Ağir iTKİ Şəhid Həsən Baqirinin (Qulamhüseyn Əfşurdinin) həyatı


Həsən Baqiri İmam Hüseynə (ə) xüsusi eşq bəsləyirdi. Əzadarlıq zamanı onun adı çəkiləndə ucadan ağlayırdı"



Yüklə 8,06 Mb.
səhifə35/43
tarix10.01.2022
ölçüsü8,06 Mb.
#110592
1   ...   31   32   33   34   35   36   37   38   ...   43
Həsən Baqiri İmam Hüseynə (ə) xüsusi eşq bəsləyirdi. Əzadarlıq zamanı onun adı çəkiləndə ucadan ağlayırdı".(Qeyd)1

Polkovnik Hüseyn Həsəni Sədi Həsən Baqirinin yaxınlarından idi. Müştərək Nəsr qərargahında işləyirdi, Fəthülmübin və Xürrəmşəhr qələbələrində böyük rolu olmuşdu. O, Vəlfəcr əməliyyatında Həsən Baqiri ilə əməkdaşlıq etməkdən ötrü müştərək Xatəmül-ənbiya qərargahına getmişdi.

"Vəlfəcr-hazırlıq əməliyyatında kəşfiyyat işləri Fəthülmübin və Beytülmüqəddəsdəki qədər deyildi. Həsən Baqiri kəşfiyyat işinin yüksək səviyyədə görülməsini istəyirdi, amma təəssüf ki, bölgənin müstəsna coğrafi şəraitinə görə buna imkan yox idi. Şəhadətindən bir gün öncə səhər çağı onun konteynerində bir saat söhbət etdik. Qərara gəldik ki, praktik müşahidəyə gedək. Bu zaman dedi ki, siz gedin, Eynxoşda işləyin, sonra kəşfiyyat nəticələrini araşdırıb bir qərara gələrik.

Qərara alındı ki, Həsən Baqiri ertəsi gün sübh çağı digər yoldaşlarla birgə kəşfiyyata getsin. Mən səhər saat 7-də Eynxoşa gedəndə Dezful tərəfdən bir toyotanın gəldiyini gördüm. Həsən idi. Üzü işıldayırdı. Onun üzünün nuru hələ də gözlərim önündədir. Onlar qərargaha kəşfiyyata getdilər, biz də Eynxoşa yollandıq. Günorta çağı ağa Baqiriyə nəsə olduğunu dedilər. Sonra xəbər gətirdilər ki, qəlpə dəyib. Bir müddətdən sonra isə şəhid olduğunu söylədilər. Həsənin şəhadət xəbəri o anda bizim üçün ən acı xəbər idi".(Qeyd)1

Fətulla Cəfəri də İmam Xomeyni ilə görüşə getməyib kəşfiyyat işlərinə kömək etmək üçün Həsən Baqiri ilə qaldı, amma tale elə gətirdi ki, hadisə günü onun yanında olmadı.

"Yanvarın 28-də qaranlıqda öz istehkamımızdan düşmənin Fövqi dağındakı mövqeyinə doğru yola düşdük. Düşmənin yaxınlığındakı bir təpənin arxasında dayandıq. Həsən Baqiri göydən çəkilmiş köhnə şəkillər və xəritələr üzərində oranın mövqeyini müəyyən etməyə çalışırdı. Məhəmməd Baqiri, Məcid Bəqayi, Əsgər Kazimi, Mürtəza Səffari və digər kəşfiyyat komandirləri də yanında idilər. Həsən düşmən mövqelərinə qədər hansı keçidi öyrənməli olduqlarını onlara tapşırırdı. Günorta azanı vaxtı Xatəmül-ənbiya qərargahına qayıtdıq. Qərara gəldik ki, ertəsi gün həmin bölgənin şərq bucağına gedək. Həsən gecə saat 12-yə qədər oyaq idi. Həmin qərargahda yatdım. Sübh azanından öncə Çənanədəki Tehran hamamına getdim. Hələ hava işıqlanmamış qərargaha qayıtdım. Orada Həsən Baqirinin kəşfiyyata getdiyini öyrəndim. Günorta qərargaha bir avtomobil gəldi. Sürücü ayaqyalın maşından enib korpus komandirlərinin müşahidə postunda raketlə vurulduqlarını söylədi. Tez hadisə yerinə getdik. Məhəmməd Baqiri onları geri gətirmişdi. Nəsr diviziyasının tibb məntəqəsinə getdik. Oradan da xəstəxanaya aparmışdılar. Xatəmül-ənbiya qərargahında Əli Şəmxaniyə Həsən Baqirinin şəhid olduğuna dair dəqiq xəbər verildi. Onun şəhid olduğuna inanmaq istəmirdik. Qərargah heyrət dolu sükuta qərq oldu. Cəbhələrin ən istedadlı, ən təsirli komandirinin aramızdan getdiyinə inana bilmirdik".(Qeyd)1

Həsən Baqirinin sürücüsü Qədirəli Qasimi müşahidə postuna gedəndə Həsəni yola salan və onun şəhid olduğunu Əli Şəmxaniyə xəbər verən adam idi.

"Həsən Baqiri həmin gecənin yarısına qədər qərargahın iclasında idi. İclasdan sonra onu bir toyota ilə Dezfula apardım. Orada ailəsinə bir ev tutmuşdu. Dedi ki, sübh azanından qabaq onu götürüm. Azana yaxın getdim, bir məsciddə namazımızı qılıb qərargaha yola düşdük. Səhərlər adətən, yolda bir qədər yatırdı. Bu dəfə isə əsla yatmadı. Qərargaha qədər mənimlə danışdı. Keçdiyimiz hər yerdən bir xatirə danışırdı. Misal üçün, Kərxə körpüsünə çatanda Fəthülmübin əməliyyatında baş verənləri söyləyirdi. Qərargaha çatanda mənə dedi: "Bizim günortaya qədər işimiz var, sən get, maşının işlərini gör".


Yüklə 8,06 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin