Ağayev Samir



Yüklə 1,34 Mb.
səhifə65/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   61   62   63   64   65   66   67   68   ...   162
4.1 Kredit riski
Ənənəvi bankçılıqda kredit riski verilən pul kreditinin geri qaytarılmaması ehtimalını nəzərdə tutur. İslam Bankçılığında isə kredit riski İcara (İslam Lizingi), Murabaha (bank hər hansı əmlakı satın alır sonra üzərinə rəsmi mənfəət normasını qoyaraq hissəli ödənişlə müştəriyə satır), Salam (satıcının məhsulu nəğd ödəniş qarşılığında gələcəkdə müəyyən olunmuş bir tarixdə alıcıya çatdırmasını nəzərdə tutan satış növüdür) və İstisna (Salamdan əsasən tikintisi tələb olunan məhsulların tranzaksiyası zamanı istifadə olunması ilə fərqlənir) əməliyyatları üzrə debitorların ödəniş etməmə ehtimalına əsaslanır.

Ənənəvi bankçılıqda Lizinq zamanı banklar müştərinin səliqəli ödəməsini təmin etmək məqsədilə gecikdirilən ödəmələrə görə cərimələr tətbiq edirlər. İslam bankçılığında tətbiq olunan cərimələr isə yalnız müştərinin gələcəkdə ödənişləri gecikdirməməsinə istiqamətlənib və bank bu cərimə məbləğlərini Mənfəət və Zərər Hesabatına yazmır, yəni bu cərimələri öz mənfəəti kimi tanımır. Çünki İslamda borcun həcminin artırılması riba olduğu üçün cərimədən gələn məbləğ qadağandır. Əvəzində banklar bu cərimə məbləğlərini xeyriyyə fondlarına ödəyirlər. Xülasə, İslam Bankları tərəfindən gecikdirilən ödəmələrə görə tətbiq olunan cərimələr gələcəkdə müştərilərin ödənişlərinə məsuliyyətli yanaşmama səbəbindən bankın likvidlik problemləri ilə üzləşmək risklərinin azaldılmasına xidmət edir. Likvidlik riski ilə bağlı məqamlar haqqında bir az sonra məlumat veriləcək.



Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin