«ALİ-İmran» surəSİ



Yüklə 3,62 Mb.
səhifə22/61
tarix25.07.2018
ölçüsü3,62 Mb.
#57518
1   ...   18   19   20   21   22   23   24   25   ...   61

AYƏ 69:


﴿ وَدَّت طَّآئِفَةٌ مِّنْ أَهْلِ الْكِتَابِ لَوْ يُضِلُّونَكُمْ وَمَا يُضِلُّونَ إِلاَّ أَنفُسَهُمْ وَمَا يَشْعُرُونَ ﴾

TƏRCÜMƏ:


«Kitab əhlinin bir dəstəsi sizi azdırmaq istəyir, halbuki onlar özlərindən başqa heç kimi azdırmırlar (bunu) dərk () etmirlər (çünki, bu qəlbi ya əməli istəyin günahı onların özlərini yaxalayacaqdır)

TƏFSİR:


«Taifə» sözünün kökü «təvaf»dır. Yırtıcı heyvanların, qarətçilərin təhlükəsindən amanda qalmaq və həyatlarını davam etdirmək üçün yay-qış mövsümlərində kütləvi şəkildə bir yerdən digər yerə köçən camaata və dəstəyə “taifə” deyilir.

Bu ayədə və bundan sonrakı üç ayədə yadellilərin mədəni hücumları və onların ideoloji hiylələri bəyan olunur. Əvvəlcə bu ayədə onların ideoloji cəhətdən kinli olması bəyan edilir. Sonrakı ayələrdə isə onların inadkarlıq və küfrlərindən, yetmiş birinci ayədə haqqı bilə-bilə gizlətmək, haqqı öldürmək, yetmiş ikinci ayədə isə onların mədəni hücumunda bir mədəni taktikanın mövcudluğundan söhbət gedir. Bu da onların qaranlıq batinlərindən, inkarçılıq ruhiyyəsindən, haqqı gizlətmək üslublarından söz açır.



İNCƏ MƏTLƏBLƏR

1. Düşmən tərəfindən ehtimal verilən zərər və xəsarətlərdən amanda qalmaq üçün düşməni və onun istəklərini tanımaq lazımdır.

2. Başqalarını zəlalətə və azğınlığa çəkmək istəyənlər hiyləgərlik, nifaq, ikiüzlülük, kin-küdurət, töhmət və s. kimi günahlara mürtəkib olurlar.

3. İslam düşmənlərinin mənfur məqsədlərindən biri də müsəlmanlar arasında əxlaqi və ideoloji azğınlıqlar yaratmaq üçün məkirli planlar icra etməkdir.

4. Mühakimə yürüdərkən insafa riayət edilməlidir.

5. İdeoloji və mədəni hücumların vuracağı xəsarət ən böyük xətər və ən ağır təhlükədir; buna görə də ciddi xəbərdarlıq edilməlidir.



6. Müxaliflərin riyakarcasına izhar etdikləri fikirlərə, söylədikləri yağlı vədələrə etimad edilməməlidir. Çünki onlar həmişə sizin azğınlığa düşməyinizi istəyirlər.

AYƏ 70:


﴿ يَا أَهْلَ الْكِتَابِ لِمَ تَكْفُرُونَ بِآيَاتِ اللّهِ وَأَنتُمْ تَشْهَدُونَ ﴾

TƏRCÜMƏ:


«Ey kitab əhli, üçün Allahın (Tövrat İncildə Muhəmməd-səlləllahu əleyhi alihi səlləm-barəsində olan) ayələrinə kafir olursunuz, halbuki, özünüz şahidsiniz (bilirsiniz ki, həmin ayələr Allah tərəfindəndir)?!»

TƏFSİR:


Bu ayə bəlkə də Tövrat və İncildə kitab əhlinə Həzrət Məhəmmədin (s) məziyyətlərinə dair verilən müjdələri göstərir. Belə ki, kitab əhli o Həzrəti (s) öz övladlarını tanıdıqları kimi tanıyırdılar. Lakin özlərinin ictimai mövqelərini qoruyub-saxlamaq, maddi mənfətlərinə dəyə biləcək xəsarətin qarşısını almaq üçün bu ilahi nişanələrin hamısını görməməzliyə vurdular və inkar etdilər.

AYƏ 71:


﴿ يَا أَهْلَ الْكِتَابِ لِمَ تَلْبِسُونَ الْحَقَّ بِالْبَاطِلِ وَتَكْتُمُونَ الْحَقَّ وَأَنتُمْ تَعْلَمُونَ ﴾

TƏRCÜMƏ:


«Ey kitab əhli, üçün (həqiqətin olduğunu) bilə-bilə haqqı batilə qatışdıraraq onu şübhəli hala salır haqqı gizlədirsiniz (həqiqətin gizlin qalması üçün Tövrat İncilin ayələrini təhrif edərək onlara daxil edirsiniz)?!»

TƏFSİR:


Azğınlıq və təhrif yaradanların əksəriyyəti «İslamşünas», «şərqşünas», «tarixçi», «səyyah» və sair kimi adlarla müxtəlif məkan, zaman və kitablarda, bir sözlə, insanların düşüncəsində təsərrüf edir, enskilopediyalarda «mühəqqih» və «təhqiqatçı» adı ilə İslam barəsində maraqlanıb məlumat əldə etmək istəyənlərin fikrini qarışdırır, İslamı elə cilvələndirmək istəyirlər ki, oxucular ona iman gətirmək fikrinə belə düşməsinlər.

AYƏ 72:


﴿ وَقَالَت طَّآئِفَةٌ مِّنْ أَهْلِ الْكِتَابِ آمِنُواْ بِالَّذِيَ أُنزِلَ عَلَى الَّذِينَ آمَنُواْ وَجْهَ النَّهَارِ وَاكْفُرُواْ آخِرَهُ لَعَلَّهُمْ يَرْجِعُونَ﴾

TƏRCÜMƏ:


« kitab əhlinin bir dəstəsi (onların alimləri, öz ardıcıllarına) dedilər: İman gətirənlərə nazil olan şeylərə (Quran ayələrinə) günün əvvəlində iman gətirin, axırında ona kafir olun, bəlkə (öz dinlərindən) qayıdalar (çünki onlar sizi dindən agah xəbərdar adamlar kimi tanıyırlar sizin tərəddüd etməyinizlə onlar da tərəddüd edəcək, şəkk-şübhəyə düşəcəklər)

TƏFSİR:


Bu mübarək ayənin nazilolma səbəbində qeyd olunur ki, yəhudi alimlərindən on iki nəfəri qərara aldı ki, möminlərin qəlbində şəkk-şübhə yaratmaq və imanlarını sarsıtmaq üçün sübh çağı Həzrət Məhəmmədin (s) yanına gəlib iman gətirdiklərini desinlər. Lakin günün axırında İslamdan dönüb desinlər ki, biz Məhəmmədi (s) gördük, o, Tövrat və İncildə gələn xüsusiyyətlərlə uyğun gəlmir. Onlar bu hiyləgərliklə avam camaata təlqin etmək istəyirdilər ki, əgər İslam dini yaxşı bir məktəbdirsə və sabit dinlər tərəfindən qəbul olunursa, elm və kitab əhli ondan heç vaxt dönməz. Onlar bu işləri ilə müsəlmanların əqidəsində şəkk-şübhə yaradır və digər yəhudilərin İslamı qəbul edib müsəlman olmağına mane olurdular. Allah-təala yuxarıdakı ayəni nazil edərək onların məkirli planlarını ifşa etdi.

İNCƏ MƏTLƏBLƏR

1. Mümkündür ki, müəyyən bir qrup İslam adı ilə müsəlmanların cərgəsinə nüfuz edib arxadan zərbə endirsin. Buna görə də həmişə ayıq olmaq lazımdır.

2. Müsəlmanlar sadəlövh və tezinanan olmamalıdırlar.

3. İmanın elə bir mərhələsinə çatmaq lazımdır ki, müəyyən qrupların dindən çıxması qəlbimizə azacıq belə təsir qoymasın.

4. Çoxlarının xarici siyasətdə əsas məqsədi bir çox ölkələrlə siyasi rabitə bərqərar etməklə, yaxud əlaqələri kəsməklə ölkə daxilində və ya xaricdə müəyyən fəza yaratmaqdır.

5. Allah-təala həssas mərhələlərdə düşmənlərin məxfi və məkirli planlarını ifşa edir.



Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin