buğa yoxdu, dana bəy.
buğaya buynuz yük değil.
buğda biçilir, xırman savrılır, saman ayrılır, dənə yığılır.
buğda əkən, arpa dəğmədi, sapıq gedən barça ərmədi. (barça: barçqa. məqsədə. mənzilə).
buğda əksən dərisən buğdanı, xərmən sürsən, ondan qalı samanı.
buğda əksən unu var, hər nə biçsən donu var.
buğda haylab arpa satan qozuqçu. (haylab: carlab). (qozuqçu: haramzada).
buğda qatında, sarqac sulanır.
- buğda suvandığda, ot alağda onunla suvanır.
buğda yanında otda sulanır.
buğda qatında, sarqaç sulanır.
- buğda suvandıqda, ot alağda onunla suvarılır.
buğda qıltıqsız, toy çiltiksiz olmaz. (qıltıqsız: qılcıqsız).
Dostları ilə paylaş: |