Ağayev Samir



Yüklə 1,34 Mb.
səhifə156/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   152   153   154   155   156   157   158   159   ...   162
35 Qard al – Hasan. Xeyriyyə məqsədli verilən borclar. Maliyyə terminalogiyasında isə faizsiz borc kimi də qələmə verilir.

36 Qiyas. İslam Hüquq elmində əsas hökm mənbələrinə aparılan analogiyadır. Şəriət tərəfindən belə hüquq alimlərə verilir.

37 Ribavi. Riba cəlb olunan əməliyyatlar və maliyyə alətləridir.

38 Salam. Satıcının məhsulu nəğd ödəniş qarşılığında gələcəkdə müəyyən olunmuş bir tarixdə alıcıya çatdırmasını nəzərdə tutan satış növüdür. Bu zaman mal əvvəlcədən mövcud olmur. Salam adətən kənd təsərrufatı məhsullarının maliyyələşdirilməsi üçün istifadə olunur.

39 Sukuk. Hər hansı bir aktivdə mülkiyyət hüququna əsaslan, istiqrazlara İslami alternativ hesab olunan xüsusi qiymətli kağızlardır. Bu zaman sukuk sahibinin (investorlar) qazancı ənənəvi maliyyə sistemində olduğu kimi sabit faizdən yox, aktivin istifadəsi zamanı yaranan gəlirlərdən asılı olur. İslam Maliyyə Sistemində də geniş tətbiq olunan maliyyə alətidir. Sukukun müxtəlif növləri var. Sukuk həm pay bazisli, həm də borc bazisli ola bilər. Borc bazisli sukukların təkrar fond bazarlarında tranzaksiyası bütün alimlərin rəyinə və AAOIFI standartlarına əsasən qadağandır.

40 Takaful. “Zəmanət”, “təmin etmək” və ya “bir kəsin qayğısına qalmaq” mənalarını verən ərəb köklü kafala (və ya kəfələ) sözündən götürülüb, birgə qorunmaya və zəmanətə əsaslanır. Sığortanın İslami alternativi hesab edilir. Mexanizm olaraq Takaful, sığortalanan tərəflərin könüllü olaraq bir-birinə yardım məqsədilə, təhlükələrə və zərərlərə qarşı eyni fonda ödənişləri ilə reallaşır. Bu fond, müəyyənləşdirilmiş qonarar qarşlılığında takaful operatoru adlanan iştirakçı tərəfindən şəriətə müvafiq qaydada (riba, ğərar, qimar və maisirdən təcrid olunaraq) idarə olunur.


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin