Ali-Muhəmmədin sirləri
141
Müaviyənin onların vəlisi, vəkili və davalarında savaşan tərəf kimi olduğuna
şəhadət gətirsinlər.
Onlar və cavabdehlər gəlib bu məsələdə hökm verəcək hakimin qarşısında
üz-üzə otursunlar, onlar və cavabdehlərin dəlillərinə qulaq asım. Əgər ataları za-
lım və qanı halal idisə, o zaman qisas tələbi batil olar. Yox, əgər ataları məzlum
halda qətlə yetirilibsə və qanı haram idisə, qatillərini onlara verim, əgər istəsələr
onu öldürsünlər, istəsələr əfv eləsinlər və yaxud da ondan diyəsini alsınlar.
Osmanın qatilləri mənim əsgərlərimin arasındadırlar, onu qətlə yetirdiklərini
etiraf edir, mənim onlarla övladları arasında hakim olmağıma razıdırlar.
Əffanın oğlunun övladları, yaxud vəliləridirsə və vəkilləridirsə Müaviyə ilə
yanıma gəlsinlər, onun qətli barəsində müzakirə aparsınlar, Allahın kitabı və
Peyğəmbərinin (s) sünnəsinə əsasən aralarında hökm verim.
Əgər Müaviyə etmədiyimiz bir işdə bizə böhtan atıb cinayətkar sayırsa, o
zaman qoy nə danışır danışsın, Allah mənə ona qarşı yardımçı olacaq!
Əbu Dərda və Əbu Hüreyrə dedilər: “Allaha and olsun ki, sən doğru da-
nışdın və tam insafl a söylədin, onun səbəblərini puç edib dəlillərini batil çı-
xardın. Özün güclü dəlillər ortaya qoydun, üzərinə heç bir söz deyilməyəcək
həqiqətləri dedin”.
Bu zaman qarşılarında iyirmi minə yaxın insanın əllərində qılınclarla da-
yanıb “Əffanın oğlunun qatilləri bizik, biz Əlinin (ə) aramızda hökm etməsinə
razıyıq. Əffanın oğlunun vəlilərini gətirin, atalarının qanı barəsində Əli (ə) ara-
mızda hökm versin. Əgər üzərimizə qisas və ya diyə düşsə, o zaman hökmə
səbr edib təslim olacağıq”.
O ikisi dedi: “Doğru deyirsiniz, sizinlə Əffanın oğlunun vəliləri arasında
üz-üzə görüş keçirib aranızda Allahın kitabına və Peyğəmbərin (s) sünnəsinə
uyğun hökm vermədikcə, Əlinin (ə) sizi təslim etməsi və ya qətlə yetirməsi əsla
halal olmaz.
Dostları ilə paylaş: