Ајәтуллаһ Мисбаһ Јәзди


Tiraj:.................................................................3000



Yüklə 2,8 Mb.
səhifə2/289
tarix10.01.2022
ölçüsü2,8 Mb.
#106744
1   2   3   4   5   6   7   8   9   ...   289
Tiraj:.................................................................3000

Çap növbəsi:..............................................Birinci

Çap tarixi:.......................................................2006

964-5934-73-7

MÜQƏDDİMƏ

Əsaslı əqidə və düşüncələr agahlıq üzündən olub-olmamasına baxmayaraq hər cür dəyər sisteminin əsasını, mütəşəkkil bir ideologiyanın bünövrəsini təşkil edir və insanların rəftar, davranış və əməllərinin formalaşmasına əsaslı təsir qoyur. Buna görə də islami rəftar və dəyərlərin bərqərar edilib möhkəmlənməsi üçün bərəkətli və güclü islam ağacının kökünü təşkil edən əqidə üsulları insanların qəlbində möhkəm yer tutmalıdır ki, onun ürək oxşayan şirin meyvələri həmişə çiçək açsın və insanın hər iki dünyadakı səadət və xoşbəxtliyini təmin etsin.

Buna görə də islam alimləri dinimizin yarandığı ilk dövrlərdən etibarən əqidə üsullarını müxtəlif şəkillərdə və müxtəlif üslublarla bəyan etmiş, kəlam alimləri (teoloqlar) müxtəlif səviyyələrə uyğun kitablar yazmışlar. Müasir dövrdə də hər gün zahir olan yeni-yeni şübhələri nəzərə almaqla müxtəlif əqidə kitabları yazılmış və hamının istifadəsinə verilmişdir. Bu kitablar bir-biri ilə tamamiilə fərqli olan iki səviyyədə yazılmışdır. Onların bəziləri sadə bəyanlarla və ümumi səviyyədə olur, çoxlu izahlar verilir, digəri isə çox mürəkkəb bəyanlar, ağır ifadələr və elmi istilahlarla yalnız mütəxəssislər səviyyəsində yazılır.

Buna görə də orta səviyyədə tədris olunacaq kitabların yerində boşluq hiss olunur. Çoxdan bəri dini mədrəsələrdə belə bir dərsliyə çox ehtiyac duyulur.

Buna görə də islam təbliğat təşkilatının möhtərəm məsullarının təklifi və “Haqq yolunda” müəssisəsinin fəzilətli alimlərindən bir qrupunun köməyi ilə əlinizdəki kitab yazıldı. Kitab aşağıdakı xüsusiyyətlərə malikdir:

1. Səy göstərilmişdir ki, kitabın mətləbləri məntiqi tərtib üzrə tənzim olunsun və məsələlərin bəyan olunması mümkün qədər sonraya saxlanılmasın.

2. İmkan olduqca sadə və aydın ifadələrdən istifadə edilməyə səy olunmuşdur.

3. Hər hansı bir mətləbin isbat edilməsi üçün nisbətən möhkəm, aydın və az dəlillərdən istifadə etməyə səy olunmuşdur.

4. Tələbələrin ruhən yorulmasına səbəb olan əlavə izahatlardan imtina edilmiş, mətləblər xülasə və qısa şəkildə bəyan edilmişdir.

5. Bu kitabın orta səviyyəli tələbələr üçün tədris olunması nəzərdə tutulduğundan, fəlsəfə, təfsir, yaxud fiqh elmlərindən müəyyən qədər məlumatlı olmağı tələb edən bir çox mürəkkəb və dərin sübutların gətirilməsindən çəkinilmişdir. Zəruri hallarda lazım olan müqəddimələri bəyan etməklə kifayətlənilmiş və məsələnin başqa yönlərinin araşdırılıb təkmil edilməsi başqa kitablara həvalə edilmişdir ki, tələbələrdə təhqiq və təhsilin davam etdirilməsinə olan maraq sönməsin.

6. Kitab ayrı-ayrı dərslərə bölünmüş və təqribən bir dərs saatına lazım olan mətləblər bir dərs adı altında müəyyən olunmuşdur.

7. Bəzi dərslərin mühüm məsələləri və incə nöqtələri gələcək dərslərdə təkidli şəkildə, bəzən də yığcam şəkildə təkrar olunur ki, tələbələrin zehnində daha yaxşı yer alsın.

8. Hər dərsin sonunda dərsin daha yaxşı öyrənilməsinə kömək edəcək suallar tərtib olunmuşdur.

Şübhəsiz, bu kitabda zəif nöqtələr ola bilər. Ümidvarıq ki, möhtərəm ustadların təklif və tənqidlərindən istifadə edərək onların bəziləri sonrakı çaplarda islah olunacaq.

Ümidvarıq ki, bu kiçik xidmət həzrəti Vəliyyi Əsrin (ərvahuna fədah və əccələllahu fərəcəhuş-şərif) müqqəddəs hüzurunda qəbul olunsun və bizim elmiyyə hövzələri və yüksək məqamlı şəhidlər qarşısındakı vəzifələrimizin bir qisminin yerinə yetirilməsi istiqamətində müəyyən bir addım kimi qiymətləndirilsin.




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   289




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin