Ağaverdi XƏLİl türk xalqlarinin yaz bayramlari



Yüklə 0,6 Mb.
səhifə33/55
tarix01.01.2022
ölçüsü0,6 Mb.
#103163
1   ...   29   30   31   32   33   34   35   36   ...   55
İnanclar:

İlk çərşənbədən başlayaraq qonşuya axşamcağı ələk, maya od verilməz. Zərurət olanda istəyə gələnin başınnan örpəyini götürüb sonra verərdilər.

Su çərşənbəsində yas yerinə, hüzrə, qəbirüstə getməz evi əvvəlcə təmizləyərlər. Çünki çərşənbədə evə süpürgə çəkmək olmaz(64,161).
Ata deyimləri:

“Suda boğulan ağlamaqla yox,çapalamaqla xeyir tapar.

Suyun lal axanı,adamın yerə baxanı.

Su bir yerdə qalanda iylənər.

Su axdığı yerdən bir də axar.

Suda boğulan saman çöpündən yapışar.

Su bardağı suda sınar.

Su murdarlıq götürməz”(62,16).


İnanclar:

“Süfrəyə su dağılması aydınlıqdı.

Su içən adamı qəfil vurmazlar.

Su içən adamı danışdırmazlar.

Lal axan sudan keçməzlər.

Yuxuda su görmək aydınlıqdı.

Səfərə çıxan adamın arxasınca su atarlar.

Odu su ilə söndürmək günahdır(62,16).”



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin