Ağaverdi XƏLİl türk xalqlarinin yaz bayramlari



Yüklə 0,6 Mb.
səhifə17/55
tarix01.01.2022
ölçüsü0,6 Mb.
#103163
1   ...   13   14   15   16   17   18   19   20   ...   55
Türkiyənin Cənub Şərqi Anadolu bölgəsində Qaziantep və onun ətrafında 22 mart gününə “Sultan Novruz” adı verilib. Bu bölgədə, eləcə də, Qarsda Azərbaycanda olduğu kimi, qapı pusma, baca-baca adətləri yaşadılır(50).

Türkiyədə yaz bayramı həm Novruzda, həm də Hıdırellezdə qeyd olunur.Novruz daha çox Anadolu sahəsində yayğındır.Hıdırellez ise Türkiyədə ən geniş yayılmış yaz mövsüm mərasimidir.Novruz martın 21-də, Hıdırellez isə may ayının 6-da bayram edilir.Azərbaycanda fevral ayında keçirilən Xıdır Nəbi mərasiminin Hıdırelleze müəyyən bənzərliyi olsa da, fərqli xüsusiyyətləri də vardır.Xıdır Nəbi qışın ortasında, Xıdırellez ise yazın ortasında keçirilir. Mərasimin mövsümlə əlaqəsindən belə anlaşılır ki, bunlardan biri qışın yola salınmasına göstərilən sakral ritual dəstəyi, digəri isə yazın gəlişinin təntənəsidir.Birincidə misteriya, ikincidə isə karnavallıq aparıcı mövqedədir.

Əski türk mövsüm mərasimlərindən biri olan Hıdırellez bayramı hər il yazda, may ayının beşindən altısına keçən gecə keçirilir. Novruza bənzər xüsusiyyətləri vardır. Eyni zamanda digər türk xalqlarında müşahidə etdiyimiz mövsüm mərasimləri ilə ortaq cəhətləri də kifayət qədərdir. Türk və islam mifologiyasında xüsusi bir yeri olan Xızır obrazı özündə əski ritual və inancların izlərini saxlamışdır. Qışın bitib baharın gəlməsi mövsüm mərasimi olaraq qeyd edilməkdədir. Burada Xızır baharı simvolizə edir. Bu bayramda insanlar müxtəlif törənlər təşkil edər, müxtəlif ayinlər icra edərlər. İslam inancına görə Xızır haqq vergisi almış şəxsiyyətdir. Tanrı tərəfindən müsəlmanlığı qorumaq vəzifəsi verilmişdir. İstənilən zaman zühur edə bilən mübarək bir şəxsiyyətdir. Rəvayətə görə, Xızır ilə İlyas qardaş və ya dostdur. Xızırın ab-i həyat suyu içərək ölümsüzlük qazanması söylənilir. Əsas vəzifəsi darda qalanlara yardım etmək, yaxşılıq etmək, təbiətin yaşıllanmasını tə`min etmək, bolluq, bərəkət, qismət və sağlamlıq verən bir vəlidir, kəramət sahibidir. Xidirellez bayramının da əsas xarakterini bu xüsusiyyətlər müəyyənləşdirir. Xızır ən`ənəsində mərasimlərin keçirildiyi günə ümumi olaraq Ruzi-Xızır və ya Xıdırellez adı verilmişdir. Ruzi-Xızır və Ruzi Qasım deyə iki mövsümə ayıran təqvim mə`lumatları Ruzi Xızırı yaz mövsümünün başlanğıcı sayıb 6 maydan 8 noyabra qədər davam edən müddəti 186 günlük bir dövrü əhatə etdiyi bildirilir. Rumi 23 aprelə təsadüf edən bu tarix indi də işlətdiyimiz miladi təqvimlə 6 maya uyğun gəlir. İlin 9 noyabrdan 5 maya qədər olan hissəsi isə Ruz-i Qasım isə qış mövsümünü bildirir.179 gün olan bu dönəmə Qasım günləri də deyilir.

Xıdırellez hazırlıqlarına bir həftə öncədən başlanılır. Evlərdə təmizlik işləri görülür, yeməklər hazırlanır. Hər kənddə Xıdırellez şənliklərinin keçirildiyi mə`lum bir yer olur. Bu yerin suyu, ağacı olan geniş bir yer olması lazımdır. Əsasən böyük ağaclar, müqəddəs sayılan bulaq başı seçilir. Xıdırellez günü oğlaqlar, quzular kəsilir. Bayramdan bir gün öncə sağmal heyvanı olmayan ailələrə süd paylanır. Xüsusilə, süddən börək və sütlaç hazırlanır. Hazırlanan yeməklərin çoxu xəmir yeməkləri olur. Bunlara börək, yumurta, peksimet, pogaça, kolaç, kalburüstü aiddir. Eyni zamanda qarğıdalı bişirilir, noxudlu çörək hazırlanır. Xıdıellezden bir gün əvvəl axşam kənddə olanlar Xıdırellezə çağırılır. Bu bayramın da Novruz kimi bir sıra mərasimləri, inancları və oyunları vardır. Ayrıca olaraq, fevral ayının ortalarında Anadolu ələviləri Xızır cəmi mərasimi keçirirlər. Naxçıvanda fevral ayında Xıdır (və ya Xıdır Nəbi) bayramı keçirilir. Xıdır bayramında əsasən un məhsullarından xəmir xörəkləri hazırlanır. Xıdır bayramında Xıdır Nəbini çağırmaq mərasimi də keçirilir.




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin