AAZƏrbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 209 Kb.
səhifə11/16
tarix10.01.2022
ölçüsü209 Kb.
#108559
1   ...   8   9   10   11   12   13   14   15   16
2






Mövzu№6. Obyektin işinin dayanıqlığına təsir göstərən amillər. Obyektin işinin dayanıqlığına təsir göstərən əsas amillər. Obyektin yerləşmə şəraiti. Obyektin mühəndis-texniki kompleksinin xarakteristikası. İstehsalat proseslərinin xarakteristikaları, onların yanğın-partlayış təhlükəsinə görə dərəcələri. Kooperasiya üzrə obyektin əlaqələri. Obyekt işinin dayanıqlığının artırılması istiqamətləri. Obyektlərin, onun bina və qurğularının səmərəli yerləşdirilməsi. İşçi personalın və əhalinin FH-da mühafizəsinin təmini. Sənayenin FH-da işə hazır vəziyyətə gətirilməsi. Pozulmuş istehsal prosesinin bərpasına hazırlıq. İdarəetmə sisteminin FH-da fəaliyyətə hazırlanması.




2






Mövzu№7.Obyektlərin planlaşdırılmasına qoyulan tələblərin mahiyyəti. Şəhərlərin və obyektlərin respublika ərazisində planlaşdırılması normaları. Planlaşdırmada nəzərdə tutulan əsas amillər. Obyektlərin yerləşdirilməsində qoyulan əsas tələblər. Obyektlərin yerləşdirilməsinə qoyulan əsas tələblər. Obyektlərin respublika ərazisində bərabər yerləşdirilməsi. Güclü və zəif dağıntı zonalarında yerləşdirilə biləcək obyektlər.




2







Mövzu№8 Obyektlərin layihələndirilməsinə və tikintisinə qoyulan tələblər.

Şəhərlərin, sənaye binalarının və qurğularının layihələndirilməsi və tikilməsi zamanı əsas tələbatlar. İri şəhərlərin tikilməsinin məhdudlaşdırılması, şəhər xarici magistralların salınması. Dağıntı zonalarında az mərtəbəli binaların tikilməsi, tikintidə yüngül və çətin yanan materiallardan istifadə olunması. Texnoloji avadanlıqların açıq meydançalarda yerləşdirilməsi. Anbar otaqlarının zirzəmilərdə layihələndirilməsi və tikilməsi, onların qapı və pəncərələrinin sayının minimuma endirilməsinin nəzərdə tutulması.




2







Mövzu№9,10.11,. Obyektlərin kommunal-enerji sistemlərinin layihələndirilməsinə və tikintisinə qoyulan tələblər.

Enerji-su, qaz, kanalizasiya, rabitə və sair sistemlərin layihələndirilməsinə və tikiləməsinə qoyulan tələblər və onların mahiyyəti. Bu tələblərin icra mexanizmləri. Tələbatlara riayət edilməsinin vacibliyi. Hər bir sistem üçün spesifik tələbatlar və onların layihələndirmə normaları. Layihə və tikinti normalarının yerinə yetirilmə mərhələləri.




2







Mövzu№12.Zərbə dalğasının təsirinə obyekt dayanıqlığının dərəcəsinin qiymətləndirilməsi.

Zərbə dalğasının təsirinə obyektin dayanıqlıq dərəcəsinin qiymətləndirilməsi ardıcıllığı. Zərbə dalğasının təsirindən yaranan dağılma zonaları. Zərbə dalğasının təsiredici parametrləri. Zərbə dalğasının izafi təzyiqi, sürət basqı təzyiqi, sıxılma fazasının müddəti və s. zərbə dalğasının parametrlərinihesablamaq üçün istifadə olunan düstrlar. Obyektin mühəndis texniki komplekslərində müxtəlif dağıntı dərəcəsi əmələ gətirən izafi təzyiqin qiymətləri.




2







Mövzu№13.İşıq şüalanmasına görə obyektin dayanıqlıq dərəcəsinin qiymətləndirilməsi.

Nüvə silahının işıq şüalanmasının binalara, qurğulara və insanlara təsirinin xarakteri. Obyektin yanğına qarşı dayanıqlıq faktorları. Bina və qurğuların odadavamlılığı. Tikinti konstruksiyalarının yanğına dözümlülük həddi. İstehsalatın yanğın təhlükəsi və ona təsir edən amillər. İşıq şüalanmasına görə obyektin dayanıqlığının qiymətləndirilməsi.




Yüklə 209 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin