A zərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti Niyazi Əlikram oğlu Həsənov Bİznesin strateji İdarə ediLMƏSİ (Dərslik)


Matris 5.1 “Boston Consulting Group” tərəfindən təklif olunan digər matrix



Yüklə 3,11 Mb.
səhifə77/212
tarix01.01.2022
ölçüsü3,11 Mb.
#105451
növüDərslik
1   ...   73   74   75   76   77   78   79   80   ...   212
Matris 5.1

Boston Consulting Group” tərəfindən təklif olunan digər matrix



Burada olan tələbatın artımı, bir göstəricinin perspektivlərini müəyyən etmək üçün təklif olunur. O, şaquli matris ölçüsünü müəyyən edir. Üfüqi ölçüsü isə şirkətin bazar payı nisbətini və onun aparıcı rəqiblərinə məxsus bazar payını müəyyən etməyə imkan verir. Aldığımız göstəriciyə görə, bu gələcəkdə şirkətin nisbi rəqabət mövqeyini müəyyən etməyə menecerlərə əsas verir.

VI FƏSIL.

Strategiyanın formalaşmasını şərtləndirən yaxın və uzaq amillərin təhlili

6.1. Strategiyanın formalaşmasına təsir edən

amillərin təhlili
Biznesin inkişaf strategiyasının yerinə yetirilməsi zəruri dəyişikliklərin keçirilməsini nəzərdə tutur, hətta ən yaxşı işlənən strategiya belə iflasa uğrasa belə. Buna görə də, tam əminliklə demək olar ki, biznesin inkişafı zamanı strategiyadakı, dəyişikliklər, bu strategiyanın həyata keçirilməsi üçün açardır.

Təşkilatda strateji dəyişiklik aparmaq çox çətindir olduğu kimi, daima müqavimətlə üzləşib. Məsələnin həllində çətinliklər, ilk növbədə, bəzən güclü müqavimətlə qar­şılaşır ki, bu zaman dəyişikliklərin aparılması üçün mövcud problemləri həll etmədən mümkün olmur. Ona görə də, dəyişiklik aparmaq üçün ən azı nəzəri cəhətdən aşağıdakıları bilmək la­zımdır:

• strategiyaya uyğun planlaşdırılan dəyişikliklərin aparılmasında hansı müqavimətlə qarşılaşacağı, onları təhlil etmək bacarığı və proqnozlaşdırılması;

• inkişaf strategiyasına müqavimət təhlükəsinin mümkün qədər minimuma endirilməsi;

• biznesin inkişaf strategiyasına uyğun yeni idarəetmə, status-kvonu yaradılması.

Yeri gəlmişkən, müqavimətdaşıyıcıları və dəyişikliklərindaşıyıcıları insanlar sayılır. Prinsipcə insanlar dəyişikliklərdən qorxmurlar, onlar dəyişdi­rilmiş olmaqdan qorxurlar. İnsanlar ondan qorxurlar ki, dəyişikliklər şirkətdə onların iş yerlərinə toxunar. Ona görə də, bu dəyişikliklərə mane olmağa çalışır­lar ki, yeni problemlərlə qarşılaşmasınlar, onlara aparılan yeni strategiya aydın olmadığından, işçi heyəti artıq adət elədikləri işlə məşğul olmayacaqlarından qorxurlar. Geniş yayılmış müdrik söz "düşmən yaxşıdır" nəinki "xeyirdə xeyir axtarmamaq" dəyişikliklərin müqavimət ideologiyası baxımından bu müdrük kəlam sayıla bilər.

Biznesdə dəyişikliyə münasibət əsasən iki amilin vəziyyətinin kombinasi­yasını nəzərdən keçirə bilər:

1. Həyata keçirilən dəyişikliklərin qəbul olub-olunmaması;

2. Münasibətlərin dəyişiklikdə açıq və ya gizli nümayişi.

Şirkətin ali rəhbərliyi söhbətlər əsasında, müsahibələr, sorğunun aparılması və digər formalı informasiyaların toplanmasını da aydınlaşdırmağa cəhd etməlidir, şirkətdə dəyişikliklərə hansı tip reaksiya müşahidə olunacaq, şirkətin hansı əməkdaşları dəyişiklik tərəfdarlarının mövqeyini tutacaq, kim digər üç müxtəlif vəzifələrdən biri olacaq bu aşağıdakı cədvəldə göstərilmişdir. Bu cür proqnozların böyük firma və ya şirkətlərdə mövcud olan, kifayət qədər uzun zaman dəyişməz qalan xüsusi aktuallığı vardır, çünki bu firma və ya şirkətlərdə dəyişikliyin müqaviməti güclü və geniş yayılmış ola bilər.




Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin