Ağayev Samir


İslam İqtisadiyyatının Məqsədi və İslam Dövlətinin Funksiyaları



Yüklə 1,34 Mb.
səhifə23/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   19   20   21   22   23   24   25   26   ...   162
2.4 İslam İqtisadiyyatının Məqsədi və İslam Dövlətinin Funksiyaları
Beləliklə, bizdə İslam İqtisadi Modeli haqqında müəyyən təsəvvür yarandı. İndi isə İslam İqtisadiyyatının əsas məqsədini öyrənək. Başqa sistemlər kimi İslam İqtisadi Sisteminin də məqsədi bazar elementləri və fərdlərin azadlığı vasitəsilə resursların effektli və ədalətli bölgüsünü və beləliklə də sosial ədaləti təmin etməkdir. Sosial ədalət İslam İqtisadi Modelinin mərkəzində dayanır. İslam İqtisadiyyatının prinsiplərinin cəmiyyətdə tətbiqinin təminatçısı isə dövlətdir. Umer Chapra1 iqtisadiyyat və maliyyə sahəsində İslam dövlətinin məqsədlərini və funksiyalarını aşağıdakı kimi göstərir.

1 Kasıblığın aradan qaldırılması, qanunun qorunması, məşğulluğun təmin olunması və iqtisadi inkişafı təmin etmək

2 İqtisadi planlaşdırma

3 Sosial və iqtisadi ədaləti təmin etmək

4 Beynəlxalq münasibətləri təkmilləşdirmək və milli müdafiəni təmin etmək

Deməli aydın oldu ki, İslam İqtisadiyyatı da digər iqtisadi sistemlər kimi fərdlərin azad ticarət fəaliyyətinə icazə verir. Hətta bu fəaliyyət o qədər azaddır ki, şəriət, dövlətin qiymətlərə müdaxiləsini qadağan edir. Bu barədə hədislər də mövcuddur. Muhamməd peyğəmbər (ona və ailəsinə Allahın salamı olsun) hədisində qiymətlərə müdaxilələrlə əlaqəli bunları deyir: Şübhəsiz qiymətlərin ucuzlaşması və yüksəlməsi Allahın əlindədir. Mən yanımda heç kəsin haqqını daşımadan Allaha qovuşmaq istəyirəm. Buna oxşar başqa bir hədisdə isə peyğəmbər (ona və ailəsinə Allahın salamı olsun) belə bildirir: Qiymət qoyan, qıtlıq və bolluq yaradan, ruzi verən Allahdır. Allaha and içirəm ki, mən özümdən sizə heç nə verə bilmərəm. Mən ancaq xəzinədaram, işləri əmr olunduğum kimi görürəm. Verən isə Allahdır. Mən mal, can və qan xüsusunda heç kimsənin haqqını üzərimə keçirmədən Allaha qovuşmaq istəyirəm. (Mənbə: “Əbu Yusuf”, “İbn Macə, Ticarət 27”, “Əbu Davud, Buyu 49”, “Tirmizi, Buyu 73”).

İslam dünyasında nüfuzlu təşkilat olan İslam Fiqh Akademiyası da 1988 – ci ildə bazarda əməliyyatlarla (ticarətlə) bağlı aşağıdakı direktivləri müəyyənləşdirib.

1 Fərdlər qərar verməklə bağlı azad olmalıdılar

2 Mənfəət normasının müəyyənləşdirilməsində heç bir məhdudiyyət qoyulmamalıdır

3 Saxtakarlıq və aldatmaq qadağandır

4 Dövlət vahid qiymət siyasəti tətbiq edə bilməz, yalnız süni qiymət artımı, inhisarçılıq və s. kimi arzuolunmaz hallarda müdaxilə edə bilər.

İslam fərdlərə yaşayış vasitələri qazanmaq üçün şəriətin müəyyən etdiyi sərhədlər çərçivəsində azadlıq verib. Əgər bəzi fərdlər qazanmaq və ehtiyaclarını təmin etməyi bacarmırlarsa, Şəriət onların qohumları, qonşuları və s. üzərinə həmin fərdlərin minimal ehtiyaclarını qarşılamaq öhdəliyi qoyur. Amma bu hal da mümkün deyilsə, o zaman dövlət belə vətandaşlarını qorumalıdır. Peyğəmbər (ona və ailəsinə Allahın salamı olsun) də bildirib ki, imam öz vətandaşları üçün məsuldur.



Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin