Ağaverdi XƏLİl türk xalqlarinin yaz bayramlari


Kalmıklarda yazın ilk ayı keçirilən mərasim “Çaqan sar



Yüklə 0,6 Mb.
səhifə22/55
tarix01.01.2022
ölçüsü0,6 Mb.
#103163
1   ...   18   19   20   21   22   23   24   25   ...   55
Kalmıklarda yazın ilk ayı keçirilən mərasim “Çaqan sar”dır. Kalmık dilində bunun mənası “ağ ay” deməkdir.

Hazırda İranda Novruz 13 gündə qeyd olunur. Zərdüştliyi davam etdirənlər yeni ili 5 gün qeyd edirlər, altıncı günü isə Böyük Novruzu (Novruz-e bozorq) Zərdüştün doğulduğu gün hesab edirlər. İranda Novruzdan öncəki çərşənbədən bayram başlanır. Bu “Çərşənbe suri” (Od çərşənbəsi)dir.

Kəhrizyekəndə Novruz bayramına “Əmir bayramı” da deyirlər. Bildiyimizə görə Həzrəti – Əli əleyhüssəlam novruz bayramında taxta çıxmışdır. Beləliklə, bu bayrama məzhəbi rəng verərək onu mühafizəkar adamların etirazlarından qorumuşlar.

“Novruz” kəlməsi müxtəlif anlamlarda yozulub. O cümlədən Novruz kişilərə qoyulan adlardandır. Habelə Novruz gül adıdır. Yazın ilk günlərində qar əriməyə başladıqda, hələ başqa otlar, güllər göyərməmişdən təpələrdə, dağlarda ərimiş qar arasından özünü eşiyə atmış, bir ağ saqəli, göy rəngli, tək güllü, balaca və zərif bir gülün adına da Novruzgülü deyirlər.


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin