“ALİ-İmran” surəSİ (3-cü surə, 200 ayə)



Yüklə 2,46 Mb.
səhifə323/494
tarix05.01.2022
ölçüsü2,46 Mb.
#111027
1   ...   319   320   321   322   323   324   325   326   ...   494

Nöqtələr


◘Günahkar kafirlər şahidlər gətirilməmişdən öz günahlarını və fəsadlarını inkar edərlər. Onlar etdikləri işləri boyunlarından atıb deyərlər: «And olsun Allaha biz müşrik deyildik.»1 Amma elə ki, şahidlər həqiqəti söyləyərlər, artıq qaçmağa yer qalmaz.

◘Quran ayələrində günahkarların həsrət dolu arzuları belə bəyan olunur: Kaş torpaq olaydım. Kaş torpağa qatılaydım. Kaş filankəslə dost olmayaydım. Kaş dünyada düşüncə sahiblərindən olaydım. Kaş həmin ölümlə yox olmuş olaydım...


Bildirişlər


1. Peyğəmbər göstərişlərinə itaətsizlik Allaha küfr cərgəsində dayanır.

2. Qiyamət günü həsrət və arzu günüdür.

3. Qiyamət günü heç bir söz və mətləb gizli qalmaz.
43. ﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تَقْرَبُواْ الصَّلاَةَ وَأَنتُمْ سُكَارَى حَتَّىَ تَعْلَمُواْ مَا تَقُولُونَ وَلاَ جُنُبًا إِلاَّ عَابِرِي سَبِيلٍ حَتَّىَ تَغْتَسِلُواْ وَإِن كُنتُم مَّرْضَى أَوْ عَلَى سَفَرٍ أَوْ جَاء أَحَدٌ مِّنكُم مِّن الْغَآئِطِ أَوْ لاَمَسْتُمُ النِّسَاء فَلَمْ تَجِدُواْ مَاء فَتَيَمَّمُواْ صَعِيدًا طَيِّبًا فَامْسَحُواْ بِوُجُوهِكُمْ وَأَيْدِيكُمْ إِنَّ اللّهَ كَانَ عَفُوًّا غَفُورًا﴾

Ey iman gətirənlər! Məst halda namaza yaxınlaşmayın, o vaxta qədər ki, dediyinizi biləsiniz. Eləcə də, cünub halda (zəruri qüslü verməmiş) namaza yaxınlaşmayın. Qüsl edənədək yalnız (məsciddə dayanmadan) ötüb keçə bilərsiniz. Əgər xəstələnsəniz və ya səfərdə olsanız, ya da biriniz dərədən (ayaq yolundan) gəlsəniz, ya qadınlarla təmasda olsanız, (bu hallarda) su tapmasanız pak və xoşagələn yerə (torpağa) təyəmmüm edin. (İki ovcunuzu torpağa vurun), üzünüzə və əllərinizə məsh çəkin. Həqiqətən, Allah bağışlayan və mehribandır.”



Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   319   320   321   322   323   324   325   326   ...   494




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin