əsasında və ya şirkət tərəfindən baxılması, qərar üçün təqdim olunması və ya ehtiyac olduğu halda tez müxtəlif imkanlar əsasında Xüsusi Task Force qoşulmaq vacibliyi;
5. Biznesin inkişaf strategiyasına qərarların verilməsi mümkün strateji və taktiki nəticələri baxımından yüksək rəhbərlik tərəfindən nəzarət olunması;
6. Ali rəhbərlik daim yenidən və problemlərin siyahısı və onlara prioritet fəaliyyəti yeniləyir.
Biznesin inkişaf strategiyası zamanı konseptual strateji məqsədlərə uyğun sıralama və idarəolunma, sisteminin, strateji planlaşdırma və strateji idarəetmə metodlarından vaxtaşırı istifadə edilməsi çox sadədir. Bu zaman biz çox ətraflı hesab üsullarından bəhrələnə bilərik.
Zəif siqnallara uyğun şirkətin növbəti hərəkətlərinin təhlili də çox maraqlı məsələlərdəndir.
Xarici vəziyyətin müşahidəsi zamanı müəyyən problemləri müəyyən etdikdən sonra, fərqli məlumat alınarsa, bu zaman bəzi şirkətlər öz əhəmiyyətini qiymətləndirmək və problemləri həll etmək üçün lazımı tədbirlər görərək, aydın olan məsələləri xüsusi və ümumi şəkildə bilməlidir. Bundan sonra güclü siqnallar ilə hesablanmış nəticələrin problemləri təhlil edəilərək onlara zəng edib xəbərdar etməliyik.
Nəzərə almaq lazımdır ki, qeyri-dəqiq mühüm hadisələrin başlanğıc və ya erkən əlamətləri, yalnız zəif siqnalları ilə tanınan digər məsələlər üzrə müəyyən edilə bilər. Məsələn, növbəti beş il ərzində Yaxın Şərq ciddi siyasi münaqişələrin ocağı olacaq ki, indi bu aydın deyil, lakin müəyyən vaxt kəsiyində harada nə baş verə biəcəyini konkret şəkildə söyləmək və nə olacağını proqnozlaşdırmaq mümkün deyil .
Bu cür zəif siqnallar daxil olursa, deməli, şirkətin güclənməsi üçün yeni strategiyaya ehtiyac var. Bazarda təhlil apararkən, əlbəttə, şirkətin səviyyəsinə uyğun olaraq daxilində zaman - zaman yaranmış müəyyən problemlərin yetişməsi, qərar hazırlamaq üçün kifayət qədər vaxt tələb etdiyindən yalnız bəzi şirkətlər güclü və ya zəif siqnallara reaksiya verə bilirdi.
Lakin sonrakı proseslər göstərdi ki, qeyri-sabitlik dövründə vəziyyət sürətlə dəyişir, bu zaman, möhkəm, güclü siqnal gözləyən dəyərlər üçün qərarı gec olarsa, nəticələr də qənaətbəxş olmaya bilər və ya şirkət üçün yarana bilən problem təhlükəlidirsə, deməli, şirkətin maraqlarına uyğun istiqamətlənməsi zamanı onu qəbul etmək iqtidarında ola bilər. Buna görə də, qeyri-sabitlik yüksək səviyyədə xarici mühüt, zəif siqnalları qəbul edərkən bunların bir zamanda həllini hazırlamağa ehtiyac yaranır (cədvəl 5.3).
Dostları ilə paylaş: |