Ali-Muhammedin sirleri indd


Suleym ibn Qeys Hilali Vilayət məsələsi qızıl və gümüşdən daha aşkardır



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə148/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   144   145   146   147   148   149   150   151   ...   227
AliMuhemmedin sirleri

190
Suleym ibn Qeys Hilali
Vilayət məsələsi qızıl və gümüşdən daha aşkardır
Allahın sizə bildirdiyi və ehsan etdiyi bu məsələ qızıl və gümüşdən 
daha aşkardır. Ümmətdən az adam bunu bilir. Ummu Əymən öldü, o, cənnət 
əhlindəndir. O, Allahın sənə bildirdiklərinin hamsını bilmirdi. Ona görə də Al-
laha həmd et, Allahın sənə verdiyini götür və şükür elə!
Bil ki, Allah-Təala dünyanı xeyirxaha da, zalıma da verir. Sənin eti-
qad bəslədiyin məsələni Allah məxluqlarından seçdiklərinə bəxş edir. Bi-
zim məsələni məxluqlardan yalnız üç dəstə bilir: müqərrəb mələklər, mürsəl 
peyğəmbərlər və Allahın qəlbini imanla imtahan etdiyi bəndə.
Ey Süleym, bu məsələnin təməli təqvalı olmaqdır, buna ancaq təqva və 
vərə ilə nail olmaq olar”.


Ali-Muhəmmədin sirləri
191
HƏDİS 39
Qədir Xum
Aban ibn Əbu Əyyaş Süleymdən nəql edir ki, Əbu Səid Xudrinin belə de-
diyini eşitdi: “Peyğəmbər Qədir Xumda camaatı çağırdı. Ağacın altındakı ti-
kanların təmizlənməsini əmr etdi və həmin yer təmizləndi. Cümə axşamı idi. 
Camaatı yanına çağırdı və Əbu Talib oğulu Əlinin bazusundan tutub o qədər 
qaldırdı ki, Peyğəmbərin (s) qoltuğunun altındakı ağlıq göründü. Sonra buyur-
du: “Mən kimin mövlasıyamsa Əli də onun mövlasıdır. İlahi, onu sevəni sev, 
ona düşmən olana düşmən ol, ona yardım edənə yardım et və onu alçaldanı 
alçalt!”
Əbu Səid dedi: “Peyğəmbər (s) minbərdən enməmiş bu ayə nazil oldu: “Bu 
gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin 
üçün din olaraq İslamı bəyənib seçdim”.
1
 Peyğəmbər (s) buyurdu: “Dinin 
kamalı, nemətin tamamlanması, Rəbbin mənim peyğəmbərliyimə və məndən 
sonra Əlinin vilayətinə görə Allaha təkbir deyirəm!”

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin