Ağaverdi XƏLİl türk xalqlarinin yaz bayramlari



Yüklə 0,6 Mb.
səhifə24/55
tarix01.01.2022
ölçüsü0,6 Mb.
#103163
1   ...   20   21   22   23   24   25   26   27   ...   55
Tacikistanda Novruz martın əvvəlindən, 21 mart günlərinəcən, baharın gəlişini və təbiətin canlanmasını qarşılamaq məqsədilə qeyd edilir. Adətə görə süfrəyə qoyulan süd təmizliyi, şirniyyat yaşama sevincini, şəkər sərinlik və istirahəti, şam atəşə sitayişi, daraq qadının gözəlliyini təmsil edir. İslam dövründən sonra bunların yerini əsasən “Ş” ilə başlayan 7 nemət əvəz edir. Uşaqlar qapı döyüb bayram payı istəyir, ancaq gizlənmirlər. Onlar yaz çiçəklərindən dərib yığır, qapıları döyüb, evsahiblərinə çiçəklərdən hədiyyə edirlər. Ev sahibi isə onlara konfet, yumurta, ya da pul verir (50).

Əfqanıstanda Novruz şənliklərinin mərkəzi Məzari-Şərif şəhəridir. İnsanlar müqəddəs ziyarətgah sayılan bu şəhərə toplaşır, xüsusi mərasimlər, şənliklər təşkil olunur. Novruzda Məzari-Şərifdə müxtəlif oyunlar, yarışmalar da olur;xoruz döyüşdürürlər, it boğuşdururlar və s. Süfrəyə gətirilən yeddi meyvə qurusundan-ərik, fıstıq, iydə, badam, qoz və quru üzümdən hazırlanmış “Həft meyvə”, Novruz külçəsi adlı xüsusi qurabiyə, qızardılımış balıq Novruz yeməklərinə aiddir. Smanak adlı xüsusi şirniyyatı isə qadınlar gecələr xüsusi nəğmələr oxuyaraq bişirirlər. Bayram günü hamı yeni paltarlarını geyir, yaxınlarına qonaq gedir, dünyadan köçmüş əzizlərinin məzarlarını ziyarət edirlər. Güləş, oğlaq və çərpələng uçurtma oyunları bayramın yaddaqalan mərasimlərindəndir. Bu yarışmaların mövsümü Novruzla başlayır. Sonra 3-4 ay davam edir (50).

Müqayisə üçün qeyd edək ki, slavyanlarda keçirilən “Maslennitsa” fevralın ikinci yarısından martın birinci yarısınadək olan dövrdə keçirilir. Qışın yola salınması, yazın qarşılanması bayramıdır. Bayram bazar günləri və ya birinci günü keçirilir. Bu bayramda ev-eşik təmizlənir, bayram yeməkləri hazırlanır. Bayram yeməkləri içərisində ağartı məhsulları üstünlük təşkil edir.Bilinçik bişirilir.

Yaz mövsümündə keçirilən mərasimlərdə biri də “Pasxa”dır. Burada xalq aqrar- magik hərəkətləri Pasxa mıərasimi içərisində kilsə ritualı ilə örtülmüşdür. Pasxadan əvvəl 7 həftəlik Böyük post gəlir. Bu müddətdə ət yeməkləri yeyilmir və axşamlar kilsəyə gedilir.


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin