Aban aban iş olmaz, bəsləməsən qız olmaz


yayanı. yayanı. piyadanı. -



Yüklə 5,82 Mb.
səhifə58/59
tarix21.11.2018
ölçüsü5,82 Mb.
#84359
1   ...   51   52   53   54   55   56   57   58   59

yayanı. yayanı. piyadanı. -atlı oldun lağa qoyma yayanı.

yayda ayransız, qışda yorqansız olma.

yayda bir gün boş qal, qışda on gün ac qal.

yayda ilandan qorxan, qışda çatıdan qorxar.

yayda kölgə xoş, qışda çuval boş.

yayda qazan, qışda qazan qaynasın.

yayda oğurlayan, qışda boynuna alar.

yaydan çıxan, ox yanmaz (dönməz).

yaydan çıxsa ox dönməz.

yayı kölgə xoş, qışda çuval boş. (yayda kölgə xoş, qışda çuval boş).

yayı yaydağda, yazı yazlaqda. (yaydam: yaydağ:çardaq).

yayılmaz iş, ölüyə oxşar. (yayılmıyacaq bir yazı, ölü doğulmuş uşaq kimidir).

yayın bir günü, qışın yeddi günün yetirər.

yayın kölgə kovan, qışın qarnın oğar. (kovan: boş. işsiz. içsiz).

yayın kölgəsin güdən, qışın qarına düşər.

yayın qatqılansa, qışın sevirər. ( qatğılanmaq: qatqırlanmaq. təqəlla, səy edmək).

yayın yanqısı qışa qalmaz.

yayın yasmaq gərək, yarağın (silahın) asmax gərək. (- yayın yasub, yarağın asub).

yayın yaylaq, qışın qışlaq içində, gahıni gülsər, gahın tağlar içində.

yayınıb dağlara canavarlar, yeridilər savaşa canı varlar. (canlılar).

yaylıq örtən kişidənsə, papaq qoyan qadın yaxşı.

yaylıq örtən kişidənsə, papaq qoyan qadın yeğ (yaxşı).

yaypan biçənək (əkin) biçilməz. (yaypan:yatmış. başın yerə qoymuş).

yaz bayramı iş çağlamı, kef oyçamı, dos toyçamız qutlu olsun. (oyçamı: əyyamı). (toyçamı: toylanma çağı. yığnağan oy).

yaz bir çiçəklə, yazlamaz heç.

yaz bir gülünən başlır, miniylə bitir.

yaz bitirir, yay yetirir, güz gətirir, qış itirir.

yaz deyib otsuz, qış deyib suvsuz gəzmə.

yaz gəlibdir yaşıl ösər, alğa çıxar, topraq busar, bülbül güldən gülə tovsar yaz gəliri, yaz gəlir. (yaşıl ösər: göy gögərər). (alğa: alala). (busar: bozarar. rəng dəğişər). (tovsar: qaçar. qonar).

yaz gəlmədən, qar gedməyib, ot bitməz.

yaz gətirər, qış götürər.

yaz gününün yağışı, ər arvadın savaşı.

yaz kəsmiyi, qış xuruş. (kəsmiyi: pəniri. pendiri). (xuruş: yemək qarası, gözü).

yaz qıncılıq, qış dinclik. (qıncılıq: əzab. zəhmət).

yaz odunu, qış qazanı qaynadar.

yaz olmasa, yağ olmaz, dil olmasa, baş olmaz. (baş olmaz: düşünmək olmaz).

yaz saklanmamış, qış aranmaz.

yaz yapan, qış qapan.

yaz yapıya bax, qış qapıya.

yaz yay, güzün qışın artaşur (dal dala gəlir), gələn gedir, gedən gəlmir, qalan qamığ çalğaşur.

yaza çıxardı danasın, bəyənməz oldu anasın.

yaza çıxarsan – tərə yesəndə, kərә yesəndə.

yaza çıxartdıq dananı, bəyənməz oldu ananı. (hər iş gördün ipin ucun bıraxma). (uşağa, balava güc versən, birinci atanasın danar).

yaza çıxartdıq danayı, bəğənməz oldu anayı.

yaza çıxartdıq danayı, bəğənməz oldu anayı.

yazacım yazmasa gərçəgin sözün, silin ürəkdən itirin məni. (yazacım: qələmim).

yazan unutmuş, yazın unutmamış.

yazan yazıcı korudu, yapdığı bizə gorudu.

yazana baxma, yazdığına bax.

yazar unudar, yazı unutmaz.

yazda ayrandan, qışda yorqandan olduq.

yazda beyin, qışda qazan qaynasın.

yazda çalan qışda oynar. (çalan: çalışan).

yazda çalan, qışda oynar. (çalan: oraq vuran).

yazda çalxan, güzdə yalğan, qışda yarğan.

yazda gəzir, qışa tuş gəlir. (oyun hər başa gələr).

yazda gəzir, qışa tuş gəlir. (oyun hər başa gələr).

yazda hərəkət, güzdə bərəkət.

yazda yatan, qışda üşüyər.

yazda yaz, qışda qıs. (yaz: açıl. çıx).

yazda yür, qışda dur. (yazda, yayda işlə, qışda dişlə, dincəl).

yazdaki sulun özürgəli (gözürgəli), evdəki toyuğu ötürmə. {çöldəki sonaya (qırqavula) göz tikərkən (istəyib, seçib bəğənərkən), əldə ki quşuvu bıraxma, gözdən salma}.

yazdı ölkəmə bir yazı, çəkəmmirəm artıq, yazmaq istəyirəm bir kərə daxi, yazımdan qasılmış, yayım artıq.

yazdı topraq açan, yapraq tökən, beli bükən qış olur.

yazı ayrandan, qışı yorqandan olduq.

yazı bizni birləşdirməsədə, mən dünyanı sənsiz ötəmən, yüzüvün güzgüsün bağrıma basıb, sinimə birgə alıb gedəmən.

yazı budur qazma alıb dərin quyu qaz gilən, çürük iplə ağırdaşla ol quyuya düşmə qıl. yaşam seçənlərindir!. (taşutsuz böyük qazanc olmaz) (taşut: daşut. risk. xətər). (yaşam budur su verməsən quruyar, könül olsa qolay yerdən qol atar).

yazı haxla, yemi saxla.

yazı sənin, dildə sənin söz sənin, yazac alıb öz yazıvı özün yaz, qazac alıb yatlağ sinin özün qaz.

yazı varsa, azı yox. (yazıdan azı yox).

yazı yazan özünsən, əkdiyivi biçərsən.

yazı yazan özünsən, əkdiyivi biçərsən.

yazı yazmaz birin güllüyə, bir obirin küllüyə. (yazı: qədər).

yazı yazmaz birin güllüyə, bir obirin küllüyə. (yazı: qədər).

yazıda böri ulasa, evdə bağrı atın titrişər (datrışar, dartışar).

yazıdan, azı yox.

yazıq görməz olmaz ər, bir yazıqla ölməz ər. (yazıq: günah. xəta).

yazıq tutulmadı, yanıq tutuldu. (yazıq: suçlu. günahçı. (yanıq: məzlum).

yazıq yararamaz keçmişinə deyəsən, yazıq odurki gəldiyin görmüyəsən. (yazıq : hayıf. təəssüf).

yazıq yararamaz keçmişinə deyəsən, yazıq odurki gəldiyin görmüyəsən. (yazıq: hayıf. təəssüf).

yazıqların biridə elə, yazıçıdır.

yazılan çəkilir, əkilən biçilir.

yazılı baş, yazıq baş. (yazılı baş, daşlı baş). (baş yazısına güvənən baş, üzük, əzik, kiçik qafalı baş olur). (bu söz kişiyə oyarı verir. öz əlindir yaradır səni, öz ayağın götürür səni. öz gözün, görkəzir səni. (kişi durarkən, kəndi yazısın, kəndiyi qazıq yazır. (durarkən: yaşırkən). (kəndiyi qazıq: özünə öz qələmi). (el ara bir söz gəzər. (-mənimki də belə gətiribdi). buna qarşı atalar deyir: - gətirməyib səninki belə, ''beləni'' bırax, bildiyin elə!. ).

yazılı gora girməz, görməyincə yazısın.

yazılı yazısın gördü, gora girdi.

yazılı yazısın görə gərək, görməsə sinə (gora) necə girə.

yazılmadan yazı öndən oxunmaz. -kimin ilkini kimin songünü. (yaşam dolu gözlənməz). (gözlənməz: sürpiriz).

yazılmayan atım yox, yanılmayan bilim yox. (atılmayan ox yazılmaz (sapmaz), oxunmayan yazı yozulmaz).

yazın ayransız, qışın yorqansız olmasın.

yazın ayransız, qışın yorqansız olmasın.

yazın ayransız, qışın yorqansız olmasın.

yazın başın pişməsə, qışın qazan qaynamaz.

yazın gözü yaydadır, yayın gözü güzdər, güzün gözü, əkəndə. (güz: payız).

yazın günü qışın qazan qaynadır.

yazın işi, qışın qarın əridər (yaşın qurudar).

yazın şehi, qışın qarı yaşam (həyat) barı.

yazın uçmaq (yaz cənnətdi), qışın tamu (qış cəhənnəm), yarağın gör.

yazın uçmaq, qışın tamu yarağın gör. (yaz cənnətdi, qış cəhənnəm bunu bil yaraqlan).

yazın yağışı, yayın barışı (bar verməsi).

yazın yatan qışın üşür. (qışın: qışay. qış fəsli). (üşüyən yatamaz).

yazın yatmış qış ağlarmış.

yazın yaylarlar yaylağını, qışın qışlarlar qışlarını. (yazın yazlardı yaylağını, qışın qışlardı qışlağını).

yazını yazan, yavuz. (baxtı cızan, götvərən).

yazıtdan sevgiyə yetməmiş ömür, sevənlər sevdiyin sevərək ölür. (yazıtdan: əzəldən). (yetməmiş: görməmiş. kafi gəlməmiş). (sevərək ölür: sevvgidən doymamış ölür).

yazıya düşdüyündən qaçınmaz.

yazıya qazı yok. (yazını dəğişmək olmaz). (keçəcək uğra söylənən söz). (keçmişi, olmuşu, olub bitmişi dəğişmək olmaz).

yazıya qazı yok. (yazını dəğişmək olmaz). (keçəcək uğra söylənən söz). (keçmişi, olmuşu, olub bitmişi dəğişmək olmaz).

yazıya, əyri oxuyanlar girir.

yazmadan yazar olmaz, gəzmədən gəzər olmaz, qazmadan qazar olmaq.

yazmağa dəğər işlər, oxuşa dəğər yazılar yarat.

yazmağa dəğər işlər, oxuşa dəğər yazılar yarat.

yazmamış, atım (ovçu) olmaz, yanılmaz, bilgə olmaz.

yazmaz atım olmaz, yanığmaz bilgə {çaşmaz (yahalmaz) ox, yanılmaz bilən (bilgin) olmaz}.

yazmaz atım olmaz, yanığmaz bilgə {çaşmaz (yahalmaz) ox, yanılmaz bilən (bilgin) olmaz}.

yazmaz atım yağmur, yanılmaz tanığ yanğu. kırıxmaz oxun yağmur, yanılmaz bilik yanğu: yağış oxlanan, atılan yerə düşər, yanğu (əksi səda. pejvak) həmməşə verilən səsə uyar.

yazmaz yanılmaz, yürüməz yozulmaz. (yazmaz yanılmaz, yürüməz yorulmaz).

yazmış başdan boşuna, baş yazısı adlanan şey bir nədir, hər kim gəlir kəndi yazır başyazısın başına.

ye, yedit, ayruğa (başqasına. yada) qoyma malın.

ye, yedit, ayruğa qoyma malın.

yeb doymadı yalab doysun!. (yeb: yeyib).

yeb doymağan, yalab doymaz.

yeddi dərə qoxuların tülkü bilir.

yeddi lələ baxtığı çocuğun, gözü çıxmış.

yeddi oğul bir dədə yerin, yüz tülkü bir aslan yerin verməz.

yeddi oğul bir dədə yerin, yüz tülkü bir aslan yerin verməz.

yeddi ölçüb, bir biçiblər (kəsiblər), yeddi deyib, bir eşidiblər.

yeddini atmaq olsaydı, beşliyi qurmağa navar. (navar: nə var). (tapmaca). (yeddi: yeddi biçikli ''unutmaq'' sözü). (beşlik: beş biçikli ''mutlu'' sözü).

yeddisindən yetmişinə dək. (uşaqlığından qocalığına dək).

yeddisindən yetmişinə qanmamış, səksənində gül açmaz.

yedik olsa, ər ağrımaz, içlik olsa, at yağrımaz. {başmaq olsa, ər inciməz, yəhərlik (yəhər altı keçə) olsa, at beli yaranlamaz}.

yedin duzun, duzluğun oğma (uşatma. sındırma).

yedit qonağı, yıxsın ocağı.

yeğit qonağ görsə, evdən çıxar, yerik qonağ görsə, evdən qaçar. (yeğit: kişi). (yerik: alçaq. kitos nakəs) (evdən çıxar: qarşı alar. qaşılamağa çıxar) (evdən qaçar: əkilər).

yeğlə oturar iyini tutar. (yeğlə: iyi ilə). (yaxcı ilə oturan, yaxcını seçər).

yeğniyi yel alır, ağır yerində qalır. (yeğni: yüngül).

yekə başım, dinc başım. (yekə otur, dinc otur). (yekə: tək).

yekə kişilər qorxaraq kiçilər.

yekə kişisin! bir düş başa!, dırnağın varsa, öz başın qaşa!.

yekə kişisin! bir düş başa!, dırnağın varsa, öz başın qaşa!.

yekəsin götür yorqanun, geninə uzat ayağun.

yel aparan yelindi, yerdə qalan elindi.

yel aparan yelindi, yerdə qalan elindi. (yel aparan yelindi, yerdə qalan mənimdi).

yel becərən, boran biçər. (yel ösdürən, boran osdurar (dərər). (ösdürən: becərən). (hər nə əksən əkinə, ondan çıxar tikənə).

yel belə әssə! balta belə kəssə! vay mənim halıma.

yel əkib dəğmə tüpən, dad bu gün keçdi dünən.

yel əkib dəğmə tüpən, dad bu gün keçdi dünən.

yel əsəndə arvadın başı titrər.

yel əsəndə yellənər, yol görəndə yollanar.

yel əsəndə yellənir. yol görəndə yollanır. (yel görür yellənir, yol görür yollanır).

yel əsib, qoz tökülüb.

yel əsincə dağılır maxda dağı. (maxda: paxda. pamıq. pambıq).

yel əsməklə yaşam yolu dəğişmir, hər yol ilə istəş amaş ərişmir.

yel əsməsə, budaq təprənməz.

yel əsməsin, söz dəğməsin: (ərköyül)..

yel əsməyincə dal qımılmaz. (qımılmaz: qımıldamaz).

yel əsməyincə dal qımılmaz. (qımılmaz: qımıldamaz).

yel əsməzsə yelkən tanqamaz.

yel əssə pişən tökülər.

yel əssə pişən tökülər.

yel gətrəni yel əkidər. (əkidər: aparar).

yel görür yellənir, yol görür yollanır.

yel olmasa dal əsməz.

yel olmasa yapraq belə qımımaz.

yel olmasa yelkənin var nəyivə, yelkən yoxsa yellənmədən sənə nə.

yel olmasa yelkənin var nəyivə, yelkən yoxsa yellənmədən sənə nə.

yel önünə düşən, yanılır.

yel öylə əsə, dəvə göydə gəzə, vay yerdəki keçinin halına.

yel təpər, yapraq əsər.

yel üfürdü, su köpürdü.

yel üfürər, sel süpürər.

yel vurur çalır, yengələr (ətəklər) oynayır. (yel vurur, yeləngələr oynayır).

yel vurur çalır, yengələr oynayır.

yel vurur, yeləngələr oynur.

yel yepələk, yelkən kürək.

yel yepələk, yelkən kürək.

yel, ələklə tutulmaz, söz, çomaqla yutulmaz. (sözü utmaq (sindirməyə, qanmağa, həzm edməyə) su gərəkdeyir, baş gərək).

yeldən boş (müfdə) nə tapasın.

yeldən gəlib yelə gedməz, heçdən gəlib heçə gedməz, necə gəlib elə gedməz, necə tutsan elə gedir.

yelə qayadan pay düşməz.

yelə qayadan pay düşməz. (yel qayadan nə aparar).

yelə tüpürən, üzündə yığar.

yeli qoğmuş qaçağu düşmüş elindən uzağa, nə bileymiş yadav eldə tapa bilməzdi duraq. (yadav: yad. qərib). (duraq: qərar).

yeli oda ver, suyu şora ver,.

yelin önünə düşən, yanılır.

yelin sirkə dadlı gələrmiş baldan. (yelin: müfdə).

yelinən gəldin, yelinən getmə.

yelinən yetər, odunan itər.

yelişsən yelilə, yolda qalırsın (yellənmə yellə, yolda qalırsın).

yelkən oldu yel gərək.

yelkəni kəttəni ancaqki aça güclü külək. (kəttəni: yekəni).

yelkəni sən kullamağı bilməsən, əsən yelər heçqaçansa suçlanmaz. (kullamağı: işlətməyi ).

yelkəni sən kullamağı bilməsən, əsən yelər heçqaçansa suçlanmaz. (kullamağı: işlətməyi ).

yellə gələn bitdi, yerdən gedən itdi. (kişi kəndi toprağında köklənib kök salmasa (köklənməsə), yad ellilər gəlib yiyə çıxar). (kişi kəndi kökün dansa, toprağ onu yadırqar, qərib sayar).

yellə gələn bitdi, yerdən keçən itdi.

yellə gələn yələ qalmaz, tutulmasa, enər başa. (yələ qalmaz: göydə qalmaz). (olaylara təpgi göstərilməsə, başa qaxınc olur, bəla olur). (təpgi göstərilməsə: tədbir qılınmsa).

yellə yarışma, selə qarışma. (yellə yarışma, sellə çalışma).

yellə yarışma, selə qarışma. (yellə yarışma, sellə çalışma).

yellə yarışma, sellə çalışma.

yellə yarışma, sellə çalışma.

yellə yelişdim yolda qaldım.

yellənirsə güclənər, suvarılsa ölsənər. (tapmaca). (od).

yelli ağız söylədiğin bilənməz.

yelli gedən, tez köçər. yelli qalxan, tez çökər. (köçər: keçər. gedər) (çökər: batar. düşər). (hızlı yanan, tez sönər). (yelli durma, yel alır).

yemə yarmat çörəyin, günün tapar başqa çalar. {yarmat: (yarmaz). namət}. :.

yemədən yaşam olmur, yeməklə yaşam dolmur.

yemədən yaşam olmur, yeməklə yaşam dolmur.

yemək içəmək təkliyində dadlıdır, kimlə ola dadı başqa adlıdır.

yemək içəmək təkliyində dadlıdır, kimlə ola dadı başqa adlıdır.

yemək istəyib yemək, acalıb yemək, biri şişirir, biri doyurur.

yemək olsa qazan tapılar, qazan olsa çömçə tapılar.

yemək yaxşıdır, bir kərə bizdə, bir kərə sizdə.

yeməkdə dosd olanı, iş başında yoxla.

yeməklə doymayan, görməklə doymaz.

yeməmiş on evə getmək olur, geyinməmiş bir evə yox.

yeməsən çəkin olmaz, əkməsən əkin olmaz. (çəkin : ağramın. ətin).

yeməsən çəkin olmaz, əkməsən əkin olmaz. (çəkin: ağramın. ətin).

yeməyə baxmaqla doymaq olmaz.

yeməyə yemin sıçmağa poxun, deməyə sözün gərək.

yeməyin dadı duzdu, sevginin dadı düzdi! (- düzdi ?).

yeməyin qoyun olsun, gördüyün düyün olsun.

yeməyin yalğız yeyən, yükün özü qaldırar.

yemirəm, işmirəm, vermirəm, yatmıram burda olmaz.

yemiş yavuz bir əldən min tapanca.

yemiş yetişər, yeyən yeyər.

yemiş, ağacdan uzağ düşməz.

yemişi acı, əkmə ağacı.

yemişin gördün ağacın at. (itginin yarısından qayıt).

yemişsiz ağaca daş atarlarmış.

yemsiz inək süt verməz, kəsməz qılıc kar verməz.

yemsiz torba, at gətirməz.

yendikə uyan, yenidən qorxar. (yendikə: adətə).

yendikin qoymaq, ağrıtın törər (kəsəlin törər): bir alışqanlığın tərki, ruhi kəsəllənməyə nədən olur.

yenə başqa dildə yazıb oxuşu, ulu tanrı götürsana bu qışı. (oraz).

yengə var qada alası, yengə var qada salası. (qada: bəla. yamanlıq). ( yengə: bir evdə qalan, bir evə düşüb qalan, oturan, anut (hazir) bulunan qız, xanım).

yengilərdən öğrəşən, qalxış yolun tez bilər. (yengilərdən: sınğılardan. şikəslərdən).

yeni baxcanın narısın, qırmızı güldən arısın.

yeni doğan, ötənləri almaşar. (almaşar: yerin tutar). (boğulmasa keçənlər, doğulmayır yenilər).

yeni süpürgə iyi süpürür.

yeni yenidi, yamalı yeni.

yeni yenidi, yamalı yeni. (yeni yenidi, yamalıda yeni).

yeni yollar keçmiş yolundan başlır.

yeni yollar keçmiş yolundan başlır.

yeni yön, daha yon. (yeni yollar, artıq çalışmalar (yonaqlar) istər).

yeni yön, daha yon. (yeni yollar, artıq çalışmalar (yonaqlar) istər).

yenicə gəlin, yerivi bəlin. (bəlin: tanı).

yeniği güdən, gözü toxlu olur. (yeniğ: həddəqəl. lap az).

yeniğu qadın quymağu, bollu ballı yağlayu. (yeniğu. zahı. yeni yenmiş, doğmuş qadın).

yenilməkdən bayağı, tovlanmaqdan ağır nərsə yox. (yenilməkdən: sınmaqdan. şikəs yeməkdən). (bayağı: normal. təbii. məmuli). (tovlanmaqdan: aldanmaqdan).

yenini görüb sapşırma, əsgini görüb ərinmə (üzülmə). (sapşınmaq: heyrətdə qalmaq).

yenini görüb sapşırma, əsgini görüb ərinmə (üzülmə). (sapşınmaq: heyrətdə qalmaq).

yenini görüb sapşırma, əsgini görüb ərinmə (üzülmə). (sapşınmaq: heyrətdə qalmaq).

yenini görüb sapşırma, əsgini görüb ərinmə (üzülmə). (sapşınmaq: heyrətdə qalmaq).

yenini qurmağa yarış, eskini yıxmağa çalış.

yeninin dadı, əskinin adı.

yeniş yoxuşsuz yol yox.

yeniş yoxuşsuz yol yox.

yensiklərə yar olan, düşüklərə qol tutan. (yensik:yencik. encik. ensik. solamıq. yoxsul. kasıb. fəqir).

yer basruqı dağ, boy basrıqı bəy.

yer dəğərin oturandan alır.

yer doymasa, ər doymaz. (yer işləyib əkməklə doyar).

yer əkən buğdasın güdər, saman özün yetirər.

yer qatı batmaq zor, göy uzaq çatmaq zor. (yerlə göy arasında qalmaq).

yer qatı batmaq zor, göy uzaq çatmaq zor. (yerlə göy arasında qalmaq).

yer qatıqsa, öküz öküzdən görər.

yer salırsa ürəkdə yaman, yeğlər yurdu bulanmaz aman. (iyiləri könlə almaq üçün, kötüləri ordan qoğmalısın).

yer tuturu darlı genlik könüldə, yaxcı kötü beyində, göyçək çirkin gözündə.

yer üzündə, göy üzündə doğruluq yoxdur, kişi üçün doğru tutmaq, qılınır, yaşmaq vardır.

yer var itin hürgəni, yer var itin hürməzi!. (hürməzi: səssizi).

yer var sınmamaq üçün əğilməlisən. (sınmaqdansa əğil).

yer vardıki igid düşman qanından içər, çağı irsə cinqo kasa al boza.

yeralma soğan badımcan, səni sevərəm doyuncan.

yeralması, alma dadımaz.

yerdə pulu, göydə tanrını unutma.

yerdə yıldızın olsa, göydə ulduzun tapılar. (yıldızın: kökün. rişən).

yerdən tapdın sanab al, qapın çaldı, tanab aç.

yerdən tapsan sanab al, söz bilməsən dinməz.

yerdən tapsan sanap al.

yerdən yerə güp düzlər, bir birinə bənd edələr, atdan birin çəkələr, gəl onda gör, guppa gup.

yerdә toyuqla gəzən göydə bürküt olanmaz. (bürküt: qartal).

yerə düşən göydəndir.

yerə düşən gül olar, oda düşən kül.

Yeri gələndə hamı öz sözünün göyçəyini deyər. (Araz Gunduz).

yeri güz sür, güz sürmədin yüz sür. (yem acanda, iş çağında gərək).

yeri işləyib tuxumla, sözü becərib yorumla.

yerikləməz çatılmaz, könül yoxsa atılmaz. (yerikləməz: istəməzsə. həvəs edməsə. meyillənməsə) (atılmaz: təşəbbüs edmək).

yerikmə hər görüngə. (yerikmə: yerikləmə. istənmə. həvəslənmə. meyillənmə). (görüngə: gözəlliyə).

yerimək bilək, qaçmaq borcumuz.

yerimәdәn yügürmə, düzətmədən uçurma.

yerin batlaq, dözüm olmaz batarsan, basda ayaq, çırpın çaba qalxarsan. (bu evrəni işləyənlər apardı).

yerin verən oyun itirər. (ornun verən oyun itirərş).

yerində olursa baş, ayağa dəyməz daş.

yerində söz söyləsən, ötünüşməyə yer qalmaz. (ötünüşməyə: üzr istəməyə).

yerini bilməyən, yersiz qalar.

yerişin bilməyən tez gec yıxılar.

yeriyən axmaq, yatan ağıllıdan yeğdir.

yeriyən ayağ, büdürər. (yeriyən, büdürər).

yeriyən çatmış, yatan qalmış.

yeriyən yol alar, yeriməyən yolda qalar.

yeriyən, büdürər.

yeriyən, öz dabanın güdməz.

yeriyən, yetir, izləyən, çatır.

yerkökün çıxartsan, yer nəyin üstə dayanar.

yerqurdu olub sürünmə, qurd olban dağudan, baş yoluban yağudan.

yerli doğşan, yerli it.

yerli dovşanı, yerli tazı tutar.

yerli söz yerin tapar, yersiz söz, yiyəsin.

yersiz el yetim, elsiz yer yetim.

yersiz ensə, yerli qaçar. (yersiz gəldi, yerli qaç).

yersiz əkin olmaz, dilsiz, elin.

yersiz gəldi, yerli qaç.

yersiz qərib olmaz, qəribsiz yer olmaz.

yersiz oyun, boyun pozur. (yersiz oyun, sındırar boyun).

yersiz sevgi yer edsə, yerli sevgi qaçarmış.

yersiz söz, ağızdan çıxar, yersiz yeriş, adamı yıxar.

yesən qayğının minin, bitirməz işin birin.

yesinə baxar, at kişnər. (yesinə: yiyəsinə).

yeşikləri çöndələn yığsan, yer olur, sözü çöndələn desən söz olur.(yeşikləri: yükləri. şey şüyi).(çöndələn: yanaki.yanı üsdə.mayil).

yeşikləri çöndələn yığsan, yer olur, sözü çöndələn desən söz olur. (yeşikləri: yükləri. şey şüyi). (çöndələn: yanaki. yanı üsdə. mayil).

yetdidi, birin demərəm, beşin bilmərəm, birin unutdum.

yetdim dedin, yıxılma, doldum dedin, tökülmə.

yeter artıq olma maşa, maşa isən, əğik yaşa, türksən qoyun olamazsın, türküm diyən olur paşa. (əğik: (tabe'. müti'). kölə. qul).

yetən yemiş, sapda durmaz, söz dinləməz adam olmaz.

yetənə yetir, yetməyənə daş atır. (dəyənə dəyir, dəymədiyə daş atır).

yetənə, bir baş, yetməzə, bir daş. (baş: kəllə).

yetənəyin, bacarığın bilmək, əl çatmaza ulanmaqdır. (yetənəyin: yetikliyin: səlahiyyətin). (bilmək: tapmaq. dərk edmək). (ulanmaqdır: yetişmək).

yetər artıq, demə artıq, yaşın sürər, çağın yetər.

yetər baş al yola sən, çatmaz başa tələsən. (baş al: başla ).

yetər baş al yola sən, çatmaz başa tələsən. (baş al: başla ).

yetər biri avğın ola, yaşamla gəlişmək olar. (avğın: gönən. doyğun. qan'). (gəlişmək: razılaşmaq).

yetər ki min qanan qalsın, analıq dilin ansın. (ansın: unutmasın). (min qanac, alqılı, şuur gücü olan, milyonların işin görər!).

yetərki güləsən gözəllikləri doğsun.

yetərsizlik başlarda yetərlilik başımda, qovuşursa bir yerə, çatar işim göylərə.. (bir kəsin işinin uvatlığı, umatlığı başqalarının yavatlığındanda etgilənir). (oyaq biri, yuxuda biri, aparar iti).

yetgən qıza çörək verən çox olar. (yetgən: olqun. yetişmiş).

yetgən qıza çörək verən çox olar. (yetgən: olqun. yetişmiş).

yetgin olan, bilgin olar, öz əsgiyin iyi bilər.

yetim asqırar, özü özünə sağlıq deyər.

yetim aşı yarma köçə, oda pişər yarı gecə.

yetim dəğər bilirsə, sudan kərə çıxarram. (dəğər: qədir).

yetim gözü ac olur.

yetim gözü çömçədə, yartı gözü omçada, oğru gözü olçada. (omça: kündə). (yartı: odunçu) (olça: qənimət).

yetim qoduq söyüşgən, dul arvadlar deyişgən.

yetimdə ut duranmaz, utsuzda üz qızrmaz. (ut : utanış. utanma. həya).

yetimə ağlamaq öğrətməzlər.

yetimə baxsan, betinə durar. (betinə: üz).

yetimə baxsan, betinə durar. (betinə: üzünə).

yetimə bir tikə ver, ikincisin özü götər. (götər: götürər).

yetimə çörək verən az olar, hamamamda can can deyən çox olar.

yetimin bağrı yağ bağlamaz.

yetimin hamamda, atası çox olar.

yetimin nə hayın gör, nə vayın.

yetinən yetdi, yetmiyən itdi.

yetinməyən dağa çıxdı. (yetinməyən yola çıxar).

yetişdi qız, ərə bardır, yetişsə ər, qıza bardır.

yetişər gülün, tapun olsa dərirsin, sağ olsun başın, gəlsə başa çəkirsin. (


Yüklə 5,82 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin