Ali-Muhammedin sirleri indd


Abbasın Səqifə əshabı başçılarına cavabı



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə13/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   9   10   11   12   13   14   15   16   ...   227
AliMuhemmedin sirleri

Abbasın Səqifə əshabı başçılarına cavabı
Abbas sözə başlayıb dedi: “Həqiqətən də Uca Allah vəsf etdiyiniz kimi
Muhəmmədi (s) peyğəmbər və möminlər üçün vəli göndərdi. Əgər bu iş 
peyğəmbərin (s) yanında olsa, bu məsələni ərz edib haqqımızı alardım, əgər 
möminlərin yanında olsa, elə biz də möminlərdənik. Bu məsələn barəsində 
nə təqdimatımız olub, nə məşvərət etmişik, nə kimisə vəzifələndirmişik. Bu 
məsələni sənin üçün bəyənməmişik. Əgər möminlərdən sayılırıqsa, möminlər 
olaraq bu işi sənin üçün bəyənmirik.
“...bu işdə sənin və səndən sonra gələnlərin də bir payının olmasını istəyirik” 
sözünə gəldikdə, əgər bu iş həqiqətən sənə məxsusdursa, onu saxla, bizim ona 


22
Suleym ibn Qeys Hilali
ehtiyacımız yoxdur. Əgər bu işə əncam vermək möminlərin haqqıdırsa, onların 
yerinə qərar verməyə ixtiyarın yoxdur. Yox, əgər bizim haqqımızdırsa, bizə (öz 
haqqımızdan) pay ayırmağına əsla razı deyilik.
“Həqiqətən də Peyğəmbər (s) bizdən və sizdəndir” sözünə gəlincə, həqi-
qətən Peyğəmbər bir ağacdır ki, biz onun budaqları, siz isə qonşularısınız. Biz 
ona yaxınlıqda sizdən daha üstünük.
“Bizim üzərimizi alacaq bəlalar üçün qorxursunuz” sözünüz isə, bunu artıq 
siz birinci olaraq eləmisiniz. Allah ən gözəl yardımçıdır!”
Onlar Abbasın yanından çıxdılar. Abbas isə bu beyti oxudu ki, mənası 
belədir:
Bu işin Bəni-Haşimdən və sizdən asılı olduğunu düşünmürəm.
Məgər qiblənizə ilk namaz qılan, kitab və sünnə barədə insanların ən elmlisi
Peyğəmbərə ən yaxını Əbul-Həsən deyilmi?!
O kəs ki, Peyğəmbərin qüslu və kəfənlənməsi zamanı Cəbaryıl ona yardım edirdi.
Onda heç bir insanda olmayan gözəlliklər vardı.
Sizi ondan uzaqlaşdıran şəxsi məgər tanımırıqmı?!
Həqiqətən də bu beyətiniz fi tnənin başıdır!


Ali-Muhəmmədin sirləri

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin