Ali-Muhammedin sirleri indd


Bütün elm Əhli-Beytdədir (ə)



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə158/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   154   155   156   157   158   159   160   161   ...   227
AliMuhemmedin sirleri

Bütün elm Əhli-Beytdədir (ə)
İmamlar Peyğəmbərin Əhli-Beyti, risalət mədəni, kitabın və vəhyin mənzili 
və mələklərin gəlib-getdikləri yerdəndirlər. Xəlifəlik onlardan başqasına layiq 
deyil. Çünki Allah onları bu iş üçün seçmiş, kitabında və Peyğəmbərinin dilində 
onları bu işin əhli qərar vermişdir. Elm onlardadır, elm əhli onlardır və elm 
bütünlüklə: batini və zahirilə, möhkəmi və mütəşabihilə, nasixi və mənsuxu ilə 
onların yanındadır.
Quranın cəm edilməsi və qorunması
Ey Müaviyə! Səhhakın oğlu öz xəlifəliyi dövründə məni Əli ibn Əbu Talibə 
bu sözləri çatdırmaq üçün onun yanına göndərdi: Quranı bir kitab halında yaz-
maq istəyirəm. Qurandan yazdıqlarını bizə göndər”.
İmam Əli (ə) dedi: “Allaha and olsun, boynumu vurmadan onu əldə edə 
bilməzsən”. Mən dedim: “Nə üçün?”. Buyurdu: “Çünki Uca Allah belə buyu-
rur: “Ona paklaşdırılmışlardan başqası toxuna bilməz!”
1
Yəni onun hamısına 
paklardan başqası toxuna bilməz. Allah bizi nəzərdə tutur, Allahın pisliyi aradan 
apardığı və pak-pakizə qərar verdiyi şəxslər bizik. Və yenə buyurur: “Sonra 
Kitabı bəndələrimizdən seçdiklərimizə miras verdik”.
2
Allahın bəndələrindən 
seçdikləri bizik, misallar bizim üçün verilmiş və vəhy bizə enmişdir”.
1
“Vaqiə” surəsi, ayə 79.
2
“Fatir” surəsi, ayə 32.


202
Suleym ibn Qeys Hilali
Abdullah ibn Abbas sözünə davam etdi: “Səhhakın oğlu qəzəbləndi və 
dedi: “Əbu Talibin oğlu ondan başqasında elm olmadığını zənn edir?! Hər kim 
Qurandan bir şey bilirsə, onu yanımıza gətirsin!” Bundan sonra camaat (bir 
parça) Quran ilə gəlib oxuyur, (onun eynisini) başqa bir nəfər də oxusa, həmin 
sözlər ayə olaraq yazılırdı. Əks halda isə tərk edilirdi.
Ey Müaviyə! Hər kim Qurandan bir şey itmişdir desə, yalan söyləmişdir. 
Kitab öz əhlinin yanında cəm edilmiş və qorunmaqdadır.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin