Ağayev Samir


İslam Banklarında Şəriət Şurası



Yüklə 1,34 Mb.
səhifə57/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   53   54   55   56   57   58   59   60   ...   162
2.7 İslam Banklarında Şəriət Şurası
İslam Bankları əməliyyatlarının şəriətə müvafiq olub-olmamasını müəyyən etməli və yalnız şəriətə müvafiq (shariah – compliant) fəaliyyətləri həyata keçirməlidir. Bu məqsədlə İslam Banklarında xüsusi bir struktur - şəriət şurası (shariah board) fəaliyyət göstərir. Bu şurada yüksək səviyyəli kvalifikasiya olunmuş İslam alimləri və ekspertləri təmsil olunurlar. Banklar hər bir yeni layihə və ya bazara təqdim etmək istədikləri yeni məhsul haqqında həmin layihənin və məhsulun şəriətə müvafiq olub-olmaması barədə şəriət şurasından icazə alırlar. Göründüyü kimi, belə bir struktur ənənəvi bankçılıqda müşahidə olunmur. Şəriət ekspertlərinin sayı o qədər azdır ki, onlar bəzən 10 – 15 İslam Maliyyə İnstitutlarının şəriət şurasında təmsil olunurlar. Hətta qeyri – rəsmi məlumatlara görə Nizam Yacoubi adlı şəriət eksperti 80 – dən çox şəriət şurasında təmsil olunur. Lakin, 2007 – ci ildən etibarən Malaziyada şəriət ekspertlərinə İslam Bankçılığı, İslam Sığortası və İslam Kapital Bazarları sahələrində yalnız bir şəriət şurasında təmsil olunmağa icazə verilir. Həmçinin qeyd etmək lazımdır ki, şəriət şurası strukturu yalnız İslam Banklarında yox, o cümlədən digər İslam Maliyyə İnstitutlarında da təsis edilir.

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin