Ali-Muhammedin sirleri indd


onların yozumunu (həqiqi mənasını) Allahdan və elmdə qüvvətli olanlardan



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə120/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   116   117   118   119   120   121   122   123   ...   227
AliMuhemmedin sirleri

onların yozumunu (həqiqi mənasını) Allahdan və elmdə qüvvətli olanlardan 
başqa heç kəs bilməz”.
1
Elmdə qüvvətli olanlar biz Ali-Muhəmmədik.
Uca Allah ümmətin digər üzvlərinə belə deməyi əmr edib: “Biz onlara 
iman gətirdik, onların hamısı Rəbbimizin dərgahındandır”
2
Bizə təslim ol-
mağı, onun elmini bizə buraxmağı əmr edib. Uca Allah buyurur: “Halbuki əgər 
bunu Peyğəmbərə və ya özlərindən olan əmr sahiblərinə demiş olsaydılar, 
əlbəttə, həmin xəbəri onun mahiyyətinə varmaq istəyənlər bilərdilər”.
3
Soru-
şanlar və öyrənmək istəyənlər onlardır (yəni ümmətin yerdə qalanları).
Müaviyə barəsində nazil olmuş iki ayə
Ömrümə and olsun, əgər Peyğəmbər (s) vəfat etdikdən sonra camaat bizə 
tabe olub, itaət etsəydi, işlərində bizi nümunə götürsəydilər başları üzərindən 
və ayaqları altından bol-bol nemətlər əldə edərdilər. Sən də, ey Müaviyə, 
xilafətə göz dikməzdin! Bizim barəmizdə əldən verdikləri bizim onlardan 
itirdiklərimizdən olduqca çoxdur.
Allah Quranda mənim və sənin barəndə bir ayə endirmişdir ki, sən və 
sənin tayların onun zahirini oxuyur, təvilini və batinini isə bilmirsiniz. Bu, 
“Haqqə” surəsindəki ayədir: “Əməl dəftəri sağ əlinə verilən kimsə deyəcəkdir: 
“Alın, əməl dəftərimi oxuyun!” ayəsindən “Əməl dəftəri sol əlinə verilən isə 
deyəcəkdir: “Kaş əməl dəftərim mənə verilməyəydi! Hesabımın nə olduğu-
nu bilməyəydim!”
4
ayələrinin sonunadək. Həmin gün həm azğınlıq, həm də 
hidayət imamları çağrılacaq. Onlarla birgə onlara beyət etmiş əshabları da ola-
caqlar. Mən də, sən də çağrılacağıq.
Ey Müaviyə, sən bu sözlərin sahibisən: “Kaş əməl dəftərim mənə 

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin